
03 Fevral 2024-cü il tarixində Şəmkir rayonu üzrə təhsil sektoru tərəfindən Respublika Fənn Olimpiadasında yarımfinalda iştirak edəcək şagirdlər üçün sınaq imtahanı təşkil olunub.
İmtahan Şəmkirdə yaradılan olimpiada mərkəzində keçirilib. İmtahanda aşağı (8 və 9-cu sinif) və yuxarı (10 və 11-ci sinif) yaş qrupu şagirdlərə Azərbaycan dili və ədəbiyyat, tarix, kimya, fizika , biologiya, riyaziyyat fənlərindən hər biri 30 sual olmaqla test kitabları paylanılıb. İnformatika fənnindən yarımfinalda iştirak edəcək şagirdlər üçün sınaq komputerlərdə təşkil olunub.
Nəticələr tezliklə yoxlanılıb imtahan iştirakçılarına göndəriləcəkdir.
Olimpiada Mərkəzimizdə Respublika Fənn Olimpiadası hazırlıqları davam edir, müəllimlərimiz mütəmadı olaraq şagirdlərlə məşğul olurlar.
Şagirdlərimizə uğurlar arzulayırıq.