• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində - Foto

  • 04-05-2024, 11:00

“Xalq Bank”ın “Xalq Əmanəti” layihəsinin 24-cü nəşri azərbaycanlı rəssam Cahid Camala həsr olunub.

Azərbaycan, ingilis və rus dillərində hazırlanmış bədii albom Cahid Camalın həyat və yaradıcılığına nəzər salır, onun irsini açıqlayır.

Mayın 3-də Bakıda görkəmli rəssamlar, ziyalılar və digər incəsənət təmsilçilərinin iştirakı ilə yeni nəşrin təqdimatı keçirilib. Gecədə çıxış edənlər kitabın zəngin mənbə olduğunu, Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınması istiqamətində xüsusi rol oynaycağını qeyd edib, bütövlükdə “Xalq Əmanəti” layihəsinin milli irsin qorunması sahəsində əhəmiyyətindən danışıblar.

Cahid Camal 15 noyabr 1928-ci ildə Qarabağ torpağında, Ağdam rayonunun Gülablı kəndində anadan olub. Ailələrinin Şuşada da evi vardı. Pasport alarkən, valideynlərinin razılığı ilə Cahid özünə babasının adını – Camal soyadını götürür.

Belə bir məlumat da var ki, ata tərəfdən Cahidin şəcərəsi Sarıcalı xanlarının xəttilə Qarabağ xanlığının əsasını qoyan Pənah Əli xana qədər uzanır.

Cahid Camalın bədii üslubu və yaradıcılığının formalaşmasında coğrafiyanın müstəsna rolu var. O, Azərbaycanın yalnız şəhər mədəniyyətini deyil, kənd mühitini də göstərməyi bacarıb. Azərbaycanın dili, tarixi, əfsanə və rəvayətləri, təbiəti, musiqisi, memarlığı, xalq tətbiqi sənəti, xalı və tikmələri rəssamın ilham mənbəyinə çevrilib, əsərlərinin süjet və rəng həlli, parlaq boyalara və ornamentlərə sevgisində əks olunub.

Cahid Camal Rusiya Federasiyasının Əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Monqolustan Rəssamlar İttifaqı və Beynəlxalq Təsviri Sənət Fondunun üzvü olub. Rəssamın əsərləri Azərbaycan İncəsənət muzeyində (Bakı), Q.Zanabazar adına Təsviri İncəsənət Muzeyində, Monqol Milli-Tarixi Muzeyində (Ulan-Bator), Dövlət Rus Muzeyində (Sankt-Peterburq), Dövlət Şərq Muzeyində (Moskva), qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Sərgiləri hələ sağlığında Bakı, Moskva, Dubna, Minsk, Almatı, Kişinyov, Ulan-Bator və Gəncədə təşkil edilib.

Titullarından da göründüyü kimi, rəssamın yaradıcılığı zəngin mədəniyyətə malik üç ölkə – Azərbaycan, Rusiya və Monqolustan ilə eyni dərəcədə bağlıdır. Onun adı bu ölkələrin XX əsrin ikinci yarısı və XXI əsrin birinci onilliyinin təsviri sənət tarixinə yazılıb.

Bu vaxtadək Cahid Camalın rənglərin təbiətinin araşdırılmasına həsr edilmiş “Rəngin anatomiyası” və “Geyimdə rəng” əsərləri nəşr etdirilib.

Cahid Camal şəkil çəkməyə çox erkən yaşlarından həvəs göstərib, getdikcə maraq və istəyi daha da güclənib, buna baxmayaraq, uşağın rəssam olmaq arzusu valideynləri üçün gözlənilməz olub.  Lakin onun anası Gülcahan xanım oğlunun yaradıcı istedadına, qabiliyyətinə inanır, hətta onun uşaqkən çəkdiyi rəsmləri toplayırmış.

1945-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirən kimi, 1946-cı ildə V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutuna daxil olur, təhsilini “dekorçu-rəssam” ixtisası üzrə dekorativ tətbiqi rəssamlıq sənəti bölməsində davam etdirir. Ali təhsilini başa çatdırandan sonra Camal Bolşoy Teatra stajçı-rəssam kimi işə götürülür və orada iki il ərzində (1952-1954) peşəkar təcrübə toplayır. Staj müddətini bitirən həmyerlimiz Mayakovskinin adını daşıyan teatrda dekorçu-rəssam kimi işə düzəlir.

