• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

MİMTA Fondunun 20 yaşı tamam olur

  • 31-01-2025, 15:15

 

 

Milli irsimizi, mədəni, tarixi dəyərlərimizi qorumaq, təbliğ etmək və inkişaf etdirmək amalı ilə qurulan Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun 20 yaşı tamam olur.

Edupress.az-ın məlumatına görə, MİMTA Fondu keçən bu 20 il ərzində bir sıra mötəbər addımlarla Azərbaycanda milli-mədəni irsin öyrənilməsi, tanıdılması və təbliğində mühüm rol oynayıb.

Öz ənənəsinə sadiq qalan MİMTA Fondu sadalanan istiqamətdə təhsil, mədəniyyət, səhiyyə və sosial sahələrdə çoxsaylı tədbirlərin, seminar və müsabiqələrin təşkilini təkcə ölkə daxilində deyil, ölkəmizdən xaricdə də davam etdirir.

Fond bu illər ərzində öz daxilində müxtəlif şöbələr təsis etmişdir ki, bu şöbələr hər biri təkbaşına müstəqil bir qurumun geniş fəaliyyəti ölçüsündə işlər ortaya qoya bilmişdir. MİMTA Fondunun 100 il sonra bərpa etdiyi “Füyuzat” və “İşıq” jurnalları, nəşriyyat işini həyata keçirən MİMTA Yayımları, internet və media sahəsində “FÜYUZAT tv” , mimta.az, “fuyuzat.az” vebsaytı, tədbirlərin işıqlandırılmasını, foto-video xidmətlərini həyata keçirən Elegant Media bu şöbələrin əsas aparıcı hissəsidir. Təbii ki, bunların hər biri Fondun müstəqil bə qarşılıqlı layihələrini də həyata keçirməkdən məsuldur.

Yola saldığımız 2024-cü il də MİMTA Fondu üçün məhsuldar keçib. Fondun təsis etdiyi mətbu orqanlardan 18 ildir fəaliyyət göstərən “Füyuzat” dərgisinin illik 6 nömrəsi işıq üzü görmüşdür. Jurnal, həmçinin Azərbaycanı xaricdə keçirilən bir sıra mötəbər sərgi və tədbirlərdə təmsil etmişdir. Eyni zamanda, MİMTA Fondunun digər mətbu orqanı olan və 13 ildir nəşri uğurla davam etdirilən “İşıq” jurnalının da müvafiq illik sayları nəşr olunaraq oxuculara təqdim edilmişdir. Hər il olduğu kimi, keçən ildə də istər “Füyuzat”, istərsə də “İşıq” jurnalları cəmiyyətimizin taleyüklü məsələlərinə, xalqımızın əbədiyaşar dəyərlərinə bir daha işıq tutmağa çalışmış və bu yolda Fondun məramını ifadə etmişdirlər. Onu da qeyd edək ki, “Füyuzat” jurnalı çağdaş dövrün tələblərini nəzərə alaraq son illərdə həm elektron formata keçmiş və “fuyuzat.az” domeni ilə vebsayt formatında oxucularla görüşmüş, həm də “FÜYUZAT tv” adı ilə internet televeziyası fəaliyyətə başlamışdır.

MİMTA Fondunda neçə ildir keçirilməsi ənənə halını almış müxtəlif mövzulu seminar və görüşlər ötən il ərzində də müntəzəm şəkildə təşkil edilmişdir. Əsasən, milli irsimizlə, mədəniyyətimiz, ədəbiyyatımız və tariximizlə bağlı mövzuları əhatə edən bu görüşlərə ölkənin müxtəlif ali təhsil ocaqlarından qonaqlar, dinləyicilər dəvət edilmiş, bəhs olunan mövzular ətrafında maraqlı müzakirələr aparılmışdır.

Bundan başqa, MİMTA Fondunun layihəsi əsasında hazırlanan sosial çarxlarda, sənədli filmlərdə ölkəmizin qarşılaşdığı sosial, həyati problemlər qabardılmışdır. Bu istiqamətlə işlərə misal olaraq, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu tərəfindən hazırlanan “Ölüm tələsi” sosial çarxının adını qeyd edə bilərik. Sosial çarx Qarabağda istər erməni işğalı dövründə, istərsə də işğaldan sonra davam edən mina terroru və terrordan əziyyət çəkən azərbaycanlılara həsr edilib.

