• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

A.Bakıxanov və Ə.Ağaoğlunun Azərbaycan dilinə tərümə edilməyən əsərləri haqqında bəzi qeydlər-ARAŞDIRMA

  • 22-05-2024, 10:43

 

 

Yunis XƏLİLOV

Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi, hüquqşünas

 

Bu gün dünyada bir çox sahələrdə sürətli inkişaf qarşısıalınmaz prosesə çevrilib. Bəşəriyyət yüksək tümplə inkişaf etməkdədir.

Maraqla oxuduğumuz kitablarda və seyr etdiyimiz filmlərdə robotların müharibəsi, dünyanı əlinə keçirən kibernetik şüur, yeni kəşflər nəticəsində yaradılan universal silahlar, şəxsiyyətin mövqeyinin yox olması, insanın gen təbiətinə müdaxilə etmə, yad planetlərə səfərlər və bunun kimi bir zamanlar bizə utopik görünən düşüncələrin reallaşması artıq mümkünləşir. Əlbəttə, bəşər tarixi uzun inkişaf prosesindən keçərək bugünkü səviyyəyə gəlib. Bu inkişaf prosesinə təkan verənlər isə, müxtəlif tarixi dövrlərdə istər humanitar, istərsə də dəqiq elmlər sahəsində ayrı-ayrı alimlərin, filosofların, görkəmli şəxsiyyətlərin, dövlət rəhbərlərinin fikir və kəşfləri olub. Bəs bəşəriyyətin inkişafına təkan verən və beyinlərdə inqilab yaradan fikir və kəşflərin yer aldığı kitabları (eləcə də, onların müəlliflərinin şəxsiyyətini) nə dərəcədə tanıyırıq? Belə əsərləri oxuyuruqmu? Həmin əsərlər geniş oxucu kütləsinə tanıdılmaq üçün orijinalından Azərbaycan dilinə tərcümə olunurmu? Bu suallara qısa şəkildə cavab verək.

Bir neçə konkret misal: Azərbaycanın ilk peşəkar tarixçisi hesab olunan A.Bakıxanovun tarix, ədəbiyyat, məntiq və digər sahələrlə yanaşı, coğrafiya elminə aid farsca yazılmış "Kəşfül-qəraib" adlı əsəri olmasından hamımızın xəbəri vardır, Azərbaycanın böyük ictimai xadimi, siyasətçisi, jurnalisti, pedaqoqu, yazıçısı və türkoloqu Əhməd bəy Ağaoğlunun Fransada hüquq təhsili almasını bilməyən yoxdur, Nyutonun alma ağacının altında oturarkən cazibə qanununu kəşf etməsi dillər əzbərinə çevrilib; Monteskyonun adına tarix və fəlsəfə kitablarında filosof-hüquqşünas kimi rast gəlmişik; Eynşteynin "nisbilik nəzəriyyəsi"ni eşitməyən azdır; Darvinin insanın meymundan əmələ gəlməsi haqqındakı iddialarını bilirik; Freydin insanları cinsi ehtirasın təmin edilməsi dalınca qaçan yarı-şüurlu varlıqlar kimi qiymətləndirməsini eşitmişik; Tomas Maltusun dünyada əhalinin sayını azaltmağın yolunu müharibələr törətməkdə gördüyü eşidilən və bilinən şeylərdir. Misalların sayını artırmaq da olar. Bax, elə bu "eşitdiyimiz", "bildiyimiz", "öyrəndiyimiz", "haradasa rast gəldiyimiz məlumatlar" sayəsində şüuru dəyişdirmə gücünə malik olan və dünyanı yerindən oynadan bir çox əsərlərin (bundan sonra "Böyük əsərlər" kimi göstəriləcək - Y.X.) fərqinə varmayıb onları oxumayanlar təəssüflər olsun ki, vardır. Beləliklə, bəziləri oxumadan da onların mahiyyəti haqqında kortəbii və naşılıqla fikirləşir və bu da həmin şəxslər üçün kifayət edir.

