• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Uşaqların ana dilində təhsil almasının üstünlüyü nədir? - MÜNASİBƏT BİLDİRİLDİ

  • 16-07-2024, 12:06

"Nitq, ünsiyyət şüuraltı prosesdir. Nitq və təfəkkür proseslərini, onların əlaqəsini öyrənən linqvistika adlı bir sahə var. Kifayət qədər maraqlı bir istiqamətdir. Biz orada, həqiqətən də, insan nitqinin, danışdığı dilin onun xarakterinə, dəyərlər sisteminə, onun mental düşüncəsinə nə dərəcədə təsir etdiyinin fərqinə varırıq". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.

O bildirib ki, burada incə məsələ var: "Bir dil insana o vaxt təsir edə bilər ki, o ancaq həmin dildə sözləri eşitsin, həmin dildən başqa heç bir ünsiyyət mexanizmi ilə tanış olmasın. Mühit ona başqa bir dildə informasiyanı ötürməsin. O zaman dil sənə təsir edə bilər. Bizdə isə belə problem yoxdur. Bu, seçimdir. Kim istəyərsə, rusdilli bölməni seçə bilər. Son bir neçə ildir ki, ingilis dili bölmələri də daha çox fəaliyyət göstərir. Kim istəyirsə, ingilis dili bölməsini seçə bilər. Digər dillər hələ bizdə o qədər də geniş vüsət almayıb. Amma bu o demək deyil ki, insan həmişə həmin dili eşidir, həmin dil onun şüuraltına ciddi təsir edir. Xeyr, belə deyil. Sadəcə onun tədris dili rus dilidir. O adam, hətta öz ailəsində də rus dilində danışarsa, onun ətrafı, yaşadığı cəmiyyət, bina, məhəllə, prospekt, oynadığı uşaqlar ana dilində danışır. Ona görə də əminliklə deyirəm ki, bu məsələdən qətiyyən narahat olmayaq. Azərbaycan məktəblərində digər dil bölmələrinin sayı çox deyil. Bizim məktəblərimizin yalnız 300-də rus dili bölməsi var. Onların isə yalnız 17-də ancaq rus dilində təhsil həyata keçirilir. Bu bizim üçün problem yaratmayacaq. Dövlət bu istiqamətdə çox önəmli addımlar atır. Artıq rus dili bölməsində oxuyan gənclər neçə ildir ki, Azərbaycan dilindən imtahan verməlidirlər. Yalnız bu imtahanın nəticəsinə əsasən onlar təhsil haqqında sənədlə təmin oluna bilərlər. Ali məktəblərə qəbul imtahanlarında rus bölməsi üçün ayrıca Azərbaycan dili fənni var".

 

"Azərbaycan dili fənnindən imtahan verən, onun qrammatik əsaslarını öyrənməyə çalışan, onun nisbətən incə qatını, ahəng qanununu, zamanlarını bilən şəxs bizim dilimizdə bilməzmi? Təbii ki, bilər. Ətrafımda rus dili bölməsində oxuyub Azərbaycan dili fənnindən kəsilən uşaq tanımıram. Statistika rəsmi deyil. O barədə də məsələ pozitivdir. Artıq ötən ildən etibarən pilot şəklində də olsa, bir çox məktəblərdə Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris olunur. Bizim tariximiz, milli mental dəyərlərimizi istiqamətləndirən bir meyar məhz Azərbaycan dilində keçirilir. Dövlət bu istiqamətdə işini çox peşəkarlıqla aparır. Biz bu cəhətdən qətiyyən narahat olmamalıyıq. Çünki balanslaşdırılmış və incə, peşəkar müdaxilələrin edildiyi bir rusdilli tədris seqmentimiz var ki, onların da Azərbaycan dili problemi yoxdur. Öz aralarında ünsiyyət dili olaraq rusca danışa bilərlər. Bu dildə oxuyurlar, ünsiyyət qururlar, filmlərə baxıb, şeir əzbərləyirlər, amma bu onların "Azərbaycan dilini bilmirlər" mənasına gəlmir. Ana dilini bilməyən şəxs heç vaxt Azərbaycan dilinin qrammatikasında imtahan verə bilməz. Azərbaycan bölməsində minlərlə gənc ana dilindəki bütün suallara cavab verə bilmir. Onlar da bu fəndən imtahan verirlərsə, deməli, ana dilimizi bizim qədər olmasa da, əsaslı faizimiz qədər bilirlər. Əks halda imtahan vermək çox çətin olardı" - deyə o, əlavə edib.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!