• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Məktəb, ailə, yoxsa cəmiyyət? - Şagird aqressiyasının kökündə duran amillər - Ekspertlərdən ŞƏRH

  • 20-02-2024, 13:38

17 yanvar tarixində məktəbli qızlar arasında baş verən dava külək kimi əsərək ölkəmizin gündəm kitabının yeni səhifəsinin açılmasına səbəb oldu.

Əliyumurtalı və qayçılı bu “vorzakon”lar əlibaltalıların xələfi olmaq yolunda uğurla irəliləyirlər, desək, yanılmarıq. Qeyri-etik hərəkətə məruz qalan məktəblinin özünümüdafiəsizliyi isə cəmiyyətdə yaranan narazılıq və aqressiyanı daha da alovlandırıb.

Bəs bu hadisənin kökündə nə dayanır? Məktəbli qızların bu həddə çatmağının səbəbi nədir? Əsl günahkar kimdir?

1news.az bu sualları psixoloq Vəfa Rəşidovaya ünvanlayıb.

 

V.Rəşidova bu cür halların ilk olmadığını və bu gedişlə son da olmayacağını söyləyib:

“Mövzu bir az həssas mövzudur. Özümüz də haradan başlayıb, harada bitirəcəyimizi bilmirik. İnsanlar guya nə vaxt bir tədbir görüblər ki, indi də nə isə olsun. Amma yenə də deyək.

O uşağın psixologiyası ciddi şəkildə zədələndi və onu bərpa etmək üçün illər lazım olacaq. Amma istənilən halda onun travması bir köşədə qalacaq və onunla nə qədər psixoloq işləsə də, insanlar haqqında düşüncəsi birmənalı olmayacaq. Çox gözəl psixoloqlar və metodlar var. Amma o, yaşadığını yaşadı. Videoları bütün cəmiyyətdə yayıldı. Onu düşünmədən bu videoları paylaşmaları absurd yanaşmadır. Təkcə o uşaq zədə almadı, onun atası, anası, bacı-qardaşları, qohumları da zədə aldı. Burada bütün cəmiyyət zədə aldı. Bu halın baş verməsinə görə insanlar çox gərgindir. Əslində bu birinci hal deyil. Yenə kimsə çıxıb üzr istəyəcək, unudulacaq və s. Heç bir nəticə olmur. Mən neçə ildir ki, bu sahədəyəm və görürəm ki, dəfələrlə belə hallar olub. Bir gün danışılır, müsahibələr verilir, 2-3 min nəfər oxuyur, elə orda da qalır”.

Psixoloq uşaqlara özünü müdafiə etməyi öyrətməyin labüdlüyünü vurğulayaraq valideynlərə səslənib:

“Özünü qoruya bilməyən uşaq həmişə zəif olur. Pislər də həmişə zəifi yaxalayır, onun üzərinə hücum edirlər. Bu niyə görə baş verib? Günahkar axtarırıq. Birincisi, günah tərbiyəsiz ailədədir. Uşaq ailənin güzgüsü olduğu üçün burada tərbiyəsiz bir ailənin üzvünü görürük. İkincisi, ən böyük günahkar onu kənarda durub seyr edən insanlardır. O insanlara insan demək olmaz. Onu seyr edən və heç bir müdaxilə etməyən insanlar vətən xainləridir. Mən belələrinə “vətən xaini” deyirəm. Üçüncüsü, bunu edən insan özündən zəifi seçib. Əmin olun ki, qızın alnına aşağılayıcı söz yazmaq və digər hərəkətlərin eynisini valideynləri də ona edib. Yoxsa o yeniyetmə bu davranışı hardan öyrənə bilərdi? Təbii ki, evində bundan betərini onun üçün ediblər. O da bu hərəkəti kopyalayıb və özündən zəif, yaşca balaca insana bunu edib. Özləri o qədər aşağılanmış bir ailədə “əmələ gəlir”lər ki, güzgü effekti özünü göstərməli idi. Nə vaxta qədər ki, valideynlər tərbiyə metodunun nə olduğunu bilməyəcəklər, “Tik-tok”da ondan-bundan “tərbiyə” metodu öyrənib uşaqlarına onu tətbiq edəcəklər, o vaxta qədər də cəmiyyət bu hadisələrin betərini gözləsin. İnsanlara da deyirəm ki, sosial şəbəkələrdə boş-boş “Aaa!”, “Vau!” deməyin mənası yoxdur. Onsuz da öz aranızda, qonşularınızın, məktəbinizin içində belə halları seyr edənlər də az deyil. Özünüzü professor kimi aparmayın. Sadəcə nəticə çıxarın”.