1952-ci ildə rəssam Üzeyir Hacıbəylinin Azərbaycan Opera və Balet Teatrında səhnəyə qoyulacaq “Koroğlu” operası üçün dekorasiya eskizləri də çəkir. 1958-1961-ci illərdə isə Moskva yaxınlığındakı Elektrostal şəhərinin Xalq Opera Teatrında “Yevgeni Onegin”, “İolanta” tamaşaları üzərində çalışır.

1956-cı ildə Cahid Camal Moskvadakı VDNX-də (XTNS) Azərbaycan pavilyonunun baş rəssamı olaraq tədbirlərə qatılıb.

Cahid Camal kitab qrafikası sahəsində də özünü əla illüstrator-rəssam kimi göstərməyə nail olub. O, Bakıdakı “Azərnəşr” və bir neçə Moskva nəşriyyatı (“Raduqa”, “Proqress” və s.) üçün kitablara tərtibat verir. “Koroğlu” xalq dastanı (1956), “Molla Nəsrəddinin lətifələri” (1959), C.İkraminin “Od qızı” (1965), X.Qoytisolonun “Elə həmin sözlər” (1967), Namdağın “Həyəcanlı illər” (1969) kitablarının bədii tərtibatı məhz ona məxsusdur. Özünü plakatçı-rəssam kimi də sınayan gənc sənətkar bir neçə il “Soyuzmultfilm”də multiplikasiyaçı-rəssam kimi də çalışıb.

Cahid Camal yaradıcılığının böyük və ən parlaq hissəsi Monqolustanla bağlıdır və o, bu ölkəyə həsr olunmuş 850 əsər işləyib. Xalqın mədəni irsinin dərinliyini anlamağa can atan rəssam “Monqolların gizli rəvayətləri”ni həvəslə oxuyur, tarixi mənbələri araşdırırdı. Cahid Camal Monqolustanın dağlarına, səhralarına səyahət edir, kəndlərə, ucqar qoyun yataqlarına baş çəkirdi.

“Monqol süitası” silsiləsində rəssam XX əsr Monqolustanının fərqliliyindən söz açır, həm qədim, ənənəvi, köçəri həyatı, həm də yeni, çoxmərtəbəli binaların inşa edildiyi şəhərləri  təsvir edir, maldar-aratların monqol çöllərindəki atlarını, dəvələrini müasir texnikaya, sürətli maşınlara dəyişdiyindən bəhs edir.

Cahid Camalın Monqolustanla tanışlığı 1962-ci ilə təsadüf edir – bu, rəssamın bioqrafiyasında gələcək tədqiqatları üçün bir başlanğıc nöqtəsi idi. Sonralar onun daha bir silsiləsi yarandı – “Monqolustan. Qobi” (1970).

Monqolustana aid əsərlərə Moskvada çox maraq göstərirdilər, onlar vaxtaşırı “Komsomolskaya pravda” və “İzvestiya” qəzetlərində, “Oqonyok”, “Moskva”, “İnostrannaya literatura” və başqa jurnallarda dərc edilirdi.

Cahid Camal 2011-ci il iyunun 17-də Moskvada vəfat edib.

“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar – Azərbaycan, ingilis, rus dillərində çap olunur.

Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və Hökumə Billurinin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.

 

 




 

Elmin Nuri
Müəllifin digər yazıları
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir təyin olunub
21-05-2025 13:56  
Elm və təhsil naziri Dünya Təhsil Forumunda iştirak edir
20-05-2025 11:04  
Yeni ali təhsil proqramları hazırlanır- Komissiyaiclas keçirdi
20-05-2025 11:15  
Bakıda iki məktəbin direktoruna şiddətli töhmət verilib
20-05-2025 13:58  
Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
19-05-2025 10:45  
Ölkə üzrə PISA 2025 davam edir
20-05-2025 16:53  
Təhsil İnstitutu yenidən “Müasir metodist” müsabiqəsi elan edir! Tarix: 19.05.2025 Pa
20-05-2025 10:47  
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 15:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 10:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 08:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 13:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 17:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 13:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 11:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Əziz Əlibəyli
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Bəhruz Əliyev
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Nadir İsrafilov
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Tahirə Allahyarova
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Şahlar Əsgərov
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb
Məleykə Abbaszadə: Abituriyentlərin sayı 12 min artıb
Abituriyentlərin NƏZƏRİNƏ – Bəzi ixtisaslar LƏĞV ediləcək

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!