• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Təhsilimizdə ciddi çatışmazlıq – Yararsız diplomların yaranma səbəbləri-TƏHLİL

  • 16-07-2024, 12:22
Giriş üçün... Yaxud, danışan rəqəmlər...
 
Dünyanın modern və yüksək nüfuzlu  universitetlərində hazırda böyük marağa səbəb olan, həm ali təhsil müəssisəsi, həm də tələbə üçün uğurlu forma hesab edilən tədris üsulu məhz distant təhsildir. Artıq ildən ilə universitetlərə məhz distant təhsilə görə müraciət edənlərin sayı yüz minləri ötür. 
 
Xüsusən də 2019-22-ci illərdə dünyada tüğyan edən COVID-19 pandemiyası dönəmində funksionallığı daha da artan distant forma  gələcəyin əsas təhsil siması kimi də xarakterizə edildi.
 
Bununla yanaşı, bu forma məsafələri qısaltmaqla universitetlərin gəlir qazanma mexanizminə də xeyli müsbət təsir etmiş oldu. 
 
Təsadüfi deyil ki, hazırda distant təhsildə  ən çox gəlir əldə edən ölkə olan ABŞ-ın onlayn təhsil bazarında fəaliyyət göstərən şirkət və təhsil müəssisələrinin ümumi gəlirinin 2024-cü ildə 87,510,00 milyon dollar olacağı proqnoz edilir. 
 
Həmçinin, 2028-ci ilə qədər  distant təhsilin gəlirlilik mexanizmində illik artım tempinin 8.61% olacağı gözlənilir. Bu isə adıçəkilən təhsil formasının dünya miqyasında gəlir göstəricisinin 2028-ci ilə qədər 257.70 milyard dollara çatacağı ehtimalını yaradır.
 
Hazırda inkişaf etmiş ölkələrdə bir sıra xüsusiyyətləri ilə seçilən distant təhsildən geniş şəkildə istifadə olunur. Təhsil sahəsində çalışan ekspertlərin fikrinə görə, mühazirə zamanı tədris materialının 5-10%-i, tədrisə aid ədəbiyyatın sərbəst oxunuşu zamanı 10-20%-i mənimsənilir. Tədris materialının qrup şəklində müzakirə olunması zamanı  mənimsəmə 50%-ə qədər olub. Yeni biliklərin təcrübi istifadəsi prosesində mənimsəmə 75%-ə yaxınlaşır. Ən yüksək mənimsəmə dərəcəsinə (90%) başqalarını öyrədəndə çatmaq müşahidə olub.
 
Həmçinin, distant təhsilin açıqlığı, yəni qəbul imtahanları vermədən ali təhsil almağın mümkünlüyünə təminat verilməsi də şəbəkə təhsil xidmətlərinin potensial istifadəçiləri üçün mühüm amildir.
 
Distant təhsil və Azərbaycan
 
Qeyd edək ki,   əksər ölkələrdən fərqli olaraq, bizdə distant təhsil anlayışı 2019-cu ildə dünyanı qara kabus kimi bürüyən COVİD-19 pandemiyasından sonra məşhurlaşdı. Lakin bir reaalıq da var: 2020-ci ilin martın 3-də karantin rejiminə keçib tədrisi dayandıranda biz tədrisin distant təhsilin tələbləri əsasında təşkilinə hazır deyildik. Çünki heç vaxt tətbiq olunmayan bir təcrübədən istifadə olunmalı idi. Dünyanın bir çox ölkələri bu sistemə hazır olsa da, Azərbaycanda proses  yarı yaxşı, yarı pis pandemiya dövründə başlamışdı. Biz distant təhsili, müstəqil, onlayn təhsil forması kimi deyil,  məcbur element kimi qəbul edərək, icra etməyə çalışdıq. Pandemiya dünyanın axarında çox şeyləri dəyişdiyi kimi, təhsilə baxışı da dəyişdi. Təhsilə önəm verən ölkələrdə distant təhsil forması elə əvvəldən əsas formalardan hesab olunurdu. Bu etapdan sonra isə birbaşa gələcəyin təhsili olaraq görünməyə başladı.
Lakin reallıq bir məqamı da üzə çıxardı: biz anladıq ki,  təhsili bu  istiqamətdə də təşkil etmək mümkündür. Hazırda işlərini tamamilə onlayn sistemə keçirən özəl tədris mərkəzləri var. Lakin distant tədris bir müstəqil təhsil forması olaraq bununla kifayətlənmir. Onun özünün xüsusi metodikası və proqramı, özünəməxsus pedasqoji yanaşma tərzi vardıpr. Biz bu təcrübəni məcburi tədris elementi kimi öyrənsək də, bu formaya hələ tam hazır olduğumuzu da söyləyə bilmərik. 
 
