• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Oğlu ilə eyni vaxtda tələbə olmuş şəhid yoldaşı: Təhsilə qayıtmaq həyatıma rəng qatdı

  • 08-07-2024, 12:49

“Şəhid polkovnik Nail Orucovun həyat yoldaşıyam. Aprel döyüşləri başlayanda yoldaşım artıq ehtiyatda idi. 2016-cı ildən ehtiyata ayrılmışdı, çox təəssüflənirdi ki, aprel döyüşlərində iştirak edə bilməmişdi. Amma Vətən müharibəsi onu bu arzusuna çatdırdı”.

 
Ömrünü ailəsinə həsr etmiş, hər addımında həyat yoldaşının yanında olmuş, ona dəstək göstərmiş, övladlarının uğurları ilə qürurlanmış bir Azərbaycan qadını olan Nigar Ağamalıyevanın sözləridir bu... Hazırda həyatında yalnız oğlanları, onların arzuları, ehtiyacları, zərurətləri, xəyalları, qorxuları var, amma özü...
 
Daha doğrusu, 1 il əvvələ qədər bu, belə idi...
 
Artıq onun fərdi uğurlarının siyahısı formalaşır, arada öz uğurlarına da sevinir, nailiyyətləri ilə öyünür. Amma bu uğurlarından danışmağa hələ alışmayıb. 20 ildir sadəcə həyat yoldaşı və ana olan bu qadının cəmi 1 ildir öz uğur hekayəsi başlayıb. Uğurları təhsillə bağlıdır. O, təhsilinə elə qaldığı yerdən, daha doğrusu, mərhələdən başlayıb. 
 
Təhsilini Rusiyada dondurmuşdu...
 
Təhsilinin qaldığı yerə dönsək, Rusiyada, Volqoqrad vilayətində 2 il idi ali təhsil almağa başlamışdı. Rusiyada olmağının səbəblərinə gəlincə, 1982-ci ildə Astarada doğulsa da, uşaqlığı, yeniyetməliyi Rusiyada keçib. Volqoqradda yaşayan Nigar əvvəlcə Pedaqoji Kollecdə təhsil alıb. Burada təhsilini uğurla tamamladıqdan sonra Pedaqoji İnstituta qəbul olunub. Amma cəmi 2 il institut tələbəsi olub: “Biz Azərbaycana bağlı böyümüşük. Hər yay Astaraya gəlirdik. II kursu bitirib yenə Astaraya gəldik. Bu gəlişimdə ailə qurdum...”.
 
Bununla da Nigar Rusiyada təhsil həyatını dondurub, Azərbaycanda ailə həyatına başlayıb. Bu gün adı ilə öyündüyü, qəhrəmanlığı ilə qürur duyduğu həyat yoldaşı ilə birlikdə Azərbaycanı dolaşıb. Ən çox da Füzulidə və Ağdamda, ən çətin şəraitli yerlərdə yaşayıb, amma heç peşmanlıq duymayıb. Bir-birinin ardınca 3 oğlu – Rəsul, Əlihəsən və İbrahimi dünyaya gətirib, böyüdüb, bir-bir məktəbə yola salıb. Onları fikirləşərək yatıb, səslərinə oyanıb. Arzuları arzusu olub, xəyalları ilə qanadlanıb.
 
“Təhsil insan üçün çox vacibdir, xüsusən də qadın üçün”
 
İlk övladı Ruslan şəhid atasının arzusunu reallaşdıraraq Azərbaycan Tibb Universitetində təhsil alır. Atası onu həkim görmək istəyirdi, o isə atasının işini davam etdirərək hərbçi olmağı arzulayıb. Qərarı verərkən hər iki arzunu nəzərə alan III kurs tələbəsi hərbi həkimliyi seçib. Ötən il Nigarın ikinci oğlu da tələbə adı qazanaraq anasını sevindirib. Əlihəsən Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olub.
 
“Mən onunla birlikdə tələbə oldum” – deyən N.Ağamalıyeva övladlarının onun təhsilini bərpa etməsi üçün əllərindən gələni etdiyini bildirir: “Təhsil insan üçün çox vacibdir, xüsusən də qadın üçün. Amma təhsil almaq asan deyildi. Astarada yaşayırdım və təhsilimi davam etdirmək cəsarətli qərar idi mənim üçün. Oğullarım mənə çox dayaq oldular, qeydiyyat məsələləri ilə, sənədlərimlə məşğul oldular. Onlar geri getməyimi, inkişafdan qalmağımı istəmirdilər. Ona görə çox çalışdılar ki, universitetə qəbul olum. Məni cəsarətləndirdilər. Belə bir qərar vermək üçün ürək lazımdır”. 
 
