• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Şagirdi məktəbdə necə xoşbəxt etməli?” adlı kitab çap olunub

  • 03-05-2024, 07:15

 

Təhsil tədqiqatçısı Böyükağa Mikayıllı və Bakı şəhəri 165 nömrəli tam orta məktəbin tarix müəllimi Ülviyyə Mikayıllı “Şagirdi məktəbdə necə xoşbəxt etməli?” adlı kitab ərsəyə gətiriblər.

Müəlliflər çoxillik araşdırmalarına əsaslanaraq qələmə aldıqları kitabda klassik və müasir pedaqoji konsepsiyaları tədqiq edərək şagirdlər üçün ən optimal öyrənmə mühitini müəyyənləşdirməyə çalışıblar. Tədqiqat işi həm nəzəri, həm də təcrübi araşdırmaların nəticələrinə söykənir. Kitabda dünyanın bir sıra ölkəsində yüz ildən artıqdır ki, uğurla tətbiq olunan Dalton Planı texnologiyasının pedaqoji ideyası ilk dəfə olaraq Azərbaycan oxucusuna geniş şəkildə araşdırılaraq təqdim edilir. Tədqiqat işində Nəsirəddin Tusi, Konfutsi, Jan Jak Russo, Con Lokk, Con Dyui, Jan Piaje, Mariya Montessori və digər görkəmli pedaqoqların, filosofların, psixoloqların, eləcə də müasir dövrün təhsil mütəxəssisləri Suqata Mitra, Salman Xanın şəxsiyyət tərbiyəsi və tədris prosesinin səmərəli təşkil edilməsi, təhsildə köklü dəyişikliklərə səbəb ola biləcək yeni təhsil modellərinin yaradılması sahəsində pedaqoji ideyaları təhlilə cəlb olunub, bu istiqamətdə dünyada aparılan araşdırmalara nəzər yetirilib.

Kitabın rəyçiləri psixologiya üzrə elmlər doktoru, professor Ramiz Əliyev, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova, Polşanın Qdansk şəhərindəki 57 nömrəli məktəbin direktoru Anna Listevnik, Bakı şəhəri 165 nömrəli tam orta məktəbin kimya müəllimi Xədicə Eyvazova, redaktorlar “Azərbaycan məktəbi” jurnalının məsul katibi Tariyel Süleyman, mərhum araşdırmaçı-yazar, filoloq Namiq Hacıheydərli və “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalın əməkdaşı Məhəbbət Əliyevadır.

Qeyd edək ki, Böyükağa Mikayıllı “Dünyanın təhsil mənzərəsi”, “Sinqapur təhsilinin fəlsəfəsi”, “Yanuş Korçak”, “İşıq”, “Övladınız məktəbə hazırlaşırsa”, “Bir səma altında”, “Yaradıcılıq axtarışları”, “Müasir dərs yeni yanaşmalar”, “Stiven Hokinq – təslim olmayan adam”, “Bir ömrün simfoniyası”, “Dünyanın Kıbrısı, Kıbrısın dünyası” adlı kitabların müəllifidir. Tədqiqatçının dünya xalqlarının pedaqoji fikir tarixi, məktəbəqədər təhsil, eləcə də müəllimlərin sertifikasiyası, pedaqoji kadr hazırlığı modelləri, universitetlərin inkişaf istiqamətləri, istedadlı şagirdlərlə iş sahəsində dünya təcrübəsinə həsr olunmuş araşdırmaları müxtəlif elmi, elmi-kütləvi nəşrlərdə yayımlanıb, kitabları Türk, ingilis, Ukrayna və rus dillərinə tərcümə olunub. B.Mikayıllı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktoru vəzifəsini icra edir, Təhsil Ekspertləri Mərkəzinin üzvüdür.

Kitabın həmmüəllifi  Ülviyyə Mikayıllı 20 ildən artıq pedaqoji təcrübəyə malikdir. O, məktəb və pedaqoji fikir tarixinə, milli-mənəvi dəyərlərə həsr olunmuş məqalələrin müəllifi, Elm və Təhsil Nazirliyinin müsabiqə qalibidir. Ülviyyə Mikayıllının yetirmələri hazırda müəllim, psixoloq, hüquqşünas kimi fəaliyyət göstərirlər.

Kitab pedaqogika sahəsinin tədqiqatçıları, təhsil mütəxəssisləri, böyüyən nəslin təlim-tərbiyəsi ilə məşğul olanlar üçün nəzərdə tutulub. Kitab Təhsil Forumu Sosial Platformasının təşkilati dəstəyi ilə nəşr olunub.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!