• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

1 Noyabr “Füyuzat” dərgisinin ilk sayı çapdan çıxıb

  • 01-11-2024, 07:12

“Həyat” qəzetinin 1906-cı il sentyabrın 3-ü çap olunan sonuncu nömrəsində belə bir elan yerləşdirilmişdi: “Həyat qəzetəsi bu gündən etibarən tətil etdiyi üçün yerinə “Füyuzat” namlı həftəlik məcmuə intişara başlayacaqdır”.

Beləliklə, dövrün görkəmli şəxslərindən Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə 1906-cı il, noyabrın 1-dən etibarən Azərbaycanın ictimai-siyasi və mədəni-ideoloji həyatında mühüm rol oynayan “Füyuzat” jurnalı nəşrə başlayır.

Görkəmli ictimai-siyasi xadim Əli bəy Hüseynzadənin baş redaktorluğu ilə işıq üzü görən “Füyuzat”ın nuru qısa zamanda başının üzünü cahillik, işğal və zülmət buludları almış Azərbaycan xalqının həyatına və gələcəyinə nur kimi parladı. Jurnalın şöhrəti qısa zamanda bütün Azərbaycana yayıldı və dövrün əsas aydınlarının bir çoxunu öz ətrafında toplaya bildi.

Hüseyn Cavid, Məhəmməd Hadi, Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseyzadə, Abbas Səhət, Abdulla Şaiq, Həsən Səbri Ayvazov, İsmayıl bəy Qaspıralı və digər dühaların məqalə və şeirlərinin nəşr olunduğu “Füyuzat” jurnalı qısa zamanda Azərbaycan xalqının maariflənməsi, insanlarda milli şüurun oyanması və milli dövlətçiliyin nə qədər vacib olması fikirlərini aşılaya bildi.

Məhz buna görə də Azərbaycanı ömür boyu müstəmləkəsi olaraq saxlamaq istəyən Rusiya imperiyası “Füyuzat”ın nəşrinin davam etməsini ciddi təhlükə kimi qəbul etdi. “Füyuzat”a qarşı sərt addımlarını davam etdirən Çar Rusiyası turançılıq və tükçlük ideyalarının cəmiyyətdə daha çox yayılmasının qarşısını almaq üçün 1907-ci il, noyabrın 1-də, elə “Füyuzat”ın doğum günündə dərginin fəaliyyətini qadağan edir…

Bir il ərzində cəmi 32 nömrəsi çapdan çıxan jurnal qısa zaman ərzində nəşr olunmasına baxmayaraq, sonralar fütuzatçılıq ədəbi məktəbinin və cərəyanının əsasını qoyur. “Füyuzat” jurnalı fəaliyyətini dayandırsa da, 32 nömrədə təlqin etdiyi fikirlər yaşamağa və ideyalarını yaymağa davam edir.

Təsadüfi deyil ki, bəzi tədqiqatçılar “Füyuzat”ın səhifələrindəki milli ideoloji və dövlətçiliklə bağlı fikirləri “cümhuriyyətə aparan yol” kimi də qiymətləndirirlər.

Ümumiyyətlə, “Füyuzat” jurnalı əsarətə və assimilyasiyaya baş qaldıran, milli olmaq və bağımsız yaşamaq, hürriyyət ideyalarını aşılayan mətbu orqan kimi Azərbaycan dövlətinin formalaşmasında, insanlarımızın öz milli kimliklərini öyrənməsində, ən əsası maarif və mədəniyyət quruculuğunda, türklük və turançılıq ideologiyasının doğulmasında və inkişafında müstəsna rol oynadı.

“Bizə fədai lazımdır! Türk hissiyatlı, İslam etiqadlı, Avropa qiyafəli fədai!” – deyən Əli bəy Hüseynzadə cəmi bir il nəşr etdirə bildiyi “Füyuzat”ın səhifələrində bu fikirləri yaymaqla qalmadı, müstəqil Azərbaycan dövlətinin bayrağının ideya müəllifinə çevrildi. Ən əsası isə, yüz il sonra – bu gün də Azərbaycanda milli ideoloji özünüdərkin təməl daşlarını atmış oldu.

Məhz yüz il sonra “Füyuzat”ın nəşrinin dayandırılmasının 100 illiyi ərəfəsində Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu tariximizin ən şanlı səhifələrindən biri olan “Füyuzat” ədəbi məktəbinin yaşaması və cəmiyyətin bütün təbəqələri üçün əlçatan olması məqsədilə 2007-ci il, yanvarın 7-də jurnalın fəaliyyətini bərpa etdi.

Müasir “Füyuzat” ənənələrini və şərəfli yolunu davam etdirdiyi “Füyuzat”ın layiqli davamçısına çevrildi və bu istiqamətdə fəaliyyətini davam etdirir.

Bəli, bizim olan, bizdən olan və bizi anladan hər şeyə sadiq olduğumuz kimi, bizi biz edən “Füyuzat”, onun ədəbi-mədəni-ideoloji irsi də var olacaq və hər zaman türklük, Vətən, müstəqil Azərbaycan deyəcək!

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!