Bilinənlərin böyük bir qisminin yanlış və yaxud yarımçıq olması da elə məhz bu nöqtədən qaynaqlanır. Düzdür, hamının hər şeyi oxuması mümkün deyil. Dünyanın inkişafına təkan verən Böyük əsərlərin bəziləri yalnız mükəmməl şəkildə ixtisaslarına yiyələnən şəxslərin oxuya biləcəyi bir dillə yazılıb (məsələn, Marksın "Kapital"ı, Eynşteynin "Nisbilik nəzəriyyəsi" və s.) və bu əsərlərdəki məlumatlar ancaq mükəmməl bir hazırlıqdan sonra "həzm edilə" bilər. Elə bu səbəbə görə də yalnız ixtisaslarına dərindən yiyələnən şəxslər öz sahələrinə aid olan Böyük əsərləri oxuya bilər. Geniş oxucu kütləsi isə ya ağızdan eşidərək, yaxud da müəyyən vəsaitlərdə, qəzet və jurnallarda verilmiş həmin əsərlərin yığcam və sadələşdirilmiş hissələrindən məlumatlanırlar. Bunun nəticəsində isə geniş oxucu kütləsi Böyük əsərlər haqqında (eləcə də, onların müəlliflərinin şəxsiyyəti haqqında) ya təhrif olunmuş, yaxud da alayarım məlumata malik olma riski ilə üzə-üzə qalır.

Əlbəttə, Azərbaycanda geniş oxucu kütləsi Nyuton, Monteskyo, Eynşteyn, Darvin, Freyd, Maltus və bu kimi başqalarının əsərlərindən xəbərdardır, amma bu xəbərdarlığın böyük göstəricilik faizinin həmin əsərlərlə birbaşa təmasda olmadan mövcudluğu da etiraf edilməlidir. Mükəmməl səviyyədə xarici dil bilən oxucu kütləsinin sayını da nəzərə alsaq, Böyük əsərlərin tam mətnlərinin demək olar ki, az oxunulduğunun şahidi ola bilərik. Bəzən müəyyən mənbələrdə Böyük əsərlər haqqında verilən məlumatların da orijinalından tərcümə edilməsi şübhə altındadır. Belə məlumatların çox vaxt bir neçə dəfə dildən dilə tərcümə edilərək əsillərini itirmiş mənbələrdən götürüldüyü əksəriyyətimizə yaxşı məlumdur.

Bəs uzun illər belə əsərlər nə üçün orijinaldan bütövlüklə dilimizə tərcümə edilməyib? Bunun ən başlıca səbəbi şübhəsiz ki, müstəmləkəsi olduğumuz Sovet imperiyasının Böyük əsərlərin oxunulmasını əngəlləmək üçün düşünülmüş maneələr törətməsi olub. Sovetlər Birliyi artıq tarixə çevrilib. Düzdür, hazırda ölkəmizdə bir çox nəşriyyat evlərinin bəşər tarixinin inkişafına misilsiz töhfələr verən əsərləri doğma dilimizə tərcümə etməsi çox sevindirici haldır. Yeri gəlmişkən bu məsələdə çox həssaslıqla yanaşılması tələb olunan məqam odur ki, doğma dilimizə tərcümə olunan əsərlər imkan daxilində orijinalından çevrilməlidir. Belə olan halda isə geriyə qalan yeganə şey, oxumaq, oxumaq və oxumaqdır!

Lakin təəssüf hissi ilə də olsa qeyd etməliyik ki, bəzən çox böyük dəyərə malik olan belə əsərlərdən bəzilərinin tam mətninin bu günədək doğma dilimizə tərcümə olunmaması təəccüb doğurur. Məsələn, A.Bakıxanovun şair-alim Mirzə Məhərrəm Mərizlə birgə 1830-cu ildə fars dilində yazdığı iki fəsildən ibarət olan "Kəşfül-qəraib" əsərinin tam mətni bu günədək doğma dilimizə tərcümə edilməyib. Amerikanın Xristofor Kolumb (1446-1506) tərəfindən kəşf olunmasından və Yer kürəsinin qərb hissəsini təşkil edən qitənin təsvirindən bəhs edən bu əsərdə hazırda da öz dəyərini itirməyən zəngin məlumatlar əks olunmuşdur. Qeyd edək ki, əsərin bir əlyazması Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq filialı kitabxanasında V-8031 (609d) şifri altında saxlanır, digər bir əlyazma isə İran dövlət kitabxanasında mühafizə edilir. Ümid edirik ki, sözü gedən əsərin tam mətni ən qısa zamanda doğma dilimizə tərcümə olunacaq.