Nəticədə ana da oğlu ilə birlikdə ali məktəblərə qəbul imtahanlarında iştirak edib və qəbul olub: “Ötən il 3 qat uğur qazandıq. İkinci oğlumla birgə mən də tələbə oldum, kiçik oğlum İbrahim imtahan verib Dünya məktəbinə qəbul oldu”.
 
O, “Parla” təqaüd və inkişaf proqramının iştirakçısıdır
 
Tələbə adı qazanar-qazanmaz daha bir uğurlu xəbəri ona Təhsilin İnkişafı Fondundan (TİF) veriblər. "NEQSOL Holding"lə əməkdaşlıq çərçivəsində “Parla” inteqrasiya olunmuş təqaüd və inkişaf proqramı həyata keçiriləndə ötən il tələbə vəsiqəsi qazanan şəhid ailə üzvlərindən biri kimi Nigar Ağamalıyeva da adının bu siyahıda olduğuna sevinib.
 
O, bu təqaüdü almasında TİF-in rolunu xüsusi qeyd edir: “Düzü, bu təqaüdü almağımda Təhsilin İnkişafı Fondunun rolu daha böyük oldu. Onlar bizi axtarıb tapdılar. Mənimlə birlikdə şəhid ailəsindən olan 4 xanım da vardı siyahıda. Bu, bizə çox böyük stimul oldu. Üstəlik, başqalarına da həyatlarına davam etmələri, öz karyeralarını qurmaları üçün böyük motivasiya oldu. Bunun nəticəsidir ki, bu il bir neçə başqa şəhid xanımı da təhsil almağa həvəslənib. İndi biz onlara dəstək oluruq”.
 
Qeyd edək ki, “Parla” təqaüd proqramının iştirakçıları tərəflərin müəyyən etdiyi meyarlar əsasında seçilir. Seçim zamanı tələbə qızların təhsildə müvəffəqiyyətləri və iqtisadi vəziyyətləri nəzərə alınır: “5 imtahandan 3-də 100 faiz nəticə göstərdim. Nəticələrim yüksək olduğu üçün tədris ilinin sonunda təqaüd proqramına qürurla təqdim etdim”. 
 
Nigar təhsili başa çatana qədər aylıq təqaüd ödənişləri alacaq. Bundan əlavə "NEQSOL Holding" tələbə qızlara təcrübə proqramı, mentorluq, NEQSOL Akademiyası vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına və LinkedIn öyrənmə vasitələrinə çıxış kimi kompleks proqramlar təklif edir. Belə proqramlardan Nigar da faydalanır: “Parla”da məni ingilis dili kurslarına yönləndiriblər, artıq birinci dil səviyyəsini uğurla tamamlamışam. İngilis dilini öyrənməyə davam edirəm və inanıram ki, bu dildə də danışmağı bacaracağam”.
 
“Parla” Təqaüdünü özünü təkmilləşdirmə kurslarına xərcləyən N.Ağamalıyeva özünüinkişafın onun üçün önəmli olduğunu vurğulayıb: “Kompüter kurslarına da gedirəm. Təhsilə hər zaman marağım olub. Yenidən təhsilə qayıtmaq, gənclərlə bir arada oxumaq həyatıma rəng qatdı. Elə onlar üçün də mənimlə birlikdə təhsil almaq maraqlıdır”. 
 
“Oxumamaq öz seçimim deyildi”
 
N.Ağamalıyeva deyir ki, oxumamaq öz seçimi olmayıb: “Yoldaşımı hər yerə buraxmırdılar, həyat tərzimiz buna məni vadar elədi. Amma həmişə özümü inkişaf etdirməyə çalışmışam”. Təhsil təkcə onun üçün yox, ailə qurduğu şəhid polkovnik üçün də həmişə önəmli olub: “Yoldaşım 10 uşaqlı ailədə dünyaya gəlib, onların arasında yeganə təhsilli Nail idi. Ona görə uşaqlarımızın oxumağını çox istəyib”.
 
Görəsən, tələbə olmağında çox canfəşanlıq göstərən oğlanları tələbə analarına dəstək ola bilirmi? Nigar xanım deyir, yeri düşəndə, o, oğullarına yol göstərir: “Uğur insanın özündə olmalıdır. İnsan nəyi istəsə, mütləq ona nail olacaq”. 
 
Bir sözlə, ötən tədris ilindən Bakıya gələn şəhid ailəsinin bu illə bağlı yeni planları var: “Ötən il 3 uğur qazanandan sonra bu il uğurlarımızı davam etdirməyi düşünürük”.
 
 
Ruhiyyə DAŞSALAHLI
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!