• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Azərbaycan dilində qeyri-səlis məntiq nəzəriyyəsinə aid ilk kitab - Rafiq Əliyevdən möhtəşəm iş

  • 04-02-2025, 09:00

 

“Qeyri-səlis“ məntiqdən söhbət düşəndə gözüm qarşıısında iki insan ömrünün böyük fəaliyyət sahəsi canlanır-professor Lütfi Zadə və professor Rafiq Əliyev. Onlardan biri Fevral ayının 4-də Bakıda dünyaya göz açan həmyerlimiz, dünya şöhrətli alim professor Lütfi Zadədir. Professor Zadənin qeyri-səlis məntiq haqqında ilk məqaləsi 1965-ci ildə dərc olunub. O,  qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünya elm sahəsində yeni bir dövrün təməlini qoydu. “Qeyri-səlis məntiq” nəzəriyyəsini  Lütfi Zadə  bir fərziyyə olaraq irəli sürməklə göstərdi ki, real həyat problemlərini Aristotelin klassik məntiqi və klassik riyaziyyatdan istifadə ilə həll etmək mümkün deyil. Yeni baxışa ehtiyac var.  Qeyri-səlis məntiqə görə, bu və ya digər mülahizənin doğruluq qiyməti 0 və 1  ilə deyil, onlar  arasında sonsuz qiymətlər çoxluğu ilə təyin edilə bilər. Bu ideya ilə qeyri-səlis çoxluqlar nəzəriyyəsi və yeni riyaziyyatın əsası qoyuldu, yeni dünyagörüş, yeni elmi istiqamət meydana gəldi və qeyri-dəqiq informasiyanın təsviri və emalı üçün üçün güclü alət yaradıldı. Bu gün elm sahələrinin əksəriyyəti qeyri-səlis məntiqdən istifadə edir və bu nəzəriyyə geniş tətbiq sahələrinə malikdir.

Professor Zadənin  varisi və davamçısı professor Rafiq Əliyev  “Qeyri-səlis” məntiq nəzəriyyəsini inkişaf etdirməklə bir neçə nəzəriyyələrin əsasını qoydu. O, insan fikirləri, mühakiməsi üçün ALI-1, ALI-2, ALI-3, ALI-4 implikasiyalarını yaratdı və bu gün bu məntiqlər sənayedə, tibbdə, iqtisadiyyatda  tətbiq edilir. O, qeyri-səlis məntiqin  Soft Computing –in digər  tərkib hissələri ilə sinerciləri əsasında yeni üsullar işlədi və bununla da süni intellektin inkişafına təkan verdi. Professor Əliyev tərəfindən qeyri-səlis diferensial tənliklərlə təsvir edilən mürəkkəb dinamik sistemlərin analizi üçün ümumiləşmiş dayanıqlıq nəzəriyyəsinin işlənməsi “qeyri-səlis” məntiq nəzəriyyəsinin öyrənilməsinin vacibliyi  və tətbiqinə bir nümunədir.

Bu gün kompüterlər klassik məntiqlə işləyir, bu səbəbdən informasiya axtarışı zamanı gərəksiz informasiya ilə çox qarşılaşırıq. Klassik Aristotel məntiqi semantik təhlilə imkan vermir, ümid edirəm ki, yeni informasiya axtarış sistemləri qeyri-səlis məntiqdən istifadə edəcək.  Kompüterlər təbii dili emal edə bilmir, yeni yanaşmalardan istifadə olunur,  qeyri-səlis məntiq bu baxımdan əlverişli vasitədir. Kompüterlərin simvolları emal etmək qabiliyyəti artırıldıqca təbii dilin emalında problemlər azalacaq. Təbii dilin semantik qeyri-müəyyənliyi təbii dilin modelləşdirilməsində bir maneə kimi ortaya çıxır. Bu maneə yalnız qeyri-səlis məntiqlə aradan qaldırıla bilər. Bu sahədə inilis və digər dillərdə çoxsaylı elmi məqalələr və kitablar var, lakin azərbaycan dilində yoxdur. Sevindirici haldır ki, bu günlərdə Azərnəşr tərəfindən „Qeyri-səlis məntiq” kitabı nəşr olunub.

 İndi isə Sizinlə  professor Rafiq Əliyevin və fəlsəfə doktoru Rafiq Rəşad oğlu Əliyevin birgə yazdıqları  “Qeyri-səlis məntiq” adlı kitab haqqında fikirlərimi bölüşmək istəyirəm.

Kitab girişdən və səkkiz fəsildən ibarətdir. Təqdim edilən kitab qeyri-səlis məntiq nəzəriyyəsi  və onun tətbiqinin aydınlaşdırılması sahəsində  azərbaycan dilində yazılan  ilk dərslikdir.

Bu kitabda qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq, ölçülə bilən və ölçülə bilməyən informasiya, təxmini mühakimənin və real dünya məsələlərinin modelləşdirilməsinin əsasını təşkil edən münasibətlər  lakonik şəkildə verilib.

Kitabda qeyri-səlis məntiqə aid əsas analyışlara- qeyri-səlis çoxluqlar və onların xassələri, onlar üzərində əməllər, qeyri-səlis ədədlər, hesab, linqvistik dəyişənlər və onlarla əlaqəli məsələlər,  qeyri-səlis məntiqlə klassik məntiqin fərqi, qeyri-səlis məntiq əsasında təxmini mühakimə və məntiqi nəticə çıxarma üsulları yüksək elmi texniki dildə səlis şəkildə verilib.  Burada epistemik və münasibətlər fasetlərinə, professor Zadənin təbirincə desək „təbii dil persepsiyalar sistemidir” konsepsiyasına, epistemik yanaşma ilə izah edilən Sorites paradoksuna ətraflı baxılıb.

Kitabda   qeyri-səlis riyaziyyatın təməl elementləri- qeyri-səlis funksiya, qeyri-səlis törəmə,  qeyri-səlis tənliklər, qeyri-səlis həndəsə məsələləri ətraflı şərh edilib. Qeyri-səlis məntiqin real həyat  məsələlərinə tətbiqinə xüsusi diqqət verilib. Mürəkkəb qeyri-xəttiliyə, qeyri-müəyyənliyə malik obyektlərin və sistemlərin modelləşdirilməsi  məsələlərinə, qeyri-səlis reqressiya, linqvistik qeyri-səlis qaydalara əsaslanan  modellərin qurulma prinsiplərinə baxılıb.

Baxılan əsərdə „Əgər-Onda ” qaydalarına əsaslanan adi və adaptiv kontrollerlərin qurulma prinsipləri,  dinamik sistemlərin qeyri-səlis dayanıqlıq məsələləri , imperfekt informasiya şəraitində qeyri-səlis məntiqə əsaslanan  qərar qəbuletmə nəzəriyyəsinin təməl elementləri, həmçinin qeyri-səlis qərar mühitinə, qeyri-səlis faydalılıq konsepsiyasına, mükəmməl olmayan informasiya şəraitində  ümimi qərar qəbuletmə üsuluna geniş yer verilib.

Kitab tədqiqatçılara  qeyri-səlis informasiya mühitində fəaliyyət göstərən robotların qurulma prinsipləri, qeyri-səlis rezalyusiya  əsasında mobil robotların analitik layihələndirilməsi, intellektual nəqliyyat robotunun  qeyri-səlis idarəetmə sisteminin işlənməsi problemlərini öyrəməkdə yardımçı olacaq, onları bu sahədə  biliklərlə təmin edəcəkdir.

Hamıya məlumdur ki, bu gün Riyazi linqivistikanın köməyi ilə avtomatik tərcümə mövcuddur. Lakin qeyd etməliyik ki, qeyri-səlis məntiqə əsaslanan yanaşmanın təbii dilin modelləşməsində və formallaşmasında istifadəsi biliklərin inikası üçün daha ifadəli dil və təfəkkür və hesablama üçün daha çoxtərəfli imkan təmin edir. Qeyri-səlis məntiqin tətbiq sahələrindən biri də mətnlərdən semantik nəticə çıxarmaq, xülasə çıxarmaqdır. Bu da insanların daha bilikli olmasına dəstək verir. Bu gün qeyri-səlis kimya, qeyri-səlis fizika, qeyri-səlis riyaziyyat sürətlə inkişaf edir. Ümid edirəm ki, kitabdakı materiallar qeyri-səlis məntiqin dərindən öyrənilməsi və tətbiqi üçün təqdiqatçılar, tələbələr və şagirdlər üçün yeni imkanlar yaradacaq və onların stolüstü kitabına çevriləcəkdir.

Azərbaycanda “Süni intellekt” strategiyasının hazırlandığı bir dövrdə belə bir kitabın nəşri təqdirə layiq hadisədir. Onu da qeyd edim ki, bu kitabın müəlliflərinin özbək alimlərlə birlgə hazırladığı   „Süni intellekt” kitabı 4 dildə nəşr olunmuşdur və dünyanın aparıcı universitetlərində tədrisdə istifadə olunur.

Belə bir kitabı ərsəyə gətirdiklərinə görə müəlliflərə təşəkkür edirik və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin

Elmi işlər üzrə prorektoru, texnika elmləri doktoru,

professor  Lətafət Qardaşova

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir təyin olunub
21-05-2025 13:56  
Elm və təhsil naziri Dünya Təhsil Forumunda iştirak edir
20-05-2025 11:04  
Yeni ali təhsil proqramları hazırlanır- Komissiyaiclas keçirdi
20-05-2025 11:15  
Bakıda iki məktəbin direktoruna şiddətli töhmət verilib
20-05-2025 13:58  
Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
19-05-2025 10:45  
Ölkə üzrə PISA 2025 davam edir
20-05-2025 16:53  
Təhsil İnstitutu yenidən “Müasir metodist” müsabiqəsi elan edir! Tarix: 19.05.2025 Pa
20-05-2025 10:47  
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 15:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 10:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 08:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 13:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 17:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 13:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 11:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Əziz Əlibəyli
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Bəhruz Əliyev
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Nadir İsrafilov
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Tahirə Allahyarova
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Şahlar Əsgərov
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb
Məleykə Abbaszadə: Abituriyentlərin sayı 12 min artıb
Abituriyentlərin NƏZƏRİNƏ – Bəzi ixtisaslar LƏĞV ediləcək

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!