• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Əhməd Ağaoğlunun “Hukuk-i Esasiye Ders Notları” kitabı barədə düşüncələr

  • 24-05-2024, 13:42

Yunis XƏLİLOV

Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllim

“Hüququn mənbəyi həyatdır”

 

Nüfuzlu ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq, yazıçı və türkoloq Əhməd bəy Ağaoğlu (1869-1939) yaşadığı dövrün mühüm siyasi-hüquqi hadisələrinin şahidi olmuş görkəmli şəxsiyyətlərindən biridir.

Ə.Ağaoğlu Çar Rusiyasını, Üçüncü Fransa Respublikasını, Osmanlı imperiyasının İttihad və Tərəqqi dönəmini, Türkiyə Cümhuriyyətinin Atatürk dövrünü şəxsən görmüş və yaşamışdır. O, 1905-ci ildə Rusiya, 1906-cı ildə İran, 1908-ci ildə Osmanlı imperiyasında məşrutiyyətə keçid dövrünü izləyən, Birinci Dünya müharibəsinə, Rusiyada Oktyabr inqilabına və Osmanlı imperiyasının süqutuna şahidlik edən bir nəsildə yetişmişdir. İslam dini və onun təriqətləri, qərb ölkələrinin tarixini, zərdüştlüyü, şərq fəlsəfəsini dərindən bilən Ə.Ağaoğlu eyni zamanda, Sədi Şirazi, Nəsrəddin Tusi, o cümlədən, Monteskyo, Russo, Dugi, Darmsteter kimi fransız filosof və hüquqşünaslarının əsərləri ilə də yaxından tanış olmuşdur.

Azərbaycan, türk, osmanlı, rus, fars, ərəb, fransız və ingilis dillərini bilən bu görkəmli şəxsiyyət hüquq, siyasət, tarix, ədəbiyyat, jurnalistika və bir sıra digər sahələrdə özünü mükəmməl şəkildə yetişdirmişdir.

Ə.Ağaoğlunun həyatı və onun geniş diapazonlu fəaliyyəti haqqında nə qədər çox danışılsa və yazılsa da, bir o qədər də çox danışılmamış və yazılmamışdır. Bu isə təəssüf ki, onun keşməkeşli həyatının və bir çox dildə göstərmiş olduğu çoxşaxəli fəaliyyətinin hələ də geniş şəkildə tədqiqata cəlb edilməməsindən qaynaqlanır.

Biz, bu yazımızda onun bu günədək doğma dilimizə tərcümə olunmamış və Azərbaycan oxucusunun əksəriyyətinin demək olar ki, xəbəri olmayan "Hukuk-i Esasiye Ders Notları" adlı kitabı haqqında qısa şəkildə də olsa söhbət açmaq və bu kitab barədə məlumat vermək istərdik.

Hər şeydən əvvəl, qürur hissi ilə nəzərinizə çatdıraq ki, 1925-ci ildə fəaliyyətə başlayan Ankara Hüquq Məktə-bində konstitusiya hüququ adlı fənni "esasiye hukuku" adı altında ilk dəfə Əhməd bəy Ağaoğlu tədris etmişdir.

Ə.Ağaoğlunun hüquqşünaslıq ixtisasının tələbələrinə 1925-1926-cı dərs ilində birinci kursa, 1926-1927-ci dərs ilində isə ikinci kursa konstitusiya hüququ üzrə oxuduğu mühazirələri müvafiq olaraq 1926 və 1927-ci illərdə ərəb əlifbası ilə "Hukuk-i Esasiye Ders Notları" adı altında dərc olunmuşdur. Bu kitabın müasir Türkiyə türkcəsinə transliterasiya edilmiş mətni Boğaç Erozan tərəfindən hazırlanaraq 2012-ci ildə Koç Universiteti Yayınları tərəfindən çap edilmişdir.

Qeyd edək ki, Ə.Ağaoğlunun sözügedən fənni tədris etdiyi dönəmlərdə bu günkün-dən fərqli olaraq konstitusiya hüququ bir hüquq elmindən daha çox tarix, sosiologiya və siyasətlə daha yaxın bir elm idi. Lakin buna baxmayaraq, "Hukuk-i Esasiye Ders Notları" kitabında olan mövzular, mülahizələr və fikirlər bu gün də öz aktuallığını qorumaqdadır.

