Məşhur riyaziyyatçının nəvəsindən Təhsilin İnkişafı Fonduna təşəkkür-FOTO
Bu gün Rəsulov Mehman Bulud oğlu Təhsilin İnkişafı Fondunun qonağı olub. M.Rəsulov Mingəçevir Dövlət Universitetinin “Riyaziyyat” kafedrasının dosentidir. O, Azərbaycanın ilk riyaziyyatçı qadın alimi Maya xanım Hacıyevanın tələbəsi olub.
M. Rəsulov “Maya Hacıyeva adına İKT bacarıqları” layihəsinin elanını gördüyü zaman çox sevindiyi vurğulayaraq, Fonda gələrək şəxsən Maya xanımın adını yaşatdığı üçün layihə təşəbbüskarlarına təşəkkür etmək istəyini bildirib.
Edupress.az xəbər verir ki, M.Hacıyevanın həm elmi-pedaqoji fəaliyyəti və uğurları, həm də humanist addımları ilə böyük sevgi və rəğbət qazandığını vurğulayan Mehman Rəsulov, onun həmçinin təqaüd ala bilməyən gənclərə şəxsi vəsaiti hesabına yardım etdiyini də bildirib. Söhbət əsnasında o, Maya xanımı əvəzolunmaz şəxsiyyət, fədakar elm xadimi, qayğıkeş ana kimi xarakterizə edib.
Maya Hacıyeva tələbələrinin, cəmiyyətin unudulmaz xatirələrinə çevrilərək əbədiyaşarlıq haqqı qazanıb.
Xatırladaq, “Maya Hacıyeva adına İKT bacarıqları” layihəsinə müraciət davam edir.
Müraciət üçün son tarix 08.03.2024