Məsələ ilə bağlı 1news.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə ekspert Elmin Nuri isə burada əsas məsuliyyətin birinci növbədə cəmiyyətin, ikinci isə ailənin üzərinə düşdüyünü qeyd edib.

“Təəssüflər olsun ki, sosial şəbəklərdə yayılan və hamının az qala sinir pozuntusuna səbəb olan bu hadisə məktəbin nüfuzuna zərbə vurmaqdan da yan keçmədi. Təbii ki, bunda müəyyən qədər də məktəbin günahı var, amma bu cüzi bir hissədir. Burada əsas günahkar sosial şəbəkələr və sosial şəbəkələrin diktəsi ilə gedən gənclərdir. Burada ailə, cəmiyyət və məktəb üçbucağı önəm daşıyır. Birinci növbədə cəmiyyəti, ikinci isə ailəni deməliyik. Azərbaycanda həmişə ailə dəyəri yüksək səviyyədə olub. Amma təəssüf ki, son vaxtlar ailə dəyərləri də ölüb. Burada da əsas səbəb sosial şəbəkələrdir, xüsusən də “Tik-tok”. Şagird qanının qaynadığı yeniyetməlik dövrünə qədəm qoyduqca uşağa valideyninin diqqəti artmaq yerinə zəifləməsi müşahidə olunduqca sosial şəbəkənin onların psixologiyasına təsiri daha çox özünü göstərir”.

Təhsil eksperti şagirdlərin davranışına təsir edən amillər arasında sosial şəbəkələrin, xüsusən də “Tik-tok”un rolu olduğunu söyləyib.

“Videoda şiddət göstərən qızların ədaları, özündənrazılığı, küçə psixologiyasına uyğun hərəkət etmələri onların mənəvi psixoloji cəhətdən necə deqradasiyaya uğramasından xəbər verir. Onların əxlaqında “Tik-tok” elementlərini hiss etmədinizmi? Təbii ki, etdiniz.

Sosial şəbəkələr, xüsusən də “Tik-tok” nizamlanmalıdır. Məktəbin görəcəyi işlər də çoxdur. Amma biz burada məktəbi günahlandırmaqdan uzaq olmalıyıq. Birincisi, hüquqi cəhətdən baxsaq, hadisə məktəbdən kənarda olub. İkincisi, deyilənə görə şiddət göstərilən qız həmin məktəbin şagirdi deyil.

Məktəbin üzərinə atmalı olduğu addımlar da var. Valideynlərlə xüsusi işlərin görülməsi, məktəb psixoloqlarına xüsusi tapşırıqların verilməsi, sinif rəhhbərləri ilə görüşərək onlara xüsusi tapşırıqların verilməsi.

Lakin mən xüsusi olaraq bir məsələnin üzərində dayanacam. Ailə!”

E.Nuri son olaraq təhqirlərə məruz qalan məktəblinin özünü müdafiə etməməsindən bəhs edib:

"Görüntülərdə şiddətə məruz qalanın psixologiyasına baxın. Adam nə dərəcədə yazıq, aciz, mütidir. Bu onun günahıdır və insanda aqressiya yaradan məsələ də budur. Nolsun məktəblidir? Uşaq ki deyil. Onun müqavimət göstərməməsi ailədən qaynaqlanır. Bu insanda nə özgüvəni, nə də güvənəcəyi kimisə var. “Mən onlara cavab qaytaracam, lazım gəlsə, “saçyoldu”ya çıxacam və məni kimsə müdafiə edəcək”. Sanki arxasında ailə görmür. İndi isə qarşı tərəfə baxın. Ən tərbiyəsiz hərəkəti edir, amma özündən necə əmindir. Bu əminlik də ailədən gəlir. Ya ailəsi bu qızla heç maraqlanmır, tamamilə laqeyddir, ya da onu çox ərköyün böyüdüblər. İstər şiddət göstərən, istərsə də şiddətə məruz qalan tərəf sanki ailə institutunu məhv etdilər. Biri özgüvənsizliyi ilə, biri də qaydalardan kənar hərəkət etməklə”.

