• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Bp şirkəti ən qabaqcıl beynəlxalq tədris vəsaitlərini Azərbaycana gətirir-FOTO

  • 20-02-2024, 04:00

 

Bu gün bp beynəlxalq universitetlərdə geniş istifadə edilən seçilmiş növbəti beş dərsliyin Azərbaycan dilinə tərcümə edilmiş nəşrlərini təqdim edib.

Edupress.az xəbər verir ki, bu, bp-nin yerli universitetlər üçün qabaqcıl beynəlxalq təhsil resurslarına, bilik və təcrübələrə çıxış imkanının təmin edilməsinə yönəlmiş iri bir təhsil layihəsinin bir hissəsidir. Layihə hazırda növbəti beş kitabın tərcüməsi ilə davam edir və həmin kitabların təqdimatı gələn ilə planlaşdırılır.

Bu gün M. F. Axundov adına Milli Kitabxanada yeni beş nəşrin ictimaiyyətə təqdimatı keçirilib. Tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu gün təqdim etdiyimiz beş kitab indiyədək Azərbaycana gətirdiyimiz 19 qabaqcıl beynəlxalq dərsliyin siyahısına dəyərli əlavədir. Bu kitablar yerli universitetlərin professor-müəllim heyətləri tərəfindən diqqətlə seçilərək tövsiyə edilib. Bu baxımdan hesab edirik ki,  bu kitabların hamısına, həqiqətən də, böyük ehtiyac var və onlar Azərbaycanda ən çox tələb olunan dərsliklərdəndir. Nəzərə alsaq ki, bu dərsliklər dünyada ali təhsil üzrə ixtisaslaşan ən nüfuzlu nəşriyyatlar tərəfindən nəşr olunub, universitetlərimizin bu kitablara birbaşa çıxışının təmin edilməsi professor-müəllim heyəti və tələbələr üçün böyük bir dəstəkdir. Biz isə çalışacağıq ki, bu dəstəyi davam etdirək.”

 

Bu gün təqdim edlimiş kitablar aşağıdakılardır:

1.Marketinq strategiyası: ilkin prinsiplərin və verilənlərin təhlili əsasında (Müəllif: Robert Palmatier, Şrihari Sridar)

Nəşriyyat: “Red Globe Press”, 2021, 2-ci nəşr

 

2.Rəqəmsal marketinq. Strategiya, tətbiq və təcrübə (Müəlliflər: Deyv Çaffi, Fiona Ellis-Çadvik)

Nəşriyyat: Pearson, 2019, 7-ci nəşr

 

3.İqtisadi siyasət. Nəzəriyyə və praktika (Müəlliflər: A. Benassi-Küer, B.Köre, P. Jake, J. Pizani-Ferre)

Nəşriyyat: Oksford Universitetinin Nəşriyyatı, 2019, 15-ci nəşr

4.İnformasiya təhlükəsizliyi prinsipləri (Müəlliflər: Maykl E. Vitman, Herbert C. Mattord)

Nəşriyyat: “Cengage Learning”, 2021, 7-ci nəşr

 

5.Növbəti. Gələcəyin qısa tarixi (Müəllif: Avi Yoriş)

Nəşriyyat: Gefen, 2022

 

Bu kitablar bp-nin yerli universitetlərə, kitabxanalara və müvafiq elm və təhsil müəssisələrinə hədiyyəsidir. Hər bir dərsliyin çap edilmiş 2000 nüsxəsi ilə yanaşı, rəqəmsal versiyası da yerli nəşriyyatın - TEAS PRESS NƏŞRİYYAT EVİ-nin onlayn platformalarında yerləşdirilib.

Dərsliklərin nəşri layihəsinin ümumi dəyəri 2,14 milyon AZN-dən (1,26 milyon ABŞ dollarından) çoxdur. Bu məbləğə ümumilikdə 29 kitabın, yəni indiyədək nəşr edilmiş 19, yeni təqdim edilmiş beş və gələn il təqdim ediləcək daha beş dərsliyin xərcləri daxildir.

bp-nin maliyyələşdirdiyi bütün dərsliklərin tam siyahısı (əvvəl dərc edilmiş 19 kitab və yeni təqdim olunmuş beş kitab) və onların hər biri haqqında daha ətraflı məlumatla bu press-relizə əlavə olunmuş materialda tanış ola bilərsiniz.

Qeyd edək ki, bp şirkəti Azərbaycanda 31 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 110 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

Azərbaycanda bp şirkətində təxminən 2353 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

 

 


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!