• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Ənvər Abbasov və “Komedixana”nın təhsil mesajları - Yazıq repetitorlar

  • 18-10-2024, 07:10
Giriş üçün bir neçə söz: əvvəlcə müəllimlər haqqında
 
Müəllimlər elə həmişə gözlərindəki işığı kitabların, dəftərlərin  arasında xərcləyiblər. Gözlərdəki işıqlar itdikcə beyindəki və ən əsası ürəklərindəki  işıqlar da çoxalıb. O qədər çoxaldı ki, bir gün bu müəllimlər (söhbət əsl müəllimdən gedir) ayılıb gördülər ki, hamıdan kənarda özlərinin qurduğu bir “işıq səltənəti”ndə məskunlaşıblar. Və… bir də onu gördülər ki, onlara alternativ olan “qaranlıqlar səltənəti”ndə artıq qəbul olunmurlar. Beləliklə, öz işıqları özlərinə qənim kəsildi  əls müəllimlərin... İşıqlı başlar və işıqlı səltənət vətəndaşlığı müəllimlərə boş ciblər, eynəkli gözlər, infarktlı ürəklər, köhnə pencəklər bəxş etdi. Amma başlarını dik tutan da var idi. Necə də olsa, bu “qaranlıq səltənət”də özlərində işıq daşıyırdılar….
 
Keçək “Komedixana”ya
 
Yox, biz də bir qism adamlar kimi “Komedixana” yumor tv layihəsini tənqid edib, orada neqativ meyillər axtarmayacağıq. Sözümüzün canı, yəni, “Mustafası” var... Son illərin məşhur komediya ekran layihəsi olan “Komedixana” ilə bağlı fikirlər birmənalı deyil. Çoxluq bu projeyə TV vasitəsilə davamlı şəkildə baxır, “YouTube” platforması üzərindən mütəmadi izləyir, “TikTok”, “İnstagram” və s. sosial şəbəkələr sayəsində də qısa çarxları paylaşırlar. Hər halda reallıq “Komedixana”nın çox böyük auditoriyasının olmasından xəbər verir. Kimin nə deməsindən asılı olmayaraq... Doğrudur, zaman-zaman bir qism tamaşaçılar tərəfindən komediya proqramında aktyorlar tərəfindən aşırı vulqar ifadələrin işlədildiyi, milli-mental dəyərlərimizə ziddi zarafatların edildiyi desələr də fakt öz faktlığında qalır;bu gün “Komedixana” çox böyük auditoriyaya malik bir tv layihəsidir.
 
Sözün Mustafası...
 
Təbii ki, bir təhsil məsələləri üzrə tədqiqatçı olaraq ara-sıra baxdığım komediya layihəsində təbii ki, təhsilə aid detalları, ona olan sosial yanaşmanı,  cəmiyyətin münasibət və dəyərləndirməsini əks etdirən mesajlar axtarır və incələməyə çalışırıq. İstedadlı (mən qətiyyətlə bu fikirdəyəm) ssenarist Ənvər Abbasov  və komandası bəzi mesajları Ezop dili ilə də ustalıqla təqdim etməyi bacarırlar. Həmin sözaltı bombaları tutmaq, gülüşün mina xəritəsi üzərində hərəkət etmək isə artıq tamaşaçının ixtiyarına buraxılır. 
 
Elə yumor proqramının son həftədəki buraxılışında “Repetitor” səhnəsi bir çox sosial mesajları, təhsilə olan natamam baxışları özündə tam şəkildə əks etdirə bilmişdi. Hər zaman özüm də daxil, bir çox təhsil mütəxəssisləri repetitorlardan danışarkən onları tamam tənqid etmiş və repetitorluq institutunu təhsilin kürəyinə vurulan xəncər yarası kimi tanıtmışıq. İnsafən, bizləri də haqlı edən müəyyən həqiqətlər var; təhsilimiz bugün repetitorluq institutunun qara kölgəsində daldalanmaqdadır, məktəb deyilən energetik aura öz işığını bu qaramatda əritməkdədir. Amma bütün bu detallar məsələyə birtərəfli baxış kimi qəbul edilməlidir. Məsələnin digər tərəfində isə repetitorluğun işgəncə dolu, əzablı tərəfi dayanır ki, “Komedixana” aktrisa Xəyalə Quliyevanın timsalında bunu ustalıqla göstərməyi bacarıb. 
 