Nə etməli?
 
2020-ci ildən 2022-ci ilin sonuna qədər, yəni iki ildən bir az çox müddətdə təcrübə keçmək bizim ona tam alışdığımızı göstərməz. İndi bəzi müəllimlər, bəzi özəl kurslar, tədris mərkəzləri iki illik təcrübəyə əsasən bunu niyə də olmasın modunda tətbiq etmək istəyirlər. Amma bu, belə olmamalıdır. Biz əvvəl bu sistemə necə hazır olduğumuzu müəyyən etməliyik. 
 
Danimarkada distant təhsil necə olması ilə bağlı 600 səhifədən qalın bir kitab nəşr olunur. Sanki o kitab adama strateji yanaşmaları öyrədir. Həmin kitabda distant təhsilin, onlayn təhsilin bütün incəlikləri əksini tapır. 
 
Distant təhsil “ekranın bu üzündə  müəllim dedi, o üzündə  şagird qulaq asdı” deyil, burda da şagirdlərin (həmçinin,tələbələrin)  psixologiyası, dərsə yanaşması mütləq nəzərə alınmalıdır. Onlayn dərsdə də zaman düzgün bölünməli, hər hissə vaxtında tədris olunmalıdır. Yəni onlayn təhsildə bütün psixoloji və texniki detallar nəzərə alınmalıdır. 
 
Təəssüflə qeyd etməliyik  ki, bu gün universitetlərimiz məsafədən təhsilə hazır deyil. Bunun bariz nümunəsini pandemiya vaxtı gördük. Ali təhsil müəssisələrində distant təhsil orta təhsil pilləsində keçirilən dərslərin səviyyəsindən xeyli geri qaldı. Yalnız Azərbaycan Dövlət İqtisad Universitetinin distant təhsil mərkəzi var. 
UNEC Ekstern adlanan mərkəzdə tədris olunan distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavrlar cəlb olunub. Dərslər 4 dildə aparılır. Gün ərzində 9200 tələbəyə müxtəlif fənlər üzrə dərslər keçilir. Ümumilikdə isə UNEC-də 12 min bakalavrın distant təhsilə cəlb olunması nəzərdə tutulub. Dərslər növbəli şəkildə saat 08:00-dan 20:20-dək tədris olunur.
 
