• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Elmin Nuri: Məktəb şagirdi formalaşdırmalı və tədris-təlim verməlidir

  • 20-02-2024, 10:14

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Bəs sözügedən şagird məktəbdən xaric oluna bilər?

Məsələ ilə bağlı təhsil məsələləri üzrə ekspert Elmin Nuri Sonxeber.az-a bildirib ki, bu məsələnin məktəblə və müəllim ilə heç bir əlaqəsi yoxdur. Əfsuslar olsun ki, biz bir neqativ hal görürüksə, məktəblə əlaqələndirməyə çalışırıq. Bu hal məktəbdən kənar bir ərazidə, bir neçə qız şəxs tərəfindən törədilibsə məktəb burada bir məsuliyyət daşımır:


“Təbii ki məktəbin burada funksiyası var. Bunlardan biri tərbiyədir. Amma bu əsas funksiya deyil. Məktəb şagirdi formalaşdırmalı və tədris-təlim verməlidir. Daha sonra isə tərbiyə verməlidir. Burada əsas rol ailə institutunun payına düşür. Burada əsas məqama diqqət edin. Zərərçəkmiş qız qorxur. Mən ona da qıcıq oluram. İnsan həyatda təklənə yaxud hər cür vəhşi insan ilə üzləşə bilər. Amma bu qızın canında bir qorxu var. Psixoloqlar bunu daha yaxşı bilərlər. Çünki bu insan ailə də laqeydlik görüb. Ailədə biraz özünə qarşı soyuqluq görüb və onu özünə qapadaraq zəiflədib. O qızın güvən yeri yoxdur. Mən o videodan gördüklərimi deyirəm. Ancaq digərlərinə baxaq. Necə vəhşi, necə də özlərindən əmin, razı görünürlər. Burada ailə deməli o uşaqları qudurğan böyüdüb. Burada ailənin bu uşaqlar üzərində ya tərbiyəsi yoxdur, ya da ailənin ailəyə onlara verəcəyi dəyərlər bu imiş”.

Elmin Nuri deyib ki, burada sosial şəbəkələrin- “TikTok”, “Facebook”, “Instagram”ın “rolu” görünür.

“Mən burada xüsusi olaraq “TikTok”u demək istəyərdim. “TikTok” həqiqətən bizim cəmiyyətdə mənəvi deqradasiyaya səbəb olan əsas qüvvələrdən biridir. Əsasən bu düşüncədə olan şəxslər, küçə düşüncəsində olanlar “TikTok”da özünü fenomen hesab edir. Əsasən kütləyə xitabda xüsusi qabardılır. Onların təsirinə düşən bu cür yuyulmuş və boş beyinlər özləri üçün bir dünya qururlar. Siz o qızların hərəkətlərinə baxın. Onların artıq özlərinə məxsus vəhşi və tərbiyəsiz dünyaları var. Bu dünya elə belədən qurulmur. Mən ona görə məktəbin adına pis oluram ki, artıq məktəb daha da nüfuzdan düşür. Məktəb ilə bağlı problem ayrı bir məsələdir. Məktəb burada məkan olaraq heç vurğulanmır. Mən rəyləri oxudum. Guya bu qızlar ağıllıdı və sinifdə bunu etməyiblər. İnandırım sizi bunu məktəbdə etsələr belə bir-başa məktəbin günahı sayılmır. Amma məktəb buna laqeyd qalacaqsa, tədbir görməyəcəksə başqa məsələdir. Əgər bu hadisə məktəbin içində baş verərsə bu ola bilər. İndi burada məktəbin edəcəyi bir şey yoxdur.

Ekspertin sözlərinə görə, rəsmi dövlətlər qurumlar bu işin üzərinə düşdülər. Pis yaxud yaxşı olaraq sosial şəbəkələrin burada faydasını gördük:

“Məlumat sürətlə yayıldı. DİN-in rəsmi şəxsi özünün “Facebook” hesabında məlumat verdi ki, hadisə nəzarət altındadır. Bu biraz vəziyyəti düzəltmiş oldu. Söhbət burada mənəvi tərəfdən gedir. Məndə olan məlumata görə, orada şiddət göstərən qızların biri heç həmin məktəbin şagirdi də deyil. Qıraq bir adamdır. Biz burada hər şeyi məktəbdən gözləməyək. Həmin məktəb, o cümlədən digər məktəblər maarifləndirmə və tərbiyələndirmə işlərini daha yaxından həyata keçirə bilərlər. Məktəblər valideynlər ilə işi sürətləndirə bilər, məktəb psixoloqlarını işə daha lazımlı şəkildə gətirə bilərlər. Sinif rəhbərlərinin iş mexanizmini artırıla bilər. Şərt deyil ki, hadisə məktəbdə baş versin. Bu hadisə məktəb yaşında bir şagirdin başına gəlirsə, digərləri buna “SOS” siqnalı kimi baxmalıdır. Amma hər bir halda şagirddir. Biz əvvəlcə hadisənin rəsmi dövlət nəzarət altında olduğunu unutmamalıyıq. Görək, hüquqi baxımdan hansı addımlar atılacaq. Əsas olan budur. Pedaqoji baxımdan şagirdin məktəbdən xaric olunması isə pedaqoji şuranın qərarından asılıdır. Şəxsən mən, subyektiv qərarım olsa, o şagirdi bir gün də məktəbdə saxlamaram.

Sevda Səfərova

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!