• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Məktəb şagirdi QORUMALIDIR! Qız uşaqlarını nişanlamaq cəmiyyətə edilmiş HƏQARƏTDİR - AÇIQLAMA

  • 05-03-2024, 11:54

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halları qeydə alınıb. Məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib. Eyni zamanda, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adlarının qeyd olunduğu və qiymətlərinin yazıldığı iddia edilib. Bu baxımdan məktəbdə bu tip qanunsuzluqların qarşısını almaq üşün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri bildirib ki, bu məsələ Azərbaycan təhsili və cəmiyyəti adına çox problematik və xüsusi nəzarət tələb edən mövzulardan biridir. Zaman-zaman bununla bağlı rəsmi dövlət nümayəndələri, elm və təhsil naziri Emil Əmrullayev münasibətini bildirmişdir. Hətta bununla bağlı ciddi problem olduğunu deyib:
Məktəb şagirdi QORUMALIDIR! Qız uşaqlarını nişanlamaq cəmiyyətə edilmiş HƏQARƏTDİR - AÇIQLAMA"Bildirmişdi ki, hazırda orta məktəblərdə qız uşaqlarının məktəbdən yayınma halları azalıb. Amma bu yenə də problem olaraq qalmaqdadır. Bunun tam həll olunduğunu demədi. Amma bir məsələyə diqqət çəkək. Qız uşaqlarının məktəbdən yayınma hallarının böyük səbəbi erkən yaşda nikaha girməsi, ailə qurmaqla ilə bağlı ilk addımlarının atılmasıdır. Əksər hallarda bu səbəbdən erkən yaşda məktəbdən yayınırlar. İcbari təhsil əvvəl bizdə 4-cü sinfə qədər idi. Bəzi yerlərdə qız uşaqları 4-cü sinfə qədər oxuyur və valideynləri tərəfindən məktəbə göndərilmirdi. Nə yaxşı ki, bununla bağlı qərar verildi. Artıq məcburi təhsil 9-cu sinfə qədərdir. İndi də bəzi ərazilərdə 9-cu sinfi bitirən kimi qızların təhsil almasına ehtiyac görmürlər. Biz bunu hamıya aid edə bilmərik. Amma fakt olaraq qalır. Bu problemlər hələ də özünü göstərir".

Ekspertin sözlərinə görə, bu gün bizim məktəblərdə, xüsusilə regionlarda qız uşaqlarının məktəbdən yayındırılması və erkən nikaha yönləndirilməsi halları qalmaqdadır:

"Dövlətin qanunvericiliyinin rəsmi nikah yaşı var. Bəziləri bundan kənara çıxmağı hüquqi cəhətdən yol verməsələr də, nişanlanmaq yaxud sözlü etməklə artıq öz məqsədlərini həyata keçirmiş olurlar. Bununla bağlı atılacaq ilk addım cəmiyyətin nəzarəti və maarifləndirilməsidir. Gənc müəllimlər var ki, ucqar yerdə bununla bağlı valideynlər ilə mübarizə aparır. Elə müəllim var ki, bu uğurda öz sağlamlığını riskə atıb. Bu gün bizim təhsil sistemimiz cəmiyyət ilə birləşməlidir. Məktəb uşağa dərs keçməklə bərabər qorumalıdır. Müəllimlərin işə müdaxiləsi maarifləndirici ola bilər. Bu gün deyək ki, qaib sistemi yerinə avtomatik giriş-çıxışların qeydə alınması keçirildi. Sabah bu hallar azalmayacaq. Burada dərin işlər görülməlidir. Daha sərt addımlar atılmalıdır. Bu günləri qız uşaqlarını məktəbdən uzaqlaşdırmaq, onları həyatı tam dərk etməmiş erkən nikaha bağlamaq, nişanlanmaq təkcə qız uşaqlarına deyil, cəmiyyətə edilmiş bir həqarətdir".

Qeyd edək ki, məktəbin şagirdinin erkən nikaha cəlb olunması barədə yayılan xəbərlə bağlı idarəyə sorğu daxil olan kimi dərhal məsələ nəzarətə götürülüb.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!