“UNEC Ekstern”də distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulan dərsləri əvəz edir. Sistemə qoşulan tələbə avtomatik olaraq elektron jurnalda “iştirak edir” kimi qeydiyyata alınır. Hər bir tələbə müəllimə distant dərs zamanı sual vermək imkanına malikdir. Tətbiq edilən model ən müasir texnologiyaların tətbiqi ilə əyani təhsilin alternatividir. Əyani təhsildən yeganə fərqi müəllim və tələbələrin müxtəlif məkanlarda olmasıdır. Üstünlükləri çoxdur. Ən böyük üstünlüklərindən biri müəllimin mühazirəsinə tələbələrin dərsdən sonra məhdudiyyətsiz baxmaq imkanının olmasıdır.
Texniki imkanlarla yanaşı, distant təhsilin tətbiqi zamanı rast gəlinən əsas çatışmazlıqlar:
1.Bu təhsil forması bizdə hüquqi əsası olmadığı üçün nəzəri-metodiki cəhətdən işlənməmiş və hər hansı proqrama əsaslanmayıb;
2.Distant təhsilin təşkili zamanı biliklərin qiymətləndirilməsi metodları müəyyənləşdirilməmişdir. Bu da öz növbəsində  müəllimlərə qiymətləndirmə zamanı xeyli çətinliklər yaşatmış, həmçinin, prosesin şəffaflığı bir qisim valideynlər tərəfindən şübhə ilə qarşılanıb;
3.Distant təhsilin tədrisi zamanı müəllim və şagirdlər üçün situasiyaya uyğun olaraq psixoloji hazırlıq, onlayn pedaqoji prosesin təşkilinin düzgün idarəedilməsi və etik-davranış kodeksləri hazırlanmayıb.
 
Malı malı qatmaq olmaz
 
Burada çox vacib bir məqama da toxunmalıyıq. Adətən, distant təhsillə qiyabi təhsil anlayışları bir-biri ilə qarışdırılır. Lakin bunların arasında çox ciddi və əsaslı fərqlər var. əvvəla onu qeyd edək ki, 
Distant təhsil informasiya texnologiyalarının geniş istifadəsinə əsaslanan tədris formasıdır.
Burada həm də tədris materiallarının çatdırılması, bu materialların müstəqil mənimsənilməsi, təhsil alan və tədris edən arasında dialoq mübadiləsi və proseslərin zaman–məkan sərbəstliyi nəzərdə tutulur.
 
Eyni zamanda distant təhsilin qiyabi formada təhsildən fərqinə aşağıdakıları əlavə etmək olar :
-daimi olaraq müəllimlə (tütorla) kontakt yaratmaq, yaranan sualları onunla telekommunikasiya rabitə vasitələri ilə operativ müzakirə etmək imkanı;
-diskussiyaları təşkil etmək, kursun təlimi və ya istənilən zaman birlikdə qrup şəklində layihə işləmək imkanı. Bu məqamda tələbələr müəllim ilə (tütorla)  elekommunikasiya rabitə vasitələri ilə kontakt yarada bilirlər;
-nəzəri materialların çap və ya rəqəmsal versiyalarının elektron daşıyıcılar vasitəsi ilə çatdırılma imkanı. Tələbə təhsil müəssisəsinə fiziki gəlməkdən azad olur.
İllərdir Azərbaycanda mövcud olan qiyabi təhsil sisteminin ləğv olunması və distant təhsillə əvəzlənməsi tələbələrimizə nə qazandıracaq, hansı yenilikləri verəcək və, nəhayət, ali təhsil müəssisələrimiz buna hazırdırmı? Bu yöndə fikirlər müxtəlifdi
 
Dünyada distant təhsil
 
ABŞ-1989-cu ildə ABŞ-da ətrafında 1500 kollec və telekompaniyanı birləşdirən ictimai televiziya yaradılır (PBS TV). Bu telekanal tədris proqramlarını birləşdirən təhsil kanalı kimi fəaliyyət göstərir. Belə verilişlər içərisində elmin müxtəlif sahələri, biznes və idarəetmə üzrə maraqları əhatə edən (Adalt Learning Service) proqramlar mühüm yer tutur.
 
Distant təhsil sahəsində tanınmış universitetlər içərisində Pensilvaniya Univetsitetini də misal göstərmək olar. Bu universitetin təcrübəsi YUNESKO tərəfindən qəbul edilərək digər universitetlərə tövsiyə edilir. 
 
Türkiyə - Distant təhsil formasının tətbiq edildiyi və bu sahədə böyük təcrübə toplamış ölkələrdən biri də qardaş Türkiyə Cümhuriyyətidir. Türkiyənin Anadolu Universitetində 1982-ci ildən məsafəli təhsil sistemi tətbiq olunur. Anadolu Universiteti hazırda 1,5 milyon tələbəyə distant təhsil verən dünyanın 3-cü meqauniversiteti hesab edilir.
 
