• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Təhsilimiz “Yaşıl dünya naminə həmrəylik ili”ndə

  • 15-02-2024, 11:27


Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.  Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bundan əlavə, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Hazırda işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ölçüyəgəlməz işlər – “ağıllı şəhər”, “ağıllı kənd”, alternativ enerji layihələri həyata keçirilir. Sözsüz, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcək.

     

Məktəblərimiz “Yaşıl dünya naminə həmrəylik ili”ndə

  

Sözügedən sərəncam ölkəmizin təhsil sistemi qarşısında da müvafiq vəzifələr qoyur. Sərəncama müvafiq olaraq  “Yaşıl dünya naminə həmrəylik ili” səviyyəsində, məsələn, ümumtəhsil müəssisələrinin şagirdləri arasında yaş səviyyəsinə uyğun olaraq aşağıdakı tədbirləri təşkil etmək pis olmazdı:

 

- I-IV sinif şagirdləri arasında “Yaşıl dünya ilə tanış olaq” mövzusunda, azyaşlıların canlı təbii obyektlərə emosional münasibətinin formalaşdırılması;

- V - VIII sinif şagirdləri arasında “Yaşıl dünyanı tanıyın” mövzusunda maarifləndirici tədbirlərin, turların təşkili; burada təbiətin sirləri ilə tanışlıq həm akademik bilik, həm də daha çox təcrübi dərslər, ekskursiyalar və ekspedisiyalar zamanı praktik bacarıqlar və təbiətə qayğı vasitəsilə baş verir.

- IX -XI sinif şagirdləri arasında “ Yaşıl dünyanı qorumaq” adlı tədbirlər təşkil oluna bilər ki, bu fəaliyyətlər artıq daha praktik əhəmiyyət daşıyır; bu mərhələdə yuxarı sinif şagirləri arasında təbiəti mühafizə və tədqiqatçılıq fəaliyyətləri təşviq oluna bilər. Şagirdlər təcrübə mübadiləsi aparır, müxtəlif aksiyalarda, elmi-praktiki konfranslarda və tərəfdaşlıq görüşlərində iştirak edirlər.
   

Məktəblilərin təhsil müəssisələrinin ərazisində yaşıllaşdırma işlərinə təşviq olunması və bu cür tədbirlərin təşkili də məqsədəuyğundur.
  

Bu tədbirlər şagirdlərin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, təbii  sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasına, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasına, məktəblilərin ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsinə, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini mənimsəmələrini stimullaşdıra bilər.

  

“Yaşıl universitet”

   

“Yaşıl dünya naminə həmrəylik ili” ali təhsil müəssisələri və onların müəllim-tələbə heyətinin üzvləri üçün də geniş fəaliyyətlərlə müşayiət oluna bilər. İlk növbədə, “Yaşıl universitet” layihəsi çərçivəsində ali təhsil müəssisələrində ekoloji sağlamlaşdırma, enerjidən məqsədyönlü istifadə, tullantıların minimuma endirilməsi və müntəzəm surətdə kampuslardan tam daşınması təmin edilməlidir.  
Dünyanın əksər universitetlərində “Yaşıl universitet şəhərciyi” (yaşıl kampus) konsepsiyası geniş yayılıb ki, bu da universitetdə ekoloji təcrübələrin tətbiqi, yaxşılaşdırılması, tələbə və işçilərin eko-mədəniyyət səviyyəsinin yüksəldilməsini əhatə edir.

 

“Yaşıl universitet” ətraf mühitin qorunmasına yönəlmiş fəaliyyət göstərən bir universitetdir: karbon dioksid emissiyalarını azaldır, tullantıları ayrıca toplayır, su və elektrik enerjisinə qənaət edir və ekoloji infrastrukturu inkişaf etdirir. Bu məqsədlər üçün müsbət ekoaksiyalar və ekofestivallar aparılır, ayrı-ayrı zibil toplama sistemi təşkil edilir, enerji səmərəliliyi artırılır, ərazi abadlaşdırılır, maarifləndirmə işləri aparılır. Bu tədbirlər universitetin fəaliyyət sahəsində ekoloji prinsiplərin tətbiqinə; tələbələr və işçilər arasında ekoloji mədəniyyətin ümumi səviyyəsinin, məsuliyyət hissinin yüksəldilməsinə; ali məktəbin beynəlxalq ekoloji reytinqlərinə daxil edilməsinə (www.greenmetric.ui.ac.id);  universitetin yeni “yaşıl” imicinin formalaşdırılmasına;  ekoloji aksiyaların təşkili ilə ali təhsil müəssisəsinin beynəlxalq tanınmasına xidmət edir.  
      

Bu baxımdan, “Yaşıl dünya naminə həmrəylik ili”  çərçivəsində  tələbələrin ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsi, ekoloji mədəniyyətin yaxşılaşdırılması ilə yanaşı, bu sahələrdə elmi-tədqiqatların aparılmasını da  təşviq etmək olar.  
 

