Məktəbdə meyiti tapılan gözətçinin ölüm SƏBƏBİ məlum oldu - YENİLƏNİB
Səbail rayonu Badamdar qəsəbəsi S.Məmmədov küçəsində yerləşən 239 saylı tam orta məktəbdə ölüm hadisəsi qeydə alınıb. Məktəbin gözətçisi 1962-ci il təvəllüdlü Kamal Cahangir oğlu Mahmudovun üzərində zorakılıq əlamətləri olmayan meyiti təhsil müəssisəsinin həyətində tapılıb.
Bizim.Media ölüm hadisəsinin təfərrüatlarını öyrənib. Saytımızın əldə etdiyi məlumata görə 62 yaşlı gözətçi ürək xəstəsi olub.
Bakıda məktəbdə ölüm hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, hadisə Səbail rayonu Badamdar qəsəbəsi S.Məmmədov küçəsində yerləşən 239 saylı tam orta məktəbdə qeydə alınıb.
Məktəbin gözətçisi 1962-ci il təvəllüdlü Kamal Cahangir oğlu Mahmudovun üzərində zorakılıq əlamətləri olmayan meyiti təhsil müəssisəsinin həyətində tapılıb.
Faktla bağlı araşdırma aparılır.