
Bakı şəhəri 226 nömrəli məktəbdə Ümummilli Lider Heydər Əliyevin 101 illiyi münasibətilə ”Zərərli vərdişlərə yox deyək “devizi altında “Sağlam bədəndə sağlam ruh olar” tədbiri keçirildi.
Edupress.az xəbər verir ki, tədbirdə Suraxanı Rrayon İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva, təhsil məsələləri üzrə mütəxəssis, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Elmin Nuri, Suraxanı Gənclər və İdman idarəsinin rəisi-Amil Bağırov, Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının sədr müavini-Aydın Ağabəyov, Əməkdar məşqçi, Prezident mükafatçısı Hakim Hacıyev, kikboksinq idman növü üzrə ilk beynəlxalq dərəcəli qadın hakim Günay Hacıyeva, milli yığma komandanın məşqçisi Mehman Quliyev və çempion idmançılar qonaq qismində iştirak etdilər.
Tədbirin təçkilatçısı, 226 saylı orta məktəbin direktoru Arzu Məmmədovanın sözlərinə görə, görüşün keçirilməsində başlıca məqsəd Bayrağımızı ölkə sərhəddindən uzaqlarda zirvələrə qaldıran çempion idmançıları şagirdlərlə yaxından tanış etmək və bununla da onlarda güclü motivasiya yaratmaq olub.
Sağlam bədəndə sağlam ruh olarsa,zərərli vərdişlərdən uzaq olub idmançıların qazandığı uğurlar şagirdlərə əyani şəkildə göstərilib.
Tədbirdə Hakim Hacıyev öz çempion yetirmələrinin uğurlarından danışaraq,onların hər dəfə dünya arenalarında Azərbaycan bayrağını ucaltmaqlarının necə qürurverici hiss olduğunu bildirdi.O,bundan sonra da Zəfər tarixini yaşayan bütov Azərbaycan üçün var gücü ilə çalışaraq dünya çempionları yetişdirəcəyini qeyd etdi.
Aydın Ağabəyov çıxışında gənclərimizin idmana olan həvəsindən və onların əldə etdikləri nailiyyətlərindən bəhs etdi. Ölkə başçımızın idmançılara olan diqqət və qayğısını xüsusi vurğuladı. Amil Bağırov Suraxanı rayonu gənclərinin fəaliyyətindən və uğurlarından danişdı
Sevic xanım gənclərə öz tövsiyyələrini bildirərək məktəb rəhbərliyinə belə gözəl və maarifləndirici tədbir təşkil etdiyinə görə təşəkkürünü bildirdi.
Şagirdlərimiz idmançılarla səmimi söhbət edib,idmanla bağlı yaranan suallarına cavab aldılar.Onlarda idmana olan həvəs və maraq daha da artdı.Sonda qonaqlarla xatirə şəkli çəkdirildi.