• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Gələcəyin peşələrinə hazırlıq: "Süni intellekt məktəblərdə ayrıca fənn kimi tədris edilməlidir"

  • 30-01-2025, 08:43

 

Müasir dövrdə informasiya və kommunikasiyanın sürətli inkişafı, xüsusilə süni intellektin həyatda hər sahədə tətbiq olunması, məktəblərdə bu texnologiyaların tədrisini vacib bir məsələ halına gətirir. İKT və süni intellektin tədrisi, şagirdlərə gələcəyin rəqəmsal dünyasına hazırlıq, həmçinin yeni bacarıqlar qazanmaq imkanı yaradır.

Məsələ ilə bağlı "Operativ Media" ilə fikirlərini bölüşən təhsil eksperti Elmin Nuri bildirib ki, təhsil seqmentində İKT bacarıqlarının inkişafı üçün ciddi addımlar atılmalıdır:




"Mənim fikrimcə, artıq orta ümumi təhsil seqmentində İKT bacarıqlarının inkişafı üçün ciddi addımlar atılmalıdır. Doğrudur, bu istiqamətdə zaman-zaman "Rəqəmsal Bacarıqlar” və STEAM təhsili kimi müxtəlif layihələr həyata keçirilib və bu layihələr getdikcə inkişaf etdirilir. Lakin bu sahədə məzmun və formatın genişləndirilməsi zəruridir. Hal-hazırda biz rəqəmsal bacarıqların məzmunu və formatı barədə Elm və Təhsil Nazirliyinin müvafiq qurumlarından daha ətraflı məlumat almalıyıq. Bu layihələr neçə ildir tətbiq olunur, nə kimi faydalar verib, məktəblərdə nə dəyişib, məzmun və format hansı aspektlərə toxunub və faydalılığı necə olub – bütün bunları aydınlaşdırmaq vacibdir. Şəxsən mən bunları öyrənmək istəyərdim.

"Rəqəmsal bacarıqlar” barədə bir zamanlar geniş müzakirələr aparılırdı. Xüsusilə ibtidai sinif müəllimləri müxtəlif kurslara cəlb olunurdu. Lakin bu təşəbbüslər kifayət etmirdi. Eyni zamanda, STEAM akademiyalarının sayı artırıldı və STEAM təhsili təklif edən məktəblərin sayı da artdı. Amma son dövrlərdə bu mövzuya dair müzakirələr bir qədər azalıb. Bu səbəbdən, hazırda iki əsas İKT layihəsi: STEAM təhsili və "Rəqəmsal bacarıqlar” üzərində yenidən düşünməliyik. Bu layihələrin məzmunu və məqsədi daha da genişləndirilməli, beynəlxalq təcrübə ilə qarşılaşdırılaraq təhsil sistemimizə uyğunlaşdırılmalıdır".

Ekspert bildirib ki, məktəblərdə təxirəsalınmaz şəkildə suni intellekt dərslərinin keçirilməsi vacibdir:

"İKT bacarıqlarının inkişafı üçün zəruri addımlar atmaqda gecikirik. Çünki artıq dünya İKT dövrünə qədəm qoyub. Texnologiya sürətlə inkişaf edir və bu gün biz suni intellekt dövründə yaşayırıq. Lakin bu sahədəki müzakirələr hələ də kifayət qədər dərinləşməyib. Suni intellekt alətləri hər gün bir-birini əvəz edir, ötən illər hamını təəccübləndirən bir alət bu gün artıq yeni bir alətin kölgəsində qalıb. Artıq məktəblərimizdə təxirəsalınmaz şəkildə suni intellekt dərslərinin keçirilməsi vacibdir. Bu dərslər seçmə fənn olaraq deyil, fizika, kimya, riyaziyyat kimi əsas dərslər kimi tədris edilməlidir. Bunun üçün ayrıca proqramlar hazırlanmalı və Təhsil İnstitutu tərəfindən müvafiq metodikalar müəyyənləşdirilməlidir.

Yaxşı ki, bir neçə  il əvvəl informatika fənni Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən birinci ixtisas qrupu üzrə əlavə olundu. Bu addım informatika fənninin önəmini artırdı və bu sahədə fəaliyyət göstərən müəllimlərə müəyyən bir diqqət verilməsinə səbəb oldu. Əgər əvvəllər informatika fənni yalnız bir gün tədris olunurdu və şagirdlər yalnız komputerlə təmasda olmaqla bir neçə sadə hərəkət öyrənirdilərsə, bu gün informatika fənninin proqramı xeyli dəyişib və daha geniş məzmunu əhatə edir. Lakin, İKT bacarıqlarının tətbiqi praktiki əsaslarla daha dərindən öyrədilməlidir. Bu sahədə yalnız nəzəri biliklərlə kifayətlənməyək, praktiki tətbiq və təcrübə əsas götürülməlidir.

