• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Riyaziyyatçılara MEYDAN OXUYAN KÖLƏ – “VİRCİNİYA KALKULYATORU” + FOTOLAR

  • 29-07-2024, 07:04

Tarixdə qeyri-adi bacarığa malik olan çoxsaylı insanlar yaşamışdır. Mən, onlardan biri haqda söhbət açmaq istərdim. Dərhal mövzuya keçim.

“Virciniya Kalkulyatoru” və ya “Qara Tom” kimi də tanınan bu şəxs Afrikada, daha dəqiq desək, indiki Liberiya ilə Benin arasında 1710-cu ildə dünyaya göz açmışdır. 1724-cü ildə isə, hələ 14 yaşında olarkən kölə kimi satılmışdır. Qul olduqdan sonra Amerikaya göndərilmiş və sonradan Presli və Elizabet Koksun qanuni mülkiyyətinə verilmişdir.

 

Söhbət əksəriyyət insanın bəlkə də haqqında heç nə bilmədiyi Tomas Fullerdən gedir. Onun təxəllüsləri təsadüfi verilməmişdi. Qara dərili Tomas Fuller yeriyən bir kalkulyatora bənzəyirdi. Çünki o, savadsız olsa da, inanılmaz şəkildə sürətli hesablama qabiliyyətinə malik idi. O dövrlər qulların savadsız olması adi hal kimi qəbul edilsə də, Tomas 1724-cü ildə Virciniyaya gələrkən hesablama üçün qeyri-adi istedadını inkişaf etdirmişdi. Şimali Virciniyadakı pedaqoqlar onun unikallığını tez bir zamanda “kəşf” etdiklərindən dərhal o 232 hektarlıq plantasiya təsərrüfatının idarə edilməsinə cəlb olundu.

Tomasın qeyri-adi riyazi təhlil qabiliyyəti var idi. Belə ki, o riyaziyyat problemlərini asanlıqla həll edə bilir və çətin olan riyazi suallara hər zaman doğru cavablar verirdi. Bu dahi kölə istənilən vaxt saniyələri, dəqiqələri, saatları, günləri, həftələri və ayları rahatlıqla bir-birinə çevirə bilirdi. O, həmçinin istənilən məsafənin böyüklüyünü və uzunluqlarını hesablama bacarığına malik idi. O, adətən başqalarının qələm və kağızdan istifadə edərək çətinliklə gəldiyi nəticələri beynində düşünərək cavablayırdı.

Bəs, o bunu necə bacarırdı? Başqa sözlə, Tomas riyaziyyatı haradan öyrənmişdi? Bunu onun özündən soruşduqda, yəni üstün riyazi qabiliyyətləri necə əldə etdiyini maraqlandıqda, o nə qədər qəribə də görünsə, bunun inək quyruğundakı tükləri saymaq kimi təsərrüfatlarda aparılan eksperimental təcrübələrdən gəldiyini söyləyirdi. Afrika alimləri isə hesab edirdilər ki, Tomasın bacarıqları Afrikada nadir görülən hadisədir. Bu, onun riyazi oyunlar oynamasından, tapmacalar həll etməsindən və say sistemi ilə bağlı məşğuliyyətindən aydın görünürdü. Təsadüfi deyil ki, Tomas Fullerin yerinə yetirə bildiyi bir çox hesablamaları bu gün yalnız kalkulyatorla etmək mümkündür.

Biz, hesab edirik ki, hər halda bu fitrətən gələn istedadın mənbəyini kainatı yaradan Ulu Tanrıda görmək lazımdır. Çünki hər kəsin belə qabiliyyəti olmur. Afrika alimlərinin də hesab etdiyi kimi bu nadir görülən hadisədir.

Bu oxumamış riyaziyyatçı öz dövründə hamının diqqət mərkəzində idi. Onun riyazi şücaəti gün keçdikcə hər tərəfə yayılr, get-gedə daha çox insan onunla maraqlanmağa başlayaraq onun haqqında daha çox şey bilmək istəyirdi. Tomas, 70 yaşlarında olanda Pennisilvaniyadan olan Uilyam Hartshorne və Samuel Coates onun hesab şücaətinin şahidi olmaq üçün görüşə gəldilər.  Tomas Fullerə verilən hər bir suala düzgün cavablar verildiyini gördükdə, ziyarətçilər heyranlıqlarını gizlədə bilmədilər.

Onlar Tomasdan nə soruşdular? Birinci sual belə idi ki, “bir il yarımda neçə saniyə var?” İki dəqiqə ərzində Tomas cavab verdi: “47,304,000.” Növbəti sual isə belə oldu: “Bir insan 70 il, 17 gün və 12 saat yaşayıbsa, deməli o, neçə saniyə yaşayıbdır?” Tomas bu suala da qısa fasilədən sonra cavab verdi: “2.222.210.500.” Qonaqlardan biri hətta qələmdən istifadə edərək hesablama apardıqdan sonra cavabları yoxlamağa çalışdı, lakin onun sanki səhv olduğunu düşündü və sonra yenidən bir də illəri hesablamağa çalışdı. Bunu görən Tomas ona kömək edərək yededi: “Sən ili unudursan”.

Sonralar Uilyam Hartshorne və Samuel Coates öz hesabatlarında bir neçə kəlmə də olsa Tomasın fiziki görkəmi barədə də yazmışdılar. Onlar Tomasın boz rəngə çalan saçının olduğunu və özündə qocalığın bir neçə başqa əlamətini biruzə verdiyini qeyd edirdilər.

Tomas bir neçə il sonra, daha dəqiq desək, 1790-cı ildə Virciniya ştatında yaxınlığındakı Koks fermasında vəfat etdi. Öləndə onun 80 yaşı var idi. O öldükdən sonra Boston qəzeti olan “Columbian Centinel” Toması “özünü öyrədən arifmetik” və “təlimsiz alim” adlandıran bir məqalə dərc etdi.

Bax, belə. Tomas Fuller kimi tarixin qaranlıq səhifələrində itib-batmış unikal insanlar çox olub və olacaq. Əsas olan isə odur ki, bu cür istedadlı insanlara təəssüf ki, bəzən dəyər verilmir, onların fitri istedadından vaxtında faydalanılmır, onlar Tomas Fuller kimi layiq olmadığı həyatı yaşamağa məcbur edilirlər. Halbuki belə fenomenal şəxsiyyətlərin qədrini zamanında bilsək, qazanan cəmiyyətimiz olar.

Yunis Xəlilov

Naxçıvan Dövlət Universiteti Hüquq fənləri kafedrasının baş müəllimi

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!