Kitabda demək olar ki, konstitusiya hüququnun predmetinə daxil olan şəxsiyyət, cəmiyyət və dövlətlə bağlı ən ali dəyərə malik olan məsələləri əks etdirən əsas mövzulara yer verilmiş, hakimiyyətin mənbəyi, suverenlik anlayışları və əlamətləri, dövlətin strukturu, hakimiyyətlər bölgüsü, qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının konstitusion təşkilinin xüsusiyyətləri, insan hüquq və azadlıqları kimi əsas məsələlər dövrünün dünya dövlətləri ilə müqayisəli şəkildə tədqiq edilmişdir.

"Müqəddimə, hüququn mənşəyi" adlı bölmə ilə başlayan kitabda müəllif hüququn meydana çıxma zərurətini "dünyanın hər tərəfində və tarixin bütün dövrlərində kütlə halında yaşayan bəşəriyyətin həyatını tənzimləmək və siyasi əsasa bağlamaq məcburiyyətini hiss etməsi" ilə əlaqələndirmiş və hüququn ortaya çıxmasının səbəbləri və mahiyyətini izah etmişdir. Ə.Ağaoğluna görə, "müxtəlif mühitlərdə hüququn forması və görünüşü dəyişir, xüsusi hallardan asılı olaraq hüquq təsirə məruz qalır, milli mahiyyət qazanmış olur. Lakin hüququ doğuran səbəb dünyanın hər tərəfində eynidir, dəyişməz. Buna görə də hüquq var oluşa aid bir hadisədir və bunun nəticəsidir ki, hüquq dünya tənzimləyicisi sayılır".

Daha sonra müəllif hüququ meydana gətirən səbəbin mahiyyətinin nədən ibarət olmasına lakonik şəkildə belə cavab verir: "Hüququn mənbəyi həyatdır". Ə.Ağaoğlunun sloqan xarakterli dərin məzmunlu bu ifadəsi həqiqətən böyük bir mətləbdən söhbət açır. Yaşam olmazsa, hüquqa da ehtiyac qalmaz. Ə.Ağaoğlunun fikrincə, hüquq elminin predmeti insanların iradəli davranışı və bu davranışın səbəb olduğu əlaqə və münasibətlərdir.

Maraqlıdır ki, Ə.Ağaoğlu "Hukuk-i Esasiye Ders Notları" kitabında bu gün də hüquq nəzəriyyəsində öz əhəmiyyətini qoruyub saxlayan hüquq sahələrinin təsnifatını aşağıdakı kimi vermişdir:

1. Fərdi (şəxsi) hüquq sahələri (müasir dövrdə bu "xüsusi (özəl) hüquq" termini ilə ifadə olunur - Y.X.). Buraya o, eyni ilə indi də qəbul edilən aşağıdakı hüquq sahələrini aid edirdi: mülki hüquq, sahibkarlıq hüququ, beynəlxalq xüsusi hüquq və s.

2. Hüquqi-ümumiyyə hüquq sahələri (müasir dövrdə bu "ictimai (publik) hüquq" termini ilə ifadə olunur - Y.X). Buraya isə o, hazırda da qəbul edilən aşağıdakı hüquq sahələrini aid edirdi: cinayət hüququ, inzibati hüquq, konstitusiya hüququ, beynəlxalq ümumi hüquq və s).

Dövlətin anlayışı, əlamətləri və mahiyyətinə toxunan Ə.Ağaoğlu kitabda belə yazırdı: "Dövlət konkret maddi mövcudluğu olmayan bir gerçəklikdir. Coğrafi nöqteyi-nəzərdən müəyyən bir ərazi üzərində yaşayanların hamısının müştərək mənfəətini təmsil edən zehni bir varlıqdır. Bu zehni və mücərrəd varlıq dövlətdir".

Kitabda "konstitusiya" kəlməsinin mənşəyi və mənası izah edildikdən sonra bir elm kimi konstitusiya hüququna belə izah verilir: "Hukuk-i Esasiye - ("konstitusiya hüququ" - nəzərdə tutulur - Y.X.)" dövləti, dövlət mexanizminin müxtəlif hissələrini, bunların mahiyyətini, bir-birləri ilə əlaqələrini və aralarındakı üzvi ahənglə bir-birlərini tamamlayan məsələləri tədqiq edən bir hüquq elmidir".