Fondun nəzdində fəaliyyət göstərən MİMTA Yayımları da ötən ildə məhsuldar fəaliyyəti ilə seçildi. Nəşriyyat müxtəlif istiqamətli həm yerli, həm də xarici sərgilərdə, konfranslarda iştirak etmiş, təqdimatlar, imza günləri təşkil etmiş, bir sıra uğurlu layihələrə imza atmışdır. MİMTA Yayımları son illərdə nəşr etdiyi müxtəlif janrlı kitablarla mütaliə ənənəsi yaratmaq yolunda oxu materiallarını zənginləşdirməklə ölkəmizdə mütaliə səviyyəsinin artmasına töhfələr vermişdir. MİMTA Yayımları həm milli irsimizi, mədəni, tarixi dəyərlərimizi öyrənmək üçün faydalı kitablar nəşr etdirmiş, həmçinin dünya ədəbiyyatından sayılıb-seçilən kitabları Azərbaycan dilinə peşəkar şəkildə tərcümə etməklə oxucuların rəğbətini qazanmışdır.

MİMTA Yayımlarının bu günə qədər ümumilikdə nəşr etdiyi hər kitabın özünəməxsusluğu olsa da, bu kitablar arasında bir neçəsi məxsusiliyi ilə seçilir. Məsələn, Əməkdar jurnalist, yazıçı Yunis Orucovun qələmə aldığı “Tunel” romanı məhz bu kitablardandır. Kitab 1993-cü il martın 31-də Kəlbəcərdə baş vermiş tunel qətliamına həsr edilib. Romanda qətliam zamanı bütün ailəsi gözləri önündə ermənilər tərəfindən vəhşicəsinə qətlə yeti

MİMTA Fondu 2024-ci ildə görkəmli Azərbaycan mütəfəkkiri, ictimai-siyasi həyatımızda mühüm rol oynayan ideoloqlarımızdan biri – Əli bəy Hüseynzadənin 160 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil etmiş, Azərbaycanın önəmli elm adamlarını və ictimai-siyasi xadimləri bu masa ətrafında toplayaraq milli tariximizə və onun önəmli səhifələrindən biri olan Ə.Hüseynzadənin həyat və yaradıcılığına, irsinin tanıdılmasına töhfə vermişdir.

MİMTA Fondu ölkə daxilində təşkil olunmuş müxtəlif tədbirlərdə də layiqincə təmsil olunur. Məsələn, ölkəmizdə keçirilən beynəlxalq və yerli kitab festivalları, digər ədəbi, ictimai və mədəni tədbirlər də hər zaman Fondun diqqət mərkəzində olmuş, bütün tədbirlərdə təmsil olunmuşdur.

Fond tədbirlərdə təmsil olunmaqla qalmamış, MİMTA nəzdində fəaliyyət göstərən mətbu qurumlar – “fuyuzat.az” və “FÜYUZAT tv” kollektivləri həmin tədbirləri geniş işıqlandırmaqla ictimaiyyətə də informasiya ötürmüşdür.

MİMTA Fondunun nəzdində fəaliyyət göstərən “Elegant Media” yüksək peşəkarlıq nümayiş etdirməklə tədbirlərin daha yaxşı işıqlandırılması, foto və video yaddaşa həkk olunmasında önəmli rol oynamışdır.

Ümumiyyətlə, bu il 20 yaşını tamamlayan Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu fəaliyyət göstərdiyi bu illər ərzində xalqımızın milli irsini, mədəni, tarixi dəyərlərini qorumaq, təbliğ etmək və inkişaf etdirmək amalı ilə yorulmadan çalışmış, hansı sahədə olmasından asılı olmayaraq fəaliyyət göstərdiyi bütün sahələrdə yüksək profesionallıq, dəqiqlik nümayiş etdirərək məqsəd və hədəflərinə çatmışdır. Min illərdən gələn milli irsimizi, mədəni, tarixi dəyərlərimizi qorumaq, təbliğ etmək və inkişaf etdirməklə qalmamış, özü də gələcək nəsillərə milli, mədəni, tarixi irs miras qoya bilmişdir.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Bağça müəllimlərinin işə qəbul müsabiqəsi bu tarixdən başlayır
14-07-2025 15:27  
Təhsil işçiləri üçün güzəştli TəhsilPlus kartı ictimaiyyətə təqdim olunub
18-07-2025 17:24  
Tələbələrin köçürülməsi prosesinə BAŞLANILDI
15-07-2025 12:00  
SİMA ilə taksi səfərləri daha etibarlı!
14-07-2025 09:45  
Ali məktəblərə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə təhsil alacaq
14-07-2025 12:45  
57-ci Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən milli komandamızın uğuru
14-07-2025 16:20  
"YAŞAT" düşərgəsinin 5-ci həftəsi başlayıb
16-07-2025 15:30  
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 15:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 10:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 08:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 13:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 17:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 13:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 11:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Əziz Əlibəyli
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Bəhruz Əliyev
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Nadir İsrafilov
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Tahirə Allahyarova
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Şahlar Əsgərov
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

YAŞAT" düşərgəsinin 5-ci həftəsi başa çatıb
Təhsil işçiləri üçün güzəştli TəhsilPlus kartı ictimaiyyətə təqdim olunub
Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!