XX əsrin sonlarında internetin təhsil sahəsində tətbiqi distant təhsilin inkişafına və yeni üfüqlərin açılmasına rəvac verir. 1997-ci ildə yaradılan Kaliforniya Virtual Universiteti (California Virtual University), daha sonra 1999-cu ildə ABŞ-da fəaliyyətə başlayan ilk dövlət akkreditasiyalı distant təhsil universiteti- Jones Beynəlxalq Universitetinin (Jones İnternational University) saytında 700 onlayn kursun kataloqu yerləşdirilir.
 
Rusiyada distant təhsil daha çox əcnəbi tələbələr üçün nəzərə tutulub. Xüsusən də ali təhsil almaq üçün Rusiya universitetlərini seçən əcnəbilər müəyyən müddət ərzində distant formada rus dilini öyrənə bilərlər.  
 
Böyük Britaniya – Distant təhsili ilk tətbiq edən ölkədir. XX əsrin 60-cı illərinin sonlarında Böyük Britaniyada distant təhsilin imkanları dövləti maraqlandırmağa başlayır və bu layihənin reallaşması üçün konkret addımlar atılır. Yeni tədris planları, tədris-metodiki vəsaitlər və texnologiyalar hazırlanır. Açıq Universitet (Open University) layihəsini kraliça təsis etsə də, onun icrasına nəzarət baş nazir Harold Uilsona tapşırılır. Universitetin rektoru cəmiyyət palatasının spikeri təyin edilir.  Açıq Universitet fəaliyyətinin ilk illərində Böyük Britaniya vətəndaşı olan və oxumaq istəyən  hər kəsi tələbə kimi qəbul edir. Hətta bakalavr proqramına orta məktəbi bitirmək haqqında rəsmi sənədi olmayanlar da qəbul edilir. Dövlət universiteti olduğuna görə bura müraciət edənlərin sayı ilbəil artır. Dərslər distant şəkildə təşkil edilir, sənədləşmə işləri isə poçt vasitəsi ilə aparılırdı. Baş nazir Harold Uilson dərslərin televiziya və radio vasitəsi ilə ötürülməsini nəzərə alıb universitetin “Efir universiteti” adlandırılmasını təklif etsə də “Açıq Universitet” adlandırılması onun konturlarını daha geniş çəkməyə imkan verir. Fəaliyyətinin ilk illərində yalnız öz vətəndaşlarını qəbul edən universitet sonrakı illərdə xarici vətəndaşların qəbulunu da həyata keçirməyə başlayır. Açıq Universitet bir çox ölkələrdə təhsili qeyri-ənənəvi yolla həyata keçirən layihələr reallaşdırmağa təkan verir. Tələbə əldə etmək uğrunda aparılan mübarizə universitetlərin də bu sahədə inkişafına səbəb olur. Əbəs deyil ki, Harold Uilson sonralar yazırdı ki, Açıq Universitetin yaradılması “siyasi akt” idi. Hazırda bu universitet distant təhsil həyata keçirən universitetlər arasında liderliyini davam etdirir.  Hər il bu universitetin qəbul planı 200 min tələbəni keçir.
 
Hazırda Avropada tanınmış distant təhsil mərkəzlərindən sayılan İspaniya Milli Distant Təhsil Universiteti də (UNED) ölkə daxilində 60, ölkə xaricində 9 filialı birləşdirir.
 
Çin - 1979-cu ildə burada ilk dəfə olaraq distant təhsil verən Milli Televiziya və Radio Şəbəkəsi yaradılır.  Bu hadisə distant təhsilin dünyanın bütün qitələrində fərqli dövlətlərin fərqli yanaşması kimi qəbul edilsə də, məqsəd bir idi- açıq təhsil imkanlarını genişləndirmək və bunu əhalinin bütün təbəqələri üçün əlçatan etmək. Beləliklə, XX əsrin ortalarında distant təhsilin imkanları televiziya, radio, poçt vasitəsilə həyata keçirilən audio və video materialları əhatə edir.
 
