• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Azərbaycanda ilk dəfə - Abituriyentlər üçün ağıllı platforma -ÇOX FAYDALI

  • 04-07-2024, 12:50

SmartAbituriyent, müasir texnologiyaların gücündən istifadə edərək abituriyentlərin topladıqları ballar və maraq daiərələri əsasında ən uyğun ixtisasları və universitetləri saniyələr içində təklif edir. Ənənəvi yolla ixtisas seçimi artıq tarixdə qaldı; Evinizdən çıxmadan, internetin olduğu hər yerdən SmartAbituriyent ilə texnologiyanın üstünlüklərindən faydalanaraq, gələcəyinizi dəqiq və sürətli şəkildə planlayın. İnsan yorulur, nəzərdən qaçıra bilir və ya səhv edə bilər, amma texnologiya yorulmur, nəzərdən qaçırmır və daha az səhv etmə ehtimalı var. 

 

Hər kəs artıq daha sürətli, etibarlı və əlçatan online xidmətlər istəyir və biz bu ehtiyacları qarşılamaq üçün buradayıq. Müasir dövrün tələblərinə cavab verən SmartAbituriyent platforması, abituriyentlər və valideynlər üçün ixtisas seçimində tam müstəqillik və rahatlıq təmin edir. SmartAbituriyent, ölkəmizin İT sahəsində ən tanınmış mütəxəssislərindən olan  Teymur Hacıyev və onun komandası tərəfindən yaradılmışdır və onun təcrübəsi sayəsində platformamız ən yüksək standartlara uyğun hazırlanmışdır. Xatırladaq ki, Teymur Hacıyev 2009-cu ildə beynəlxalq İT imtahanında ilk yer qazandığı üçün Cənab Prezident İlham Əliyev tərəfindən Tərəqqi medalı ilə təltif olunmuşdur.

SmartAbituriyent platformasında əsas bölmələr aşağıdakılardır:

1. Ali təhsil müəssisələri - Ölkəmizdəki bütün ali təhsil müəssisələrinin ətraflı siyahısını və məlumatlarını tapa bilərsiniz. Müxtəlif kateqoriyalar üzrə filtrləmə funksiyası mövcuddur ki, bu da seçim prosesini asanlaşdırır. Məsələn, siz yataqxana imkanları olan universitetləri, ikili diplom proqramları təklif edən universitetləri, təhsil proqramlarının dili, təhsil haqları və daha çoxunu bu bölmədə asanlıqla müəyyən edə bilərsiniz. Hər bir universitet haqqında ətraflı məlumatlar, qəbul şərtləri, fakültələr və proqramlar kimi vacib məlumatlar da daxil olmaqla təqdim edilir. Bu bölmə, sizə ən uyğun ali təhsil müəssisəsini seçmək üçün lazım olan bütün məlumatları və vasitələri təmin edir, beləliklə, gələcəyiniz üçün ən doğru qərarı verə bilərsiniz.

2. Qəbul imtahanlarının təhlili - Son 3 il ərzində keçirilmiş qəbul imtahanları haqqında geniş məlumatlar təqdim olunur. İmtahan nəticələrinin təhlili sizə illər üzrə qəbul statistikalarını, ixtisasların keçid ballarını və yer saylarını ətraflı şəkildə öyrənməyə imkan verir. Həmçinin, hansı ixtisasların daha tələbatlı olduğunu və bu ixtisaslar üzrə qəbul şanslarınızı müəyyən edə bilərsiniz. Bu məlumatlar sizə qəbul strategiyanızı daha yaxşı planlaşdırmaq və ən uyğun ixtisası seçmək üçün dəyərli məlumatlar təqdim edir. Təhlil vasitəsilə abituriyentlər öz bal səviyyələrinə uyğun ixtisasları və universitetləri asanlıqla müəyyən edə bilərlər, bu da gələcək təhsil və kariyera yolunu planlaşdırmaqda əvəzsiz köməkçi olacaq.

3. Ağıllı kodlaşdırma məsləhətçisi - İxtisas seçimi zamanı verəcəyiniz qərar həyatınızı dəyişə biləcək ən mühüm və çətin qərarlardan biridir. Platformamızın ən dəyərli hissəsi olan Ağıllı Kodlaşdırma Məsləhətçisi, bu qərarı asanlaşdırmaq üçün texnologiyanın gücündən istifadə edir. Son 3 ilin qəbul imtahanları nəticələri, təhsil almaq istədiyiniz universitetlər, maraq dairənizdə olan ixtisaslar, topladığınız bal və digər vacib parametrləri nəzərə alaraq, kodlaşdırma prosesini saniyələr içində həll edir. Bu innovativ alət, sizə bir neçə variantda kodlaşdırma cədvəli yaratmaq imkanı verir. Beləliklə, fərqli ssenariləri nəzərdən keçirərək, ən uyğun və məqsədəuyğun ixtisas seçimini edə bilərsiniz. Canlı ekspertlərlə müqayisədə, burada eyni ödəniş daxilində bir neçə ssenari qurmaq imkanı əldə edirsiniz.

Platformamız istifadəçilərin məlumatlarını qorumaq üçün güclü şifrələmə və təhlükəsizlik tədbirləri istifadə edir. Məlumatlarınızın məxfiliyi və təhlükəsizliyi bizim üçün prioritetdir. Məlumatlarınız heç bir üçüncü tərəflə paylaşılmır və yalnız platformanın funksionallığı üçün istifadə olunur.

İxtisas seçimi zamanı texnologiyanın gücündən yararlanaraq, özünüzə ən uyğun təhsil yolunu rahatlıqla planlaya bilərsiniz.

 

Qeyd edək ki, platforma haqqında ətraflı məlumatları aşağıdakı resurslardan əldən edə bilərsiniz:

 Ana ünvan:sa.edurobot.ai

Sosial şəbəkə ünvanları:

https://www.instagram.com/edurobot.ai/

https://www.facebook.com/edurobotai/

Təlimat video-ları:

https://www.youtube.com/watch?v=u3Ym7iFp4Fs&list=PL-z7kH9C8s5Gb4uDhu0-tPAOm-HnRY40z

 

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!