• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Yolumuz açıq olsun!-Rektor Natiq İbrahimov yazır

  • 15-02-2024, 08:19

 

“Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”. Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqini bu sözlərlə tamamlaması qalib ölkənin qalib liderinin öz xalqına xeyir-duası kimi başa düşülməlidir.

7 Fevral- Növbədənkənar Prezident seçkiləri Azərbaycan dövlətçiliyinin tarixində taleyüklü məsələrdən biri idi və böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, xalqımız bu şərəfli vəzifənin öhdəsindən uğurla, layiqincə gələ bildi. Səsvermə günü seçki məntəqələrində yaşanan qələbəlik, böyük coşqu, seçicilərin bir nəfər kimi səsvermə hüquqlarından istifadə edərək layiqli namizədlərinə səs vermələri xalq müdrükliyinin, İlham Əliyevə sonsuz inamının məntiqi nəticəsi idi. Bəs bu inamın sirri nədədir? Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimindəki çıxışında dedikləri bu sualın məntiqi cavabıdır: “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi”. Son 20 ilin tarixi, bu dövrdə qarşıya çıxan çətinliklər, yaradılan maneələr və bütün bunlara baxmayaraq qazanılan qələbələr sübut etdi ki, düzgün seçim xalqı inkişafa, qələbəyə aparan əsas istiqamətdir, yoldur. Bu tarixin ən şanlı səhifəsi, ölkə başçımızın da dediyi kimi, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsidir: “Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq”.

Bu yenidənqurma prosesinin davamlı və səmərəli olması isə sözsüz ki, xalqı öz ardınca apara bilən liderin sayəsində mümkündür. Etiraf edək ki, siyasi-iqtisadi maraqların kəskin toqquşduğu, supergüclərin dünyanı bir əllə idarə etmək məqsədlərini reallaşdırmaq istədikləri hazırkı dünyamızda bunu etmək çox çətindir. Ölkənin müstəqil inkişafını təmin etmək, digər dövlətlərdən asılılığını minimuma endirmək ölkə başçısından yüksək idarəçilk bacarığı ilə yanaşı böyük diplomatik qabiliyyət, siyasi iradə tələb edir. Azərbaycan dövlətinin son 20 illik tarixinin analizi göstərdi ki, İlham Əliyev şəxsiyyətində əsl liderə xas olan bütün xüsusiyyətlər cəmləşib və o, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı kimi onun kursunu layiqincə davam etdirir. Azərbaycan dövlətçiliyi tarixinə qızıl hərflərlə yazılan Zəfər salnaməsi dediklərimizin bariz sübutudur və prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində bu amilə xüsusi diqqət çəkir: “Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi.

Bu 44 gün ərzində bir dəfə də olsun Ordumuz geriyə addım atmamışdır, ancaq irəli gedirdik. Şuşanın azad edilməsi tarixi hadisə olaraq, eyni zamanda, İkinci Qarabağ müharibəsinə son qoydu”. Xüsusi vurğulamaq istəyirəm ki, bu dəfəki prezident seçkisi tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir. Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirildi və İlham Əliyev Xankəndidə səs verdi: “Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar.

Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir.

Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər, təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində gənc nəslin düzgün tərbiyə edilməsini gələcək inkişafımızın vacib prioreti hesab edərək bildirib ki: “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın”. Dövlətimizin başçısı çıxışında ailənin, cəmiyyətin, məktəbin bu məqsəd, amal uğrunda bir araya gələrək sağlam, vətənpərvər, milli soy-kökünə, yaddaşına söykənən nəsil yetişdirməsini yüksək dəyərləndirir və bu xəttin ardıcıl inkişafını vacib sayır:

“Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir”. Dövlətimizin başçısı qeyd edib ki, burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi vəzifəsi dövlətin və hər bir ailənin qarşısında durur. "Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda, heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz"- Prezidentin vurğuladığı bu sözlər hər bir Azərbaycan vətəndaşına verilən böyük dəyər, xalqa güvənc hissinin sözlə ifadəsidir.

Prezident andiçmə mərasimindəki nitqində bildirib ki, biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq, xalqın həmrəyliyi əsas uğurumuzdur: “İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. ...Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var”. Ölkə başçısının andiçmə mərasimindəki çıxışında bu amili xüsusi vurğulaması gələcək prioretitlərimizin müəyyənləşdirilməsinə işıq salır: “ Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq”. Bəli, xalqın böyük iradəsi, yekdilliyi, uzaqgörənliyi sayəsində dövlətimizin bünövrəsini möhkəm dayaqlar üzərində quran, Azərbaycanı yoxdan yaradan Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev yenidən Prezident seçildi, Azərbaycan xalqı yeni-yeni uğurlar qazanmaq, işıqlı gələcəyini, sabit inkişafını təmin etmək üçün hakimiyyəti yekdilliklə yenidən Zəfər liderinə etibar

etdi. 

“Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”. Ölkə başçısının dediklərinə bir əlavəmiz var- Xalqımız üçün xeyirli və uğurlu olsun.


Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!