Demək, sıradan bir azərbaycanlı evi... Tənbəl və işsiz həyat yoldaşı... Heydən düşən qoca qaynata ilə bir evdə yaşayan və işi ilə bərabər onların da qulluğunda durmağa məcbur olan xanım repetitor... Gülüş motivləri arasında o şəxsən mənim tanıdığım bir xeyli repetitor müəllimənin ortaq simasını özündə cəmləyir. Obraz narahatdır; indi uşaqlar yanına hazırlığa  gələcək, valideynlərinin verdiyi pul və o pulun hər dəfə xatırlatdığı, insanı içdən-içə parçalayan məsuliyyət hissi.. Elə şagirdlər otağa girib masa arxasında oturan kimi aylıqlarını müəllimə vermək məsələsinə gələndə müəyyən mesajları eşidirik: şagirdlərdən yalnız biri aylıq ödənişi təqdim edir və o da pulu verərkən deyir: “müəllimə amma atam dedi ki, müəlliməyə pulu ver, amma denən ki, mütləq “inistuta” girməliyəm...”... 
 
Reallıqda da belədir: bir neçə yerə parçalanmış repetitor həyatı bir ömür bu məsuliyyət hissinin altında keçir. Bu müəllimə aktrisanın oynadığı onlarla obrazdan yalnız biridir. O, başqa səhnədə başqa rolu canlandıracaq. Amma hər gün minlərlə insan -repetitor bu məsuliyyətlə günü açır və günü qapayır. Biz amma nədənsə öz xidmətini min bir mənəvi-psixoloji, ən əsası zehni yorğunluqla təqdim edən bu insanlararı niyə hər zaman pula-pul deməyən kəsim kimi dəyərləndiririk? Şəxsən, bugün də bizdə bu dərəcədə tüğyan edən repetitorluq institutunun qəti əleyhinəyəm. Amma bunun əsas səbəbkarı hər hansı fənni dərsdən sonra 3-5 nəfərə yenidən tədris edən müəllim deyil ki... O burada ən son elementlərdən biridir... Bizdə orta təhsil müəssisələri üçün tərtib olunan vahid tədris proqramı ilə, qəbul imtahanı suallarının tərtib olunduğudigər paralel proqram arasında o qədər dərin uçurum var ki, şagirdi bu qara zolaqdan məhz yenə də həmin repetitor çıxarır. Onu tam günahsız hesab etmirəm. Çünki repetitorların da çox hissəsi məktəbi ümumiyyətlə arxa plana atdı, özünü dərsdə yox hazırlıqda yordu. Amma hər bir halda o da insandır və parçalanmış həyatı yaşamaq hamı kimi, ona da xoş deyil...
 
Bu arada... “Komedixana”nın həmin səhnəsində repetitor uşaqlarla test suallarını işləyərkən əri (aktyor Fərda Amin) səhnəyə daxil olub, ondan yemək, bir az da keçmiş, çörəyin yerini soruşur. Daha sonra qoca qayınata hazırlıq keçən gəlinindən onu bankalamasını istəyir. Hələ bu azmış kimi, qonşu da əlində bir qazan dolma ilə içəri girib müəllimədən onu bükməsini istəyir... Tamaşaçı bunlara gülür... Gülə-gülə də düşünür yəqin... Situasiya həm də tragikomikdir. Amma ən dəhşətlisi isə budur: hazırlığa gələn şagirdlərdən biri onun evdəki məişət zəminli işlərini görür və bu işlərdə də bacarıqlıdır. Sonda isə özü etiraf edir:”müəllimə, mən bunları əla bilirəm e, hazırlığa elə-belədən gəlirəm”... Bax bu cümlə isə faciənin əsl üzüdür. “Niyə repetitorluq məktəbi məhv etdi?”sualının əsl cavabıdır. 
Sonda əvvələ qayıdaq...
 
Yazının əvvəlində belə bir ifadəni qeyd etmişdik: “İşıqlı başlar və işıqlı səltənət vətəndaşlığı müəllimlərə boş ciblər, eynəkli gözlər, infarktlı ürəklər, köhnə pencəklər bəxş etdi”.Repetitorluq bəlkə elə sırf buna görə artdı? İşıqlı başların boş ciblərə məğlub olmaması üçün bu qədər irəli getdi?
 
Amma çooxx, lap çooxxx irəli getdi... Gərək, işıqlı başlar özlərini nə bu qədər parçalara ayıra, nə də işıq səltənətinə (burada məktəb) xəyanət edə idilər...

Xəbərə dair fotosessiya

Elmin Nuri
Müəllifin digər yazıları
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!