Qeyd etmək yerinə düşər ki, Azərbaycan Dövlət İqtisad Universitetində bu il “Yaşıl UNEC” ili olacaq. Universitet 6 məqsəd və 30-a yaxın müxtəlif tədbir, eləcə də layihəni əhatə edən Tədbirlər Planını təsdiqləyib, həmçinin “Yaşıl UNEC loqosu”  “Yaşıl UNEC İli”nin rəmzi kimi qəbul edilib.

 

Dünyanın aparıcı reytinq şirkətlərindən olan GreenMetric World University Ranking beynəlxalq reytinqi ali təhsl müəssisələrinin “yaşıl universitet” quruculuğu yönündə səylərini nəzərə alır.  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində universitetlərimizdə “yaşıl universitet”  konsepsiyasının inkişaf etdirilməsi və onların uğurlu nəticələri ali təhsil müəssisələrimizin adıçəkilən reytinq mövqeyinə müsbət təsir edə bilər.
    

Qeyd edək ki, “GreenMetric”  reytinqinin məqsədi dünya üzrə  ali təhsil müəssisələrində “yaşıl” texnologiyaların və ekoloji siyasətin cari tətbiqinin real mənzərəsini təqdim etməkdir. Müəlliflər hesab edirlər ki, bu reytinq ilə universitet rəhbərlərinin diqqətini cəlb etməklə bütün dünyada tələbələr tərəfindən ətraf təbiətə məsuliyyətli münasibəti artırmaq olar. Qlobal iqlim dəyişikliyi, enerji və su qənaəti, tullantıların təkrarlanması və yaşıl nəqliyyat məsələlərinə daha çox diqqət yetirilməsi reytinqin əsas hədəflərindəndir. Reytinqin təşkilatçıları bəzi ekoloji problemlərin həlli üçün ətraf mühitin davamlı inkişafı siyasətinin aparılması zərurətinə akademik ictimaiyyətin diqqətini cəlb etməyə çalışırlar.
 

Reytinqdə mövqe nə qədər yüksəkdirsə, tələbələr, rəhbərlik, professorlar və müəllimlər planetin davamlı inkişafı və ekoloji vəziyyətindən bir qədər narahatdırlar. Bu o deməkdir ki, universitet ətraf mühitin qorunması üçün gələcək nəsil qarşısında məsuliyyəti bilir,  regionun və ölkənin davamlı inkişafını təkcə elmi tədqiqatlar və tələbə təşəbbüsləri ilə deyil, həm də şəxsi nümunə kimi dəstəkləməyə hazırdır.

            

Hədəf - ekoloji təhsilin yenilənməsi 

 

Dünyadakı müasir mürəkkəb ekoloji vəziyyət, ətraf mühitə antropogen təsirlərin artan miqyası bəşəriyyət qarşısında duran bir sıra ciddi problemlərin həllini qaçılmaz edib. Ekoloji böhran təkcə elmi və texnoloji tərəqqinin nailiyyətləri ilə deyil, həm də təbiətə münasibətdə bir sıra dəyərlərin itirilməsi ilə əlaqədardır. Bu baxımdan, təhsil sahəsi köklü dəyişikliklərə məruz qalır. Ekoloji mədəniyyətin formalaşması, ekoloji təhsilin yenilənməsi bu gün təhsil sistemi qarşısında  ekoloji dəyərlərə sadiq müasir vətəndaşın formalaşmasını ciddi bir vəzifə kimi qoyur. Məlum olduğu kimi, cari ildə ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29  keçiriləcək. Belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi kimi qiymətləndirilir. Heç şübhəsiz, COP29-a  ev sahibliyi etmək Azərbaycanın iqlim dəyişikliyinin öhdəsindən gəlmək üzrə qlobal səylərə töhfə vermək baxımından qətiyyətli mövqeyini nümayiş etdirir.
Bu baxımdan, ölkəmizin təhsil sahəsində də bir sıra ekoloji tədbirlərin təşkil olunması belə mötəbər tədbirin keçirildiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə əvəzsiz töhfə olardı.

 

Oruc MUSTAFAYEV

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir təyin olunub
21-05-2025 13:56  
Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
19-05-2025 10:45  
Elm və təhsil naziri Dünya Təhsil Forumunda iştirak edir
20-05-2025 11:04  
Yeni ali təhsil proqramları hazırlanır- Komissiyaiclas keçirdi
20-05-2025 11:15  
Bakıda iki məktəbin direktoruna şiddətli töhmət verilib
20-05-2025 13:58  
Ölkə üzrə PISA 2025 davam edir
20-05-2025 16:53  
Təhsil İnstitutu yenidən “Müasir metodist” müsabiqəsi elan edir! Tarix: 19.05.2025 Pa
20-05-2025 10:47  
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 15:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 10:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 08:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 13:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 17:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 13:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 11:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Əziz Əlibəyli
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Bəhruz Əliyev
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Nadir İsrafilov
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Tahirə Allahyarova
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Şahlar Əsgərov
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb
Məleykə Abbaszadə: Abituriyentlərin sayı 12 min artıb
Abituriyentlərin NƏZƏRİNƏ – Bəzi ixtisaslar LƏĞV ediləcək

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!