• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Gənc müəllimlərlə növbəti müzakirə aparılıb

  • 02-02-2024, 09:46

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gənc müəllimlərlə “Azərbaycan maarifçilik ənənələri gənc müəllimlərin missiyası kimi” mövzusunda növbəti görüş keçirilib.

Edupress.az xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru Könül Pirverdiyeva, Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sabiq sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rüfət Əsədzadə, AGMA-nın sədri Səkinə Həsənova, F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə rəhbərləri və gənc müəllimlər iştirak ediblər.

 

Görüş Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra böyük pedaqoqun həyatı və maarifçilik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.  

F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Ş.Qəmbərova görüş iştirakçılarını salamlayaraq ədibin zəngin irsinin gənc nəslin təlim-tərbiyəsi və inkişafına təsirlərindən danışıb.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva ömrünün 40 ilini xalqının maariflənməsinə, mədəni tərəqqisinə həsr edərək milli duyğulara sahib bir fədai kimi adını tarixə qızıl hərflərlə yazdıran F.B.Köçərlinin Azərbaycan məktəbi və pedaqoji fikir tarixindəki xidmətlərindən söz açıb. M.Vəliyeva böyük maarifçinin Azərbaycan gəncliyinə aşıladığı vətənpərvərlik ruhunun, milli təhsilimizin inkişafı naminə həyata keçirdiyi ideyaların bu gün də gənc müəllimlər üçün ən gözəl nümunə olduğunu bildirib.

ADPU-nun prorektoru K.Pirverdiyeva ömrünün sonuna qədər müəllimlik edərək bu peşəyə sevgisi və sədaqəti ilə əsil nümunə olan F.B.Köçərlinin maarifçiliyin inkişafı, pedaqoji fikrin zənginləşməsi işinə verdiyi töhfədən bəhs edib. K.Pirverdiyeva gənc müəllimlərə işıqlı maarifçilərin ideyalarından bəhrələnərək həyat və fəaliyyətləri ilə cəmiyyətə örnək olmağı tövsiyə edib.  

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti M.Osmanoğlu, AGMA-nın sabiq sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü R. Əsədzadə, AGMA-nın sədri S.Həsənova, Quba rayonu İkinci Nügədi kənd 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi, AGMA-nın üzvü Yasəmən Sofiyeva dövlət və cəmiyyətin inkişafında gəncliyin rolundan danışıb, gələcək nəsillərin vətənpərvər, kamil şəxsiyyət kimi yetişdirilməsində məktəbin, müəllimin üzərinə düşən missiyadan söz açıblar.

Vətən Müharibəsi qaziləri, gənc müəllimlər Cavidan Allahverdiyev, Elnur Xəlilov, Şahniyar Məmmədov və Novruz Bələdov Vətənin əsgəri olaraq yerinə yetirdikləri vətəndaşlıq borcunu təhsilin əsgəri olaraq da uğurla davam etdirəcələrini, xalqına, millətinə layiq gənclər yetişdirmək işində daha əzmlə çalışacaqlarını söyləyiblər.

Sonda 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Cavid Haqverdiyevin ifası təqdim olunub.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!