• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Sertifikasiyadan yüksək bal toplayan yaşlı müəllimlərin müqaviləsi uzadılsın

  • 19-11-2024, 06:00

Məlumdur ki, bəzi hallar istisna olmaqla, yaşı 65-ə çatan müəllimlərin əmək müqaviləsinə xitam verilir.

Bəs görəsən, əmək qabiliyyəti, sağlamlığı yerində olub sertifikasiya imtahanından yüksək bal toplayan şəxslərin əmək müqavilələri uzadılmalıdırmı?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri AzEdu.az-a açıqlamasında deyib ki, sertifikasiyadan 58-dən çox bal toplayan müəllimlərin əmək müqaviləsinin müddətinin artırılmasının tərəfdarıdır:

 “Sirr deyil ki, əmək qanunvericiliyinə görə bir çox sahələrdə və qurumlarda təqaüdə çıxma yaşı 65-dir. Təbii ki, burada  müəyyən istisnalar var. Elə yerlər var ki, orada çalışanların nəinki bir qismi, hətta böyük əksəriyyəti yaşlı şəxslərdir. Elə sahələr də var ki, əksinə yaşı 65-i keçmiş şəxsləri orada görə bilmərik.

 Ancaq yaşı 65-i ötən, müəllimlərin sertifikatlaşdırma imtahanından 58-dən çox bal toplayan əmək bacarığı və sağlamlığı normal olan müəllimlərin əmək müqaviləsinin müddətinin artırılmasının tərəfdarıyam.

 Ola bilər ki, müəllimlər üçün bu bal çox böyük və imkansız görünə bilər. Hətta: “Niyə məhz 56,57 yox, 58 baldan yuxarı?”,- deyə düşünə də bilərlər. 1 balla, 1 sualla insanların intellekti arasında fərq qoyulmur, amma nəzərə almalıyıq ki, bizdə 30-a yaxın pedaqoji kadr yetişdirən ali təhsil müəssisəsi var və bu univesitetlərdən hər il minlərlə gənc istehsalata, əmək bazarına qədəm qoyur. Onlar da işləmək, təhsil vermək istəyirlər.

Hər il müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində yüksək bal toplamasına baxmayaraq, məhz vakant yerlərin azlığına görə bir çox gənc işsiz qalmalı olur. Məsələnin bu tərəfini də nəzərə alaraq, sertifikasiyada 58-60 bal aralığında nəticə göstərib, yaşı 65-i keçən şəxslərin əmək müqavilələri  1 yaxud 2 il  də artırıla bilər. Amma 51-58 arası nəticə göstərən yaşlı müəllimlərin artıq təqaüdə gedib, yerlərini gənclərə vermələri daha doğru addımdır. Çünki o müəllimlər çətin, ya asan əmək fəaliyyəti ilə məşğul olublar, ömürlərinin bəlli bir yaşına çatıblar. Gənclərimizin isə hər il xeyli hissəsi işsizdir.

10 minlərlə kadr böyük ümidlə MİQ müsabiqəsinə üz tutur, test və müsahibə mərhələsindən yaxşı bal toplayır, amma vakant yerə gələndə nə etməli olduqlarını bilmirlər”.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!