• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

"Bu cür valideynlər təhsil adına bir ləkədir" - Ekspertdən SƏRT SÖZLƏR

  • 19-03-2024, 10:10

 

Danılmaz faktdır ki, ölkədə müxtəlif bayramlar ərəfəsində orta məktəblərdə müəllimlərə hədiyyə alınır, pul yığılıb verilir. Bütün bunlar azmış kimi, bəzi müəllimlər doğum günlərində də hədiyyə istəyirlər, hədiyyə verməyən şagirdlərə qarşı aqressiv yanaşırlar. 

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elmin Nuri söylədi ki, uzun illərdir bu məsələ ildə bir neçə dəfə gündəmə gəlir:

"Çünki həqiqətən də son illərə nisbətdə qarşısı alınsa da, mübarizə metodları artırılsa da, təəssüf ki, yenə də məktəblərdə müəllimlər üçün pul yığmaq, hədiyyə almaq kimi ənənə davam etməkdədir. Bu, hallara əsasən 8 Mart Beynəlxalq Qadınlar günü və 5 Oktyabr Beynəlxalq Müəllimlər günündə rast gəlinir. Doğrudur, indi hətta Yeni ildə də, digər bayramda da, müəllimlərin ad günündə də belə bir təşəbbüs olur. Bunun birmənalı səbəbkarı, mənbəsi siniflərdəki valideyn komitələridir. Birincisi, həmin komitələr nizamnaməyə, öz missiyasına görə hərəkət etmirlər. Valideyn komitəsinin işi nəzarət mexanizmi əsasında qurulmalı idi. O, nəinki həmin sinfin, o cümlədən məktəbin də tədris və təlim məsələlərinə müəyyən bir yanaşma sərgiləməli, baş verən neqativlərlə bağlı valideynlər adından öz fikrini bildirməlidir. Çünki təhsildə üç tərəf var: şagird, müəllim və valideyn. Bizim məktəblərdəki valideyn komitələri isə tamam başqa missiya ilə məşğuldurlar. Bir neçə demaqoq və özünü müəllimə yaxın hiss etdirmək istəyən valideyn bu zaman ortalığa düşür, yaradılan votsap qruplarında xüsusi əda ilə, xüsusi canfəşanlıqla müəyyən "təşəbbüs" irəli sürürlər. Pul yığmağın, hədiyyə almağın vacibliyini diqqətə çatdırırlar. İnanın, elə müəllimlər tanıyıram, özü deyir ki, lazım deyil, etməyin. Yəni öz nəfsindən imtina edir. Çünki insan deyilən varlıq üzərində nəfs daşıyır, hədiyyəyə və sairə meyili olur, amma elələri var ki, "başı ağrımasın" deyə, müəyyən bir narazılıqlar yaranmasın deyə, şikayət olmasın deyə bundan imtina edir. Amma bir qrup valideyn var ki, müəllimin imtinasından sonra belə bu vərdişlərdən əl çəkmirlər, sanki onlar bunun üçün yaşayırlar, sanki onların uşağı buna görə dərsə gedir. Onlar üçün sinifin tədris prosesində, sinifin təlim-tərbiyə məsələsində hər hansı bir neqativi işıqlandırmaq, məsələni müzakirəyə çıxarmaq deyilən bir anlayış yoxdur", - deyən ekspertin sözlərinə görə, həmin valideynlər üçün təhsil anlayışı belə yoxdur:

"Onlar üçün bu anlayışlar var: pul yığılsın, özlərini, hegemon kimi göstərsinlər. İndi bəzi buraxılış siniflərində, bir və dördüncü siniflərdə buraxılış gecələri olur, daha sonra "Son zəng" olur, restoran məsələsində ortalığa düşürlər. Bu cür valideynlər təhsil adına bir ləkədir. Problemlə bağlı təkliflər demək lazımdır. Bu gün nazirlik tərəfindən valideyn komitələri ilə bağ olmalıdır. Ümumiyyətlə, valideyn komitələri necə olmalıdır? Bu, məktəbin nizamnaməsində öz əksini tapmalıdır və sırf həmin nizamnaməyə görə valideyn komitələri fəaliyyət göstərməlidir. Həmin valideyn komitələrinə daha pul yığmaqda mahir, demaqoq insanlar yox, həqiqətən də ziyalı olan, tədrisi anlayan, təcrübəsi olan valideynlər daxil edilməlidir. Əks halda bu problemlər həmişə qalacaqdır, çünki bu məsələ təkcə müəllimlə məhdudlaşmır. Məsələnin daha böyük tərəfi valideyn komitələridir".

Elmin Nuri qeyd etdi ki, indi İT texnologiyasının, texnoloji inkişafın üstünlükləri imkan verir ki, bu işlərini daha sürətlə həyata keçirsinlər.

"Görürsünüz ki, bir sinifin mütləq votsap qrupu olmalıdır. Mənə ən yaxın olan çevrədə müəllimlər var ki, konkret gözümlə görmüşəm, valideynlər həmin müəllimdən xəbərsiz öz aralarında ayrıca votsap qrupu yaradır. Müəllimin ad günü üçün, onun 8 Martı üçün əlavə pul yığırlar. Bu artıq valideynin özünə çox ciddi şəkildə hörmətsizlikdir. Bu gün həqiqətən də,  gənc müəllimlərimiz var ki, onlar həqiqətən də tədris düşünürlər. Onların beynində, nəfslərində hədiyyə anlayışı yoxdur, varsa da istəklərini boğurlar, amma valideynlər ona imkan vermirlər. Bu, bütün müəllimlərə aid deyil, bütün müəllimlər "süddən çıxmış ağ qaşıq deyil", dolayısı yolundan tələb edən də var. Özü kənarda qalıb, öz əlaltısı olan valideyni işə təhrik edən də var. Amma nisbət mənada deyirəm ki, bu problemi həll etmək üçün valideynlərdən başlamaq lazımdır. Valideyn komitələri düzgün işləyərsə, hətta hədiyyəyə görə, başqa nəyəsə görə sinifdə neqativ hal yaşadan müəllimin də qarşısında ilk duran onlar olacaqlar", - deyə ekspert bildirdi.

Humay İSGƏNDƏRLİ

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!