Kitabda "ilahi idarəçilik forması olan teokratiya" adlı başlıq altında müəllif "teokratiya" anlayışını nəzəri şəkildə nisbi olaraq şərq və qərb teokratiya növlərinə ayırmış və hər iki növü ayrı-ayrılıqda şərh etmişdir.

Kitabın "Milli suverenlik" başlığını daşıyan hissəsində təbii hüquq, xalq hakimiyyəti, suverenlik anlayışları, onların əlamətləri və hüquqi mahiyyəti barədə ətraflı məlumat verən Ə.Ağaoğlu sözügedən hüquq institutları ilə bağlı bu gün də öz əhəmiyyətini itirməyən görkəmli şəxsiyyətlərin - Qustav Hüqo, Tomas Hobbs, Şarl de Monteskyo, Con Lokk, Jan Jak Russo və başqalarının məşhur əsərlərində söyləmiş olduqları fikirləri və görüşləri sadə dillər diqqətə çatdırmışdır.

Seçki hüququ, referendum və onun növləri (məcburi və iradəyə bağlı və s.), plebisit, millət vəkilinin statusu, qanunun anlayışı və onun qəbulu prosedurası, dövlət başçısı və onun səlahiyyətləri, parlament üsul idarəsi barədə ayrı-ayrılıqda geniş şəkildə məlumat verən müəllif adı çəkilən hüquq institutlarını, onların hüquqi mahiyyətini və əhəmiyyətini izah etməklə yanaşı, müxtəlif dövlətlərin (ABŞ, Fransa, Almaniya, Norveç, İsveçrə, Belçika, Danimarka, Finlandiya, Yaponiya və s.) təcrübəsindən müqayisəli nümunələr gətirmişdir.

Məhkəmə hakimlərinin statusuna toxunan Ə.Ağaoğlu qeyd edir ki, "bu gün hakimlərin vəzifəyə gəlməsi ilə bağlı müasir dövlətlərdə iki üsul mövcuddur: birincisi, seçilmə, ikincisi isə icra hakimiyyəti tərəfindən təyin olunma". Müəllifin fikrincə, "prinsip nöqteyi-nəzərindən seçilmə üsulu məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından daha uyğun və doğrudur".

"Məhkəmə hakimiyyətinin müstəqilliyini ən mükəmməl tərzdə təmin edən formanın juri üsulu" (andlı iclasçılar - Y.X.) olduğunu dilə gətirən Ə.Ağaoğlu bu üsulun ilk dəfə Romada meydana gəldiyini, sonralar təqlid yolu ilə olmasa da, yenidən İngiltərədə zühur etdiyini və oradan da bütün Avropaya yayıldığını bildirmiş, məhkəmələrin fəaliyyətində onların iştirakı və hüquqi əhəmiyyətinə aydınlıq gətirmişdir.

Maraqlı məsələlərdən biri də odur ki, müəllif kitabda "hakimiyyətlər bölgüsü" prinsipi əvəzinə "hakimiyyətlər birliyi" prinsipinin tətbiqini, ikidərəcəli seçki sistemini və qanunverici orqanda təmsil sistemini ciddi tənqid etmişdir. Ə.Ağaoğlu, əlində hakimiyyət olan hər bir adamın onu sui-istifadə etməyə meyilli olduğunu əsas gətirərək hakimiyyətlər bölgüsü prinsipini müdafiə edirdi. O, millət vəkillərinin birbaşa seşicilər tərəfindən deyil, "ikinci [dərəcə] seçicilər" vasitəsilə seçilməsinin konstitusiyaya uyğun olmadığını açıq bir şəkildə qeyd edirdi.

Ə.Ağaoğlunun "Hukuk-i Esasiye Ders Notları" kitabı hazırda nəinki hüquqşünaslar və hüquqşünaslıq ixtisasının tələbələri üçün, eyni zamanda, tarixçilər, siyasətçilər, sosioloqlar, filosoflar və digər peşə sahibləri üçün də oxunması son dərəcə vacib olan dəyərli mənbələrdən biridir. Bu baxımdan ümid edirik ki, adıçəkilən kitab ən qısa zamanda doğma dilimizdə öz oxucularının görüşünə gələcək.

 

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!