• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

“Qadın müəllimlər diqqət və qayğıya, kişi müəllimlər isə qürur və nüfuza meyillidirlər…” - Nadir İsrafilov

  • 12-03-2024, 09:21

"Nə qədər ki, müəllimin nüfuzu qalxmayacaq, kişi müəllimlərin bu peşəyə cəlb olunmasında da müəyyən problemlər yaşanacaq".

Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, bu hal təkcə bizim Respublika üçün xarakterik hal deyil:

"Dünyanın bir çox digər ölkələrində də məktəblərdə qadın və kişi müəllimilərin sayı barədə müzakirələr müxtəlif platformalarda aparılır. Beynəlxalq Əmək Təşkilatının açıqladığı məlumatlara görə, ölkələr üzrə pedaqoji heyətdə qadınların üstünlük təşkil etdiyi rəqəmlər müxtəlifdir. Statistik rəqəmlərdən də göründüyü kimi, uzun illərdir ki, məktəblərdə kişi müəllimlərin azlığı problem olaraq qalmaqdadır. Hətta oğlan şagirdlərin məktəbdə davranışlarında son dövrlər müşahidə olunan bir sıra neqativlərin artması da məktəblərdə kişi müəllimlərin sayının azlığı ilə əlaqələndirilir. Hətta Elm və təhsil naziri Emin Əmrullayev də çıxışlarının birində gələcəkdə qadınların təhsildə çox olmasının problem yaradacağını qeyd edib: “Amma biz kişi müəllimlərin çox olmasını istəyirik".

Bəs görəsən kişi müəllimləri məktəbdən yayındıran səbəb nədir? Onları yenidən məktəbə qaytarmaq üçün hansı tədbirlərin görülməsinə ehtiyac var? Bu sual da xeyli müddətdir ki, müzakirə obyektlərindən biri kimi daim gündəmdədir. Məktəblərdə qadın müəllimlərin sayının kişi müəllimlərdən dəfələrlə çox olması artıq narahatedici reallığa çevrilib. Hətta, cəmiyyətdə belə bir fikir də formalaşıb ki, müəllimlik daha çox qadın sənətidir. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də media nümayəndələrinə açıqlamasında demişdi ki, təhsil sahəsində kişi müəllimlərin azalması gender balansının pozulmasına səbəb olur: “Bu məsələ ilə bağlı peşəyönümlü ciddi işlər aparılmalıdır ki, oğlanlar müəllimlik peşəsini seçsinlər. Maarifləndirmə işləri artmalıdır. Gender balansı pozulub"".

Ekspert qeyd etdi ki, vəziyyətdən çıxış yolu kimi kimisi əmək haqqının artırılmasını, kimisi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsini görür:

"Halbuki, son on ildə əmək haqqı dəfələrlə artıb, 1000-2000 min manat civarında əməkhaqqı alan xeyli sayda müəllimlərimiz var. Əsaslı dönüş isə hələ ki, yoxdur. Bugünkü gün müəllimlərə dövlət qulluqçusu statusu verilməsi də o qədər real görünmür, çünki, təhsil işçilərinin sayı çox yüksək rəqəmlərlə ifadə olunur. Bir mənalı demək də olmaz ki, kişi müəllimlərin sayı azdır. Kişi müəllimlər kifayət qədərdir, lakin bir ailə başçısı olaraq, onlar daha çox biznes sahələrində, kommersiya strukturlarında fəaliyyətə daha çox üstünlük verirlər. Fərdi fəaliyyət sahəsi olan repetitorların, müxtəlif hazırlıq kurslarının müəllimlərinin əksəriyyəti kişilərdir.

Hesab edirəm ki, kişi müəllimlərin yenidən məktəbə qaytarılmasının ən optimal yolu “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərindən biri kimi müəllim nüfuzunun qaldırılmasıdır. Qadınlar diqqətə və qayğıya meylli oduğu qədər, kişilər də onların qürur mənbəyi olan nüfuza daha çox meyillidirlər. Bu gün məktəblərimizdə təlim-tərbiyə prosesinin təşkilində kişilik qüruruna, kişi zəhminə böyük ehtiyac var. Bununla belə, kişi müəllimlərin təhsilə cəlb olunması zamana bağlı olan məsələdir. Kişi müəllimlərin təhsildən aralanması nə qədər vaxt aparıbsa, onların yenidən bu peşəyə cəlb olunması da bir o qədər vaxt aparacaq".

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!