
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir Rayonu üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə Şəmkir rayonunda fəalliyət göstərən məktəbəqədər təhsil müəssisələri arasında 02.03.2024-cü il tarixində 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “Şən Startlar” adlı estafet yarışı keçirilib.
Yarışda 10 məktəbə qədər təhsil müəssisəinin körpə fidanları iştirak edib.
Maraqlı estafetin sonunda I yerə Şəmkir şəhər 3 saylı Körpələr evi uşaq bağçası, II yerə Kür qəsəbə Körpələr evi uşaq bağçası, III yerə Şəmkir şəhər II saylı körpələr evi uşaq bağçasının körpələri laiq görülüblər.
Sonda qalib komandalar Şəmkir Rayon Təhsil Sektoru tərəfindən Fəxri Fərmanla təltif olunublar, iştirakçılara isə hər birinə müxtəlif hədiyyələr təqdim olunub.