Distant təhsil və magistratura problemi
 
Bu gün ölkədə fəaliyyət göstərən bəzi ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə təhsildə bir çox problemlər gözə dəyir. Onlar əsasən tədrisin keyfiyyətinin ürəkaçan olmaması və dərs saatlarının düzgün tənzimlənməməsidir. Təbii ki, bir sıra ali təhsil müəssisələrində əsasən MBA (Biznesin idarə edilməsi) üzrə dərslər axşam saatlarında təşkil olunur. Bu, zatən belə də olmalıdır. Çünki dünyanın bir çox inkişaf etmiş ölkələrində magistratura üzrə təhsil və onun zaman mahiyyəti tələbənin şəxsi seçiminə bağlıdır. Əksər dövlətlərdə dərslər axşam saatlarında başlanması ilə yanaşı, onlayn şəkildə də keçirilir. Bizdə isə çox təəssüf ki, ali təhsil pilləsində distant təhsil qəbul edilmir. Hələ 2 il bundan əvvəl Milli Məclisin Elm və təhsil komitəsində distant təhsil haqqında maddələrin artırılması da ali təhsil haqqında qanunla bağlı müzakirəyə əlavə olunsa da, biz heç bir irəliləyişin şahidi olmadıq".
Bu gün magistratura səviyyəsində distant təhsilə çox böyük ehtiyac var. Çünki insanların böyük əksəriyyəti istehsalatdadırlar, əmək bazarında öz yerlərini yenicə formalaşdırmağa başlayıblar. Elə magistraturanı da buna görə oxumağa qərar veriblər. Lakin tələbə iki seçim arasında qalır: ya əmək bazarındakı yerini itirməlidir, ya da öz təhsilindən könüllü surətdə imtina etməlidir. Bu isə yolverilməzdir. "Mərkəzi qurum – Elm və təhsil nazirliyi, yaxud yeni yaranan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bu barədə vahid rəsmi qərar hazırlamalıdır. Yənu bu məsələ ali məktəblərin daxili qərarları əsasında öz həllini tapmamalıdır,
 
Nəticə olaraq...
 
Nəticə olaraq iki vacib detalı yenidən qeyd etməliyik: 
 
1.Təəssüf ki, Azərbaycan təhsil qanunvericiliyinə əsasən xarici universitetlərdə distant formada alınan tədris bizdə keçərli sayılmır. Daha doğrusu, bu təhsil formasında təhsil alan tələbəyə verilən təhsil sənədi keçərli sayılmır. Bu, isə bir çox sahələr üzrə kadrların əmək bazarına girməsinə ciddi maneə yaradır. Çünki ixtisas təhsilinə yiyələnməni təsdiq edən sənəd keçərsizdirsə, bu zaman kadrın nə dərəcədə hazırlıqlı olub-olmaması da çox hallarda soruşulmur;
 
2.Magistratura səviyyəsi üzrə distant təhsilin olmaması. Bu barədə də yuxarıda söhbət açdıq. Təəsssüf ki, hər il yüzlərlə gəncimiz “əmək bazarı-ya magistratura” seçimi arasında qaldıqda, məcburən birinciyə üstünlük verməli olur. Bu isə onların ixtisasları üzrə daha mükəmməl təhsil alıb, özlərini akademik istiqamətdə formalaşdırmasına ciddi əngəl yaradır. 
Qısası, hazırda təhsilimizin -xüsusilə də yerli ali təhsil seqmentinin ehtiyac duyduğu ən vacib məsələlərdən biri də distant təhsilin formalaşdırılması və onun keçərliliyinin yaradılmasıdır.
 
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!