• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

"Sıradan olan hadisəni məktəblə, müəllimlə əlaqələndirməklə nəyə nail oluruq?” - Nadir İsrafilovdan ETİRAZ

  • 20-02-2024, 12:46

"Axı, nə vaxta qədər valideyn baş verən proseslərdə məsuliyyətdən kənarda qalacaq, ittihamçı qismində çıxış edəcək? “İlk vaxtlar ana tərbiyəsi çox vacibdir çünki, əxlaq uşaqda bir hiss kimi həkk olunmalıdır”, “Ana, ata yaxşı tərbiyə almışlarsa, uşaqlar da tərbiyəli olar”, “Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz” və s. və i.a. Deməli, valideynlər uşağın ilk tərbiyəçiləridir".

Bu sözləri Redaktor.az-a təhsil eksperti Nadir İsrafilov deyib.

O deyib ki, pedaqogika elmində tərbiyə məsələlərinin bir sistem halına gətirilməsində böyük əmək sərf etmiş  J.J.Russo, İ.H.Pestalotsi, A.Disterveq, R.Ouen, Y.A.Komenski kimi bir çox fikir adamları, maarifçılər bu sistemdə ailənin, xüsusən də ananın rolunu yüksək qiymətləndiriblər:

"Məsələn, fransız maarifçisi J.J.Russo tərbiyə haqqında yazdığı əsərində “Ana yoxdursa, uşaq da yoxdur” qənaətinə gəlmişdir. Bundan çox sonralar məşhur  türk yazarı Namiq Kamal “Tərbiyə ana qucağında başlayır, hər deyilən kəlmə isə uşağın şəxsiyyətini formalaşdıran bir kərpicdir” deyərək,  uşağın həyatında ananın roluna yüksək əhəmiyyət verib. Con Lokk deyirdi ki, bütün millətin rifah halı uşaqların tərbiyəsindən asılıdır.  Psixoloji tədqiqatlar göstərir ki, ən düzgün tərbiyə demokratik rəhbərlik üsulu müasir ailədə valideyn nüfuzunun möhkəmlənməsi baxımından əlverişlidir. Pedaqogikanı, psixologiyanı, maarifçiləri və digər fikir adamlarınının dediklərini bir kənara qoysaq belə, dinimiz, peyğəmbərimiz  də deyir ki, “Heç bir ata-ana uşağına gözəl tərbiyədən daha yaxşı bir miras qoya bilməz.” Elə isə, sıradan olan hə hansı bir hadisəni məktəblə, müəllimlə əlaqələndirməkdə məqsədimiz nədir, bununla nəyə nail oluruq...? Axı, nə vaxta qədər valideyn baş verən proseslərdə məsuliyyətdən kənarda qalacaq, daim ittihamçı qismində çıxış edəcək…?"

N.İsrafilov əlavə edib ki, heç kəsə sirr deyil ki, bəzi valideynlər öhdəsindən gələ bilmədiyi övladıını məktəbə başdan etmək üçün göndərir, məktəbə bir növ saxlama kamerası kimi baxır:

""Getsin, təki mənim başım dinc olsun" kimi düşünən valideynlər az deyil. Təəssüf ki, bu gün uşağın tərbiyəsində valideyn  məsuliyyəti yetərli deyil. Halbuki dünyanın  əksər aparıcı ölkələrində valideyn məsuliyyəti müvafiq Qnunvericiliklə tənzimlənir. Ümumiyyətlə, tərbiyə işinin ailədən başlaması danılmaz bir faktdır. Ailə tərbiyəsini uşaq beşikdən görməlidir deyimi də əbəsdən yaranmayıb. Məktəb ilkin tərbiyə müəssisəsi deyil, tərbiyəni inkişaf etdirən və formalaşdıran təlim-tərbiyə ocağıdır. Məsuliyyət şagird-valideyn-müəllim arasında bərabər paylaşılmayacaqsa, xoşagəlməz halların baş verməsi də qaçılmaz olacaq. Bir valideyn bir övladının öhdəsindən gələ bilmirsə, məktəb yüzlərlə, minlərlə uşağın öhdəsindən necə gəlsin?! Hansı qanunda yazılıb ki, məktəbdənkənar, məhəlli xarakterli hadisələrə də məktəb cavabdehlik daşıyır? 2023-cü ildə IX sinifdən məzun olmuş bir qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib, bir aydan sonra onu görüntüləmək, 156 nömrəli məktəbin şagirdlərinin öz məktəb yoldaşını bullinqə məruz qoyduğu kimi təqdim edərək, məktəbin adını hallandırmaq hansı məqsədlərdən irəli gəlirdi? Maraqlı olduğu qədər də, təəccübləndirici və təəssüfləndirici haldır ki, sanki məktəb, müəllim mövzusundan başqa digər mövzumuz yoxdur və yaşadığımız mühit elə təkcə məktəb, müəllim və şagirddən ibarətdir. Bir də ki, hansısa bir və ya bir neçə kollektivdə baş vermiş və ya baş verə biləcək bu kimi halların bütövlükdə məktəb fonunda ümumiləşdirilməsi görəsən hansı məntiqidən irəli gəlir? Nə demək olar, onu da bilmək olmaz ki, bəlkə də bu sosial sifariş olub, müəyyən qüvvələr tərəfindən ortalığa atılan bir oyundur. Baxmayaraq ki, bilərəkdənmi, bilməyərəkdənmi, məktəbin, müəllimin, adının yerli-yersiz qalmaqallarda hallandırılması nəinki təhsilimiz üçün, bütövlükdə heç cəmiyyətimiz üçün də baş ucalığı gətirən hal deyil. Nəticələr üzərində deyil, səbəblər üzərində düşünməliyik.

Bir müddən əvvəl də ailə-məişət zəmnində baş verən qətl hadisəsi məktəblə, onun direktoru ilə  əlaqələndirildi, nə var, nə var qətlə yetirilən 5 aılə üzvündən biri Xətai rayonunda yerləşən 59 nömrəli tam orta məktəbin direktoru olub. Əsas və son dərəcə ciddi məqamlar bir kənarda qaldı,  “Əri və oğlu ilə birgə öldürülən qadın məktəb direktoru imiş”, “Məktəb direktoru oğlu tərəfindən qətlə yetirildi”, “Əri və övladı ilə birgə qətlə yetirilən məktəb direktoru” , “Bakıda məktəb direktoru ailəsi ilə birgə qətlə yetirilib”, “Oğlu tərəfindən qətlə yetirilən qadın məktəb direktoru olub” kimi yazı başlıqları  manşetlərin bəzəyinə çevrildi. Halbuki bu ağır cinayət hadisəsinin məktəblə, məktəbin direktorunun peşə bağlılığı ilə heç bir əlaqəsi yox idi. Əgər var idisə belə, elə ata da vəzifə mənsubu, səlahiyyətlisi idi. Gəlin məktəbin üzərinə bu dərəcədə getməyək, axı biz də bir vaxtlar məktəb məzunu olmuşuq... O ki, qaldı konkret fakt üzrə səbəb və nəticəyə yəqin ki, məsələyə istər mənəvi, istərsə də  hüquqi qiymət veriləcək",- deyə ekspert bildirib.

Qeyd edək ki, Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi başlanıb.

Humay İSGƏNDƏRLİ

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!