Suni intellekt fənni informatika fənnindən ayrılmalı və özəl olaraq tədris olunmalıdır. Bu sahəyə dair ayrıca tədris proqramı hazırlanmalı və bu proqram yalnız informatika müəllimlərinə deyil, ümumilikdə təhsil işçilərinə təklif edilməlidir. Biz suni intellektin tədrisini informatika ilə qarışdırmamalı, hər birini öz müstəqil mövzusu kimi inkişaf etdirməliyik. Bu addımlar atılarsa, həm texnologiyanın, həm də təhsil sistemimizin inkişafına böyük təkan veriləcəkdir".

Elm və Təhsil Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, şagirdlərin İKT bacarıqlarına dərindən yiyələnməsi üçün ETN tərəfindən müxtəlif tədbirlər görülür:


Nazirlik haqqında |Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

"Şagirdlərin İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, müasir səriştə və bacarıqlara malik şəxslər kimi formalaşmasına dəstək göstərmək əsas hədəflərimizdəndir.

Bu məqsdələ Elm və Təhsil Nazirliyinin Alqoritmika beynəlxalq proqramlaşdırma məktəbi ilə əməkdaşlıq çərçivəsində 2017-ci ildən etibarən ölkədə “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq edilir. Məqsəd şagirdlərin alqoritmik düşüncə və məntiqi təfəkkürünün inkişafına, yeni texnologiya və rəqəmsal bacarıqları, proqramlaşdırmanın sirlərini daha dərindən öyrətməyə nail olmaqdır.

2024-2025-ci tədris ilindən etibarən əlavə 230 təhsil müəssisəsində tətbiq edilməyə başlayıb. Ümumilikdə, layihənin əhatə etdiyi şagirdlərin sayı yeni tədris ilindən etibarən 510 min nəfərə çatıb. “Rəqəmsal bacarıqlar” ın işğaldan azad edilmiş ərazilərdə də tətbiqi  başlayıb. Layihə çərçivəsində, 2021-2022-ci tədris ilindən etibarən təhsilini İnformasiya texnologiyaları sahəsi üzrə davam etdirmək istəyən 10-cu siniflər üçün informatika fənnini dərindən tədris edildiyi təmayül siniflər açılıb.

Hazırda informatika təmayüllü belə siniflərdə 13 region üzrə 42 məktəbdə 1256 şagird təhsil alır.

Kadr potensialının gücləndirilməsi istiqamətində cari ildə ölkə üzrə 5742 nəfər təhsilverən aşağıda qeyd olunan istiqamətlər üzrə bilik və bacarığın artırılması istiqamətində təlimdən keçmiş və 4242 nəfər üçün müvafiq istiqamətli imtahan təşkil olunmuşdur:

-             Təbiət fənlərinin hibrid öyrənmə və məktəbdə onlayn ünsiyyət tədrisi metodikası;

-             “Müəllimlər üçün rəqəmsal savadlılıq”;

-             “Microsoft sertifikatlı pedaqoq” sertifikasiya imtahanına hazırlıq;

-             “İnteraktiv məntiq, 5-7 yaş” və “İnteraktiv məntiq, 8-11 yaş” rəqəmsal tədris vəsaitlərinin tədris prosesində tətbiqi üzrə müəllimlər üçün müvafiq metodiki xidmət;

-             ICDL Computer and Online Essentials imtahanı vasitəsi ilə müəllimlərin bilik və bacarıqlarının yoxlanılması".

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
5 və 6 günlük məktəblərdə "Son zəng" nə zaman keçiriləcək?
12-06-2025 16:07  
AzTU-nun Yüksək Təhsil İnstitutuna yeni direktor təyin olunub
11-06-2025 10:09  
II və III qruplarda ən yüksək balı onlar TOPLADILAR - ADLAR
11-06-2025 14:40  
BDU-da qızılı stafilokok bakteriyasına qarşı müqavimət mexanizmlərinə dair araşdırmalar aparılır
11-06-2025 15:24  
TKTA: May ayında 369 nəfərin diplomu tanınıb
12-06-2025 10:42  
Emin Əmrullayev omanlı həmkarı ilə görüşüb
12-06-2025 13:54  
Elm və təhsil naziri "Huawei" şirkətinin rəhbər heyəti ilə görüşüb
12-06-2025 17:55  
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 15:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 10:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 08:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 13:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 17:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 13:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 11:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Əziz Əlibəyli
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Bəhruz Əliyev
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Nadir İsrafilov
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Tahirə Allahyarova
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Şahlar Əsgərov
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Riyaziyyat fənni üzrə nəticələr aşağıdır - DİM sədri
III qrupda keçid balları artacaq - Məleykə Abbaszadə
Psixoloqlar müsahibəyə cəlb olunacaqlar

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!