• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Bəzi repetitorları cəzalar gözləyir - Müəllimlərə XƏBƏRDARLIQ

  • 19-11-2024, 08:54

Bəzi müəllimləri verilən əməkhaqqı qane etmədiyinə görə repetitorluq fəaliyyətinə üz tuturlar. Lakin bir qisim müəllimlər bu fəaliyyətlə məşğul olmaqla yanaşı, həm də vergidən yayınırlar.

 

Ümumiyyətlə, həmin müəllimlər üçün nəzərdə tutulmuş cəza növü tətbiq olunmur.

 

Bəs görəsən, həmin müəllimlərə cəza tədbiri görülməlidirmi?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Babək Umudovun sözlərinə görə, repetitor fəaliyyəti ilə məşğul olan şəxslər gəlir əldə etdikləri üçün Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən vergi ödəyicisi kimi uçota alınmalıdırlar:

149501

“İlk növbədə repetitor anlayışının mənasına aydınlıq gətirək. Repetitor dedikdə, haqqı valideynin və ya tələbənin/şagirdin hesabına ödənmək şərtilə tələbəyə/şagirdə tək və ya qrup halında dərs verən müəllim başa düşülür. Göründüyü kimi repetitor şəxslərə ödənişli şəkildə müəyyən bir xidmət göstərir. Bu halda repetitorun gəliri yaranmış olur. Bu gəlirin yaranması halında repetitorun vergi öhdəliyi meydana çıxır.

 

Beləliklə, repetitor fəaliyyəti ilə məşğul olan şəxslər gəlir əldə etdikləri üçün Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən vergi ödəyicisi kimi uçota alınmalıdırlar. Bundan sonra onlar hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs, daha sadə dillə desək, fərdi sahibkar statusuna malik olurlar.

 

Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir”.

 

Həmsöhbətimiz qeyd edib ki, repetitorlar əsasən gəlir vergisi ödəyicisi hesab olunurlar:

 

“Gəlir vergisi isə əldə olunmuş gəlirlərlə gəlirin əldə olunmasına çəkilən xərclərin fərqinin 14%-nə (aylıq 2500₼-dək gəlirdən 14%, 2500₼-dan yuxarı gəlirdən isə 350₼ + 2500₼-dan yuxarı hissənin 25%-i) bərabər bir məbləğdir. Bununla belə, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsində göstərilib ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.

 

Əməliyyatların rəsmiləşdirilməsinə gəlinsə, repetitorlar şagirdlərdən ödəniş aldıqda hər bir şagird üzrə ciddi hesabat blankı olan mədaxil qəbzi yazıb verməli və cəmi qəbzləri toplayıb ciddi hesabat blankını kassa mədaxil orderində qeyd etməli, kassa kitabında qeydiyyat aparmalıdır.

 

Təəssüf ki, repetitorların böyük hissəsi VÖEN və mədaxil orderinə malik deyillər. VÖEN-lə işləmədiklərindən də məhz onların dövriyyəsi qeydiyyata alınmır. Qeydiyyata alınmadığından vergi də ödəmirlər. Burada problemli məsələ həmin fəaliyyətlə məşğul olan repetitorların vergidən yayınmaq istəyilə bağlı deyil. Problem əsasən repetitorların vergi ödəməklə bağlı məlumatlarının olmaması ilə bağlıdır. Ona görə də onların vergiyə cəlb olunmaq istiqamətində ciddi şəkildə məlumatlandırılmasına ehtiyac var”.

 

B.Umudov bildirib ki, qanun hər kəs üçün eyni zamanda tətbiq olunmalıdır:

 

“Bununla yanaşı, vergidən qəsdən və ya məlumatlı olmadığı üçün yayınan şəxsləri fərqləndirib, ikinciləri məsuliyyətdən azad edə bilmərik. Odur ki, vergidən yayınan hər kəs kimi repetitorlar da məsuliyyətə cəlb edilməlidir.

 

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi (Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma), 460-cı maddəsi (Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma), habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi (Qanunsuz sahibkarlıq) və 213-cü maddəsində (Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) əməlin ağırlığından və ictimai əhəmiyyətindən asılı olaraq fərqli cəzalar müəyyənləşdirilmişdir.

 

Sonda qeyd edim ki, qanun hər kəs üçün eyni zamanda tətbiq olunmalıdır, repetitor üçün də, vəkil üçün də, biznesmen üçün də. Ona görə də, müəllimlərin orta aylıq qazancının azlığı, qeyri-adekvatlığı, peşənin çətinliyi və s. bunun kimi ictimaiyyətdə səsləndirilən fikirləri kənara qoyub hər kəsə eyni yanaşılmalıdır”.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!