• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Ümumi təhsil müəssisələri şagirdlərə ingilis dilini hansı səviyyədə öyrənməyə kömək edir?

  • 19-04-2024, 05:58

 

Qloballaşan dünyada insanların ingilis dilini bilməsinə böyük ehtiyac var. İstər müxtəlif xarici mənbələrdən istifadə edilməsi, istər auditoriya əhatə etmək, istərsə də iş tapmaq baxımından ingilis dili biliyinin olması vacibdir. Bəs Azərbaycan məktəblərində ingilis dilinə yanaşma, bu dilin tədrisi prosesi necədir?

AZƏRTAC bununla bağlı ingilis dili müəlliminin və təhsil ekspertinin fikirlərini təqdim edir.

Bakı şəhəri 207 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Reyhan Rzayevanın fikrincə, məktəb illəri xarici dil üçün güclü zəmin yarada bilər, lakin C1 səviyyəsinə çatmaq üçün daha çox çalışmaq lazımdır.

Müsahibimiz bunun səbəbinin vaxt məhdudluğu, xarici dil tədrisinə adətən həftədə bir neçə saat ayrılması ilə bağlı olduğunu və bunun B1-B2 səviyyəsi üçün kifayət etdiyini, lakin C1 üçün yetərsiz olduğunu bildirib: “Xarici dil tədrisi 4 əsas bacarığın formalaşdırılmasına və inkişafına əsaslanır. Bunlar dinləyib-anlama, oxuyub-anlama, danışıq və yazı bacarıqlarıdır. Ənənəvi tədris metodunda daha çox oxu və yazı bacarıqlarına üstünlük verilirdisə, kurikulum sistemində artıq müasir vəsaitlər hər 4 bacarığa uyğun material və tapşırıqlarla zənginləşdirilib. Təbii ki, bu bacarıqların hansı səviyyədə tədrisi siniflər üzrə fərqlənir. Belə ki, ibtidai siniflərdə bu bacarıqlara uyğun biliklərin təməli qoyulur, artıq 5-ci sinifdən həmin vərdişlərin daha da inkişaf etdirilməsinə fokuslanılır. İbtidai siniflər A1 səviyyəsində, 5-9-cu siniflər A2, 10-11 siniflər isə B1-B2 səviyyəsinə yiyələnirlər. Təbii ki, siniflər dinləmə vəsaitləri, lazımi texnologiyalarla təmin olunur”.

Reyhan Rzayeva passiv öyrənmənin də dil öyrənmə prosesinə daxil edilə biləcəyini söyləyib: “Ənənəvi tədris əsasən müəllim mərkəzli dərslərə əsaslanır. Danışıq və ya müstəqil öyrənmə kimi fəal təcrübəyə daha az diqqət yetirilir ki, bunlar C1 səlisliyi üçün vacibdir.

C1 əldə etmək üçün tətbiq edilən metodlara, fikrimcə, dərsləri filmlər, kitablar, İKT, podkastlar və ya xarici dildə söhbətlərlə tamamlamaq daxildir. Kifayət qədər əzm və düzgün yanaşma ilə şagirdlər məktəb illərindən sonra C1 səviyyəsinə çata bilərlər”.

“Xarici dilin tədrisi zamanı bəzən səhvlərə yol verilir. Qrammatikaya həddindən artıq vaxt ayırmaq bu səhvlərdən biridir, çünki qrammatika vacib olsa da, təkcə qaydalara diqqət yetirmək dilin mənimsənilməsini çətinləşdirə bilər. Bu səhvlərdən digəri isə şagirdlərə xarici dildən kifayət qədər istifadəyə şərait yaratmamaq, onlarda ünsiyyət bacarıqlarını inkişaf etdirməmək, dərs zamanı müzakirələr, rollu oyunlar və təqdimatlardan istifadə etməməkdir. Müəllim mərkəzli və əzbəryönümlü dərslər şagirdlərdə motivasiyanın aşağı düşməsinə səbəb olur. Dərs zamanı şagirdlərin müxtəlif öyrənmə ehtiyaclarını qarşılamaq (vizual, auditor, kinestetik) tədrisin effektivliyini artırır”,- deyə müsahibimiz Reyhan Rzayeva fikrini yekunlaşdırıb.

Təhsil eksperti Elmin Nurinin fikrincə, ümumi təhsil müəssisələrində xarici dilə yanaşma həmişə birtərəfli olub: “Lakin daha dərinə baxsaq, ingilis dili buraxılış imtahanlarına daxil olan üç əsas fəndən biridir. Bu, ingilis dili biliyinin ümumtəhsil göstəricisinə təsir etdiyini təsdiqləyir. Deməli, bu fənnə ciddi yanaşmalıyıq”.

Ekspert qeyd edib ki, xarici dilə yalnız onu öyrənmək, riyaziyyata misal və məsələ həlli, Azərbaycan dilinə isə ahəng qanunu, təhlili bilmək kimi baxılmamalıdır, onların hər birinin dərin məzmunu var: “İngilis dilini öyrənməyin əsas məqsədləri olmalıdır. Məsələn, şagirdlər zəruri ingilis dili biliklərinə yiyələnməli, öyrənilən ölkələrin mədəniyyət və ənənələri ilə tanış edilməlidir. Bununla yanaşı, nitq fəaliyyəti üzrə kommunikativ bacarıqların inkişaf etdirilməsi ilə dil duyumunu, yaddaşın bütün növlərinin, məntiqi tənqidi və yaradıcı təfəkkürün formalaşdırılmasını, həmçinin inkişaf etdirilməsini unutmamalıyıq”.

Elmin Nurinin sözlərinə görə, ingilis dilinə çox ümumi yanaşılır. O qeyd edib ki, ingilis dili dünyada ünsiyyət dili olmaqla yanaşı elm, təhsil dilinə də çevrilib.

Müsahibimizin fikrincə, şagird dinlədiyi fikrin məzmununu izah etməyi bacarmalıdır: “Diqqət edilməli məqamlardan biri də budur ki, söhbət beyin prosesindən, məzmun izahından gedir. Şagird qarşısındakı insan ilə rahat şəkildə ünsiyyət qura bilməlidir.

Bu gün ingilis dili müəllimi lüğəti, qrammatikanı çox gözəl öyrədə, müxtəlif oyunlarla uşaqların marağını cəlb edə bilər, lakin məzmun xətləri, məqsəd və məramların bir çox hissəsi şagirdlərə öyrədilmədikdə bu, ingilis dilinin yaxşı qavranılmamasına səbəb olur”, - deyə Elmin Nuri qeyd edib.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!