Milli Məclisin deputatı Etibar Əliyev isə bütün məsuliyyətin həmin yeniyetmələrin valideynlərinə yüklənməsinin doğru olmadığını və məktəblərin üzərinə də böyük məsuliyyət düşdüyünü bildirib:

“Bu, şagirdin təfəkkürünün, tərbiyəsinin, davranış və əxlaqının formalaşmasında məktəbin funksiyasını arxa plana çəkməkdir. Elə valideynlər var ki, övladları ilə çox ciddi məşğul ola bilirlər, amma elə valideynlər var ki, buna imkanı yoxdur. Buna görə də övladlarının təhsil və tərbiyəsinə vaxt ayıra bilmirlər. Bu savadla bağlı deyil, vaxt məhdudiyyəti ilə bağlıdır. Onlar çalışırlar və evə gec gəlirlər. Nəzərə almaq lazımdır ki, orta məktəb müəllimlərinə həm pedaqogika fənni tədris olunur. Onlar həm müəllimlik, həm də tərbiyəçi funksiyasını yerinə yetirməlidirlər. Düşünürəm ki, məsuliyyəti təkcə valideynlərin üzərinə qoymaq absurddur. Bütün zamanlarda məktəb hər zaman şagirdlərə bilik verməklə yanaşı onların fiziki hazırlığına və tərbiyəsinə cavabdehlik daşımaq kimi funksiyaları yerinə yetirib.

Bu gün ən ciddi məqamlardan biri də odur ki, dərslərə davamiyyət çox aşağı səviyyədədir. Xüsusən də, yuxarı sinif şagirdlərinin böyük kəsimi dərslərdən yayınırlar. Bunun bir səbəbi hazırlığa getmələri ilə bağlıdır. Digər tərəfdən müəllimlər keçdikləri dərslərin keyfiyyəti ilə yanaşı, həm də şagirdləri tərbiyələndirməlidirlər. Dərslərə davamiyyətə həddindən artıq diqqət yetirmək lazımdır. Bu yaxınlarda da məktəblilərin bir-birini bıçaqlaması kimi hadisələrə şahid olduq. Bu cür halların səbəbləri araşdırılmalıdır. Müəllimlərin valideynlərlə birgə işi olduqca vacibdir. Hansısa şagird müəyyən çərçivədə davranışlardan kənara çıxırsa, mütləq şəkildə valideynlərlə söhbət aparmalı və bunun səbəblərini öyrənməlidir.

Bilirik ki, dövr fərqli dövrdür. Tərbiyə prosesinə çoxfunksiyalı telefonların da mənfi təsiri var. Buna görə də bir çox ölkələrdə şagirdlərin məktəbə telefonla gəlməyinə qadağalar qoyulub.

Çox təəssüf ki, bu gün məktəb direktorlarının əksəriyyəti şagird davranışına, şagirdlərin proqramı mənimsəməsinə məsuliyyətsiz yanaşırlar. Bu faktdır. Bunu heç cür danmaq mümkün deyil. Tərbiyə sadə iş deyil".

E.Əliyev valideyn-müəllim münasibətlərindəki gərginlikdən və bunun doğurduğu mənfi nəticələrdən danışıb:

"Bir məsələni də qeyd edim ki, bu gün valideyn-müəllim münasibətlərində də gərginlik hiss olunur. Nə qədər ki, məkəb direktoru və müəllim hər bir şagirdə öz övladı kimi qayğı göstərə bilmirsə, bu cür halların sayı artacaq. İstər məktəbin daxilində, istərsə də məktəbin kənarındakı şagird davranışlarında valideyn və müəllim bərabər məsuliyyət daşıyır.

Ali məktəblərdə müəllim hazırlığı zamanı psixologiya və pedaqogika fənni yeni dövrün tələblərinə uyğun şəkildə tədrisinə diqqət ayrılmalıdır".

Qeyd edək ki, sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılmışdı.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!