Başqa bir misal: Əhməd bəy Ağaoğlunun hüquq təhsili alması hamımıza yaxşı məlum olsa da, onun hüquq elminə aid bu gün də öz əhəmiyyətini itirməyən əsərləri olduğunu bilən çox az adam vardır. Fəxr hissi ilə qeyd edək ki, 1925-ci ildə açılan Ankara Hüquq Məktəbində konstitusiya hüququ adlı fənni "esasiye hukuku" adı ilə ilk dəfə Əhməd bəy Ağaoğlu tədris etmişdi. Ə.Ağaoğlunun hüquqşünaslıq ixtisasının tələbələrinə 1925-1926-cı dərs ilində birinci kursa, 1926-1927-ci dərs ilində isə ikinci kursa konstitusiya hüququ üzrə oxuduğu mühazirələri müvafiq olaraq 1926 və 1927-ci illərdə ərəb əlifbası ilə "Hukuk-ı Esasiye Ders Notları" adı altında çap olunmuşdu. Kitabın müasir Türkiyə türkcəsinə transliterasiya edilmiş mətni Boğaç Erozan tərəfindən hazırlanmış və 2012-ci ildə Koç Universiteti Yayınları tərəfindən dərc edilmişdi.

Ə.Ağaoğlunun İstanbul Darülfununun hüquq fakultəsində tədris etdiyi ümumi hüquq tarixi fənni üzrə isə 1931-1932-ci tədris ilində oxuduğu mühazirələri "Hukuk Tarihi" (Ağaoğlu 1931-1932) adı ilə İstanbulda Hüquq Tələbə Cəmiyyəti tərəfindən nəşr olunub.

Sözü gedən hər iki əsər, təəssüflər olsun ki, bu gün doğma dilimizə tərcümə edilməyib.

Dediklərimizi yekunlaşdırsaq, bu nəticəyə gələ bilərik: Nə vaxt ki, böyük oxucu kütləsi belə əsərləri dərindən mütaliə edəcək, o zaman A.Bakıxanov və Ə.Ağaoğlu kimi böyük nüfuza malik olan görkəmli şəxsiyyətlərin genişdiapazonlu fəaliyyətləri ilə yaxından tanış olacaq, Darvini insanların meymundan əmələ gəldiyini sübut etməyə çalışan cəfəngiyyatçı; Freydi ağlını cinsi ehtirasla pozmuş olan dəli həkimi olduğunu düşünməyəcək; Nyutonun ağac altında oturarkən almanın başına düşməsi nəticəsində cazibə qanununu kəşf etməsi şəklindəki yanlış məlumat geridə qalacaq; Eynşteynin "Nisbilik nəzəriyyəsi"nin həqiqi mahiyyətini anlayacaq; Maltusun əslində nə etmək istədiyini başa düşəcək; Monteskyonun fəlsəfi və hüquqi görüşləri ilə yanaşı, siyasi, iqtisadi, tarixi, məntiqi məzmunda olan, habelə təbiətşünaslığa aid hazırda da öz əhəmiyyətini və təsirini itirməyən əsərləri olduğundan xəbərimiz olacaq.

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir təyin olunub
21-05-2025 13:56  
Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
19-05-2025 10:45  
Elm və təhsil naziri Dünya Təhsil Forumunda iştirak edir
20-05-2025 11:04  
Yeni ali təhsil proqramları hazırlanır- Komissiyaiclas keçirdi
20-05-2025 11:15  
Bakıda iki məktəbin direktoruna şiddətli töhmət verilib
20-05-2025 13:58  
Ölkə üzrə PISA 2025 davam edir
20-05-2025 16:53  
Təhsil İnstitutu yenidən “Müasir metodist” müsabiqəsi elan edir! Tarix: 19.05.2025 Pa
20-05-2025 10:47  
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 15:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 10:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 08:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 13:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 17:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 13:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 11:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Əziz Əlibəyli
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Bəhruz Əliyev
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Nadir İsrafilov
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Tahirə Allahyarova
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Şahlar Əsgərov
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb
Məleykə Abbaszadə: Abituriyentlərin sayı 12 min artıb
Abituriyentlərin NƏZƏRİNƏ – Bəzi ixtisaslar LƏĞV ediləcək

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!