
Əsrlər boyunca Cəmiyyətin inkişafında və xüsusilə uşaqların , gənclərin formalaşmasında Qadınlar həmişə önəmli yer tutmuşdur. Uşaqların maarifləndirilməsi və onlarla tərbiyəvi işlərin aparılmasında ailədə qadının rolu danılmazdır. Bütün bu nüansları nəzərə alaraq Ulu Öndər H.Əliyevin anadan olmasının 100 İlliyinə həsr olunmuş “GələcəkSƏN” layihəsini həyata keçiriləcək.
Edupress.az xəbərverir ki, bu layihə Gənc və Ortayaşlı xanımların Sağlamlığı, Təhsili , Karyerası və İnkişafı üçün nəzərdə tutulmuşdur. Gün ərzində Xanımlar müxtəlif Peşə sahibləri tərəfindən maraqlı mövzular üzrə maarifləndiriləcək və Gələcəyi üçün önəmli qərarlar verməyinə təkan verəcək. Park Bulvar ərazisində istirahət edən ziyarətçilər həmin xanımların hər biri ilə tanış ola və yaxından ünsiyyət qura biləcək. Eyni zamanda onların seminarlarını dinləyərək Təhsil, Peşə, Karyera , Valideynlik və Analıqla bağlı hər bir müasir xanımın bilməli olduğu məlumatlarla tanış olacaqlar. Tədbir zamanı müxtəlif yarışlar , oyunlar keçiriləcək və bol bol hədiyyələr paylanılacaq.Tədbir Rəsmi Açılış Mərasimi ilə aparıcının iştirakı ilə başlayıb Açılışa dəvət olunan qonaqların nitqi ilə davam edəcək.
Tədbir 13 May tarixində 13:00 da Rəsmi açılışla başlayıb 17:00 a kimi davam edəcək. Açılışa Rəsmi dövlət qurumu nümayəndələri, deputatlar və digər orqanların rəsmi nümayəndələrinin dəvəti nəzərdə tutulur