Daha 20 ABB meneceri KOÇ Universiteti ilə birgə təhsil proqramını uğurla başa vurdu
ABB menecerləri 2-ci “Executive Mini-MBA” proqramını uğurla tamamladılar!
ABB menecerlərinin fərdi inkişafını dəstəkləmək məqsədilə Koç Universiteti ilə birgə təşkil olunmuş 2-ci “Executive Mini-MBA” proqramı uğurla başa çatdı!
20 ABB meneceri bu nüfuzlu proqramı uğurla tamamlayaraq nailiyyət sertifikatı ilə təltif olundu. Bunun şərəfinə Koç Universitetinin əsