• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

ASAP tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər keçirildi-FOTO

  • 11-05-2023, 13:00

 

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə ölkə daxilində və xaricdə “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Ümummilli Lider Heydər Əliyev hər zaman xalqımızın xeyriyyəçilik ənənələrini yüksək qiymətləndirmişdir. Bu gün hər bir vətəndaşımızın üzərinə bu ənənələri davam etdirmək vəzifəsi düşür. Məhz bu səbəbdən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondu, ASAP və Məzun Birliklərini ilə birgə həyata keçiriləcək Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş #ƏNƏNƏ layihəsinə start verilmişdir. Layihə çərçivəsində ilk görüş 10 may tarixində ASAP və Azərbaycan-Macarıstan Məzunları İctimai Birliyinin (AHAU) birgə təşkilatçılığı ilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin iştirakı ilə keçirilib. Görüşün nəticəsi olaraq, Məzun Birlikləri ilə xeyriyyə istiqamətində illik plan hazırlanacaq, mövcud intellektual resurslar vasitəsilə sosial həssas qruplarla iş, yardım aksiyaları, məzunlar tərəfindən ehtiyacı olan gənclərə ödənişsiz karyera bələdçiliyi, dil kursları və digər xeyriyyə tədbirləri həyata keçiriləcəkdir.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ASAP Macarıstan və AHAU-nun birgə təşkilatçılığı ilə Macarıstanın Budapeşt şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual turnir təşkil olunub. 70-dən çox azərbaycanlı gəncin iştirak etdiyi turnirdə Ulu Öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yoluna və Azərbaycan tarixinə aid suallar səsləndirilib.

Polşanın paytaxtı Varşava şəhərində də Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və ASAP Polşanın təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunub.

İsrailin Arava şəhərində Azərbaycan Respublikasının İsraildəki Səfirliyinin, Azərbaycan  Respublikası Gənclər Fondunun dəstəyi, ASAP və Azərbaycan-İsrail Tələbə və Məzun Şəbəkəsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib. Görüşdə Beynəlxalq Azərbaycan - İsrail Assosiasiyasının üzvləri, İsrail Universitetlərindən professorlar və azərbaycanlı gənclər  iştirak edib.

Beynəlxalq Azərbaycan - İsrail Assosiasiyasının və ASAP-ın birgə təşkilatçılığı ilə İsraildə keçirilən digər görüşdə isə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışılıb, müstəqil dövlətimizin banisi, Azərbaycan xalqının xilaskarı olan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətindən bəhs edilib, onun zəngin irsinin bütün nəsillər üçün örnək olduğu diqqətə çatdırılıb.

Çinin paytaxtı Pekin şəhərində isə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş görüş keçirilib və foto sərgi təşkil olunub. Ölkəmizin Çin Xalq Respublikasında olan Səfirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ASAP və “Azərbaycan-Çin Məzunları Assosiasiyası”nın birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada Çin Xalq Respublikasında təhsil alan azərbaycanlı gənclər iştirak etmişdir. Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı bildirib ki, müstəqil dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bu gün bütün dünyada Azərbaycan dövlətinin xilaskarı kimi qəbul edilir. Azərbaycanın yüksəlişini, beynəlxalq arenada qazandığı yüksək nüfuzunu qiymətləndirərkən Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri göz önündə canlanır. Daha sonra foto sərgiyə baxış olmuşdur. Bu tədbir eyni zamanda ölkəmizin Çin Xalq Respublikasındakı Səfirliyinin və ASAP-ın birgə fəaliyyəti ilə ASAP Çin nümayəndəliyinin formalaşmasına zəmin yaratmışdır.

Bundan başqa, ASAP tərəfindən Ümummilli Liderin 100 illiyinə həsr olunmuş video layihələrə start verilib. Video çarxların mövzusu dahi şəxsiyyət Heydər Əliyev ilə çalışmış şəxslərin, Ümummilli Liderin təşəbbüsü ilə xaricə təhsil üçün göndərilmiş tələbələrin xatirələrini və Dövlət Proqramı ilə xaricdə təhsil alan gənclərin fikirlərini əhatə edəcək.

 

 

 

 


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!