• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru UNESCO-nun Mədəniyyət və İncəsənət Təhsili üzrə Ümumdünya konfransında çıxış edib

  • 14-02-2024, 13:15

Fevralın 14-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən UNESCO-nun Mədəniyyət və İncəsənət Təhsili üzrə Ümumdünya konfransında çıxış edib.

Ülkər Səttarova çıxışında insan kapitalının formalaşdırılması istiqamətində ali təhsil sahəsində Azərbaycanda həyata keçirilən islahatlar, dövlət proqramları və əldə olunan uğurlar barədə konfrans iştirakçılarına məlumat verib.

Ölkədə yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə təsis edilmiş SABAH qrupları, xarici ölkələrin universitetlərinin filiallarının açılması, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetləri ilə birgə tətbiq edilən beynəlxalq ikili diplom proqramları haqqında məlumat təqdim edilib.

Ü.Səttarova bununla yanaşı, sözügedən Dövlət Proqramı çərçivəsində gənc tədqiqatçıların universitetlər üzrə qlobal reytinqlərdə ilk 500-lükdə yer alan ali təhsil müəssisələrində doktorantura təhsili alması üçün yaradılmış şərait, onların üçtərəfli müqavilə öhdəliyi üzrə yerli ali təhsil müəssisələrinin beynəlxalq rəqabətliliyinin artırılması üçün verdiyi töhfələrdən danışıb.

Bu gün Azərbaycanda  insan kapitalının inkişafı üçün təkcə ölkədə deyil, eyni zamanda xaricdə ən nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil üçün həyata keçirilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən danışaraq, cari ildə 50-yə yaxın Azərbaycan gəncinin dünyanın 10 ən yaxşı universitetinə qəbul olunması kimi əldə olunan uğurlar barədə tədbir iştirakçıları məlumatlandırılıb.

Digər ixtisas sahələrinə paralel olaraq, mədəniyyət və incəsənət təhsilinin imkanlarının genişləndirilməsi məqsədilə, ali təhsillə yanaşı, əlilliyi olan uşaqların təhsil hüququnun digər şəxslərlə bərabər səviyyədə təmin edilməsi üçün həyata keçirilən “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın əhəmiyyəti, UNICEF ilə birgə reallaşdırılan “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi”nə dair layihələr barədə söz açılıb.

Ü.Səttarova mədəniyyət və incəsənət təhsilinin inkişafında da xüsusi rolu olan, informasiya texnologiyaları sahəsinin inkişafı üçün 2017-ci ildən Azərbaycanda həyata keçirilən “Rəqəmsal bacarıqlar”, 2019-cu ildən reallaşdırılan “STEAM Azerbaijan” layihələrinin növbəti təhsil səviyyələrində mədəniyyət və incəsənət təhsilinin inkişafına olan müsbət təsirlərini önə çəkib.

Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Simuzər Feyzullayeva, elm və təhsil nazirinin müşaviri, Azərbaycan Respublikası Təhsil İnsitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev konfransda iştirak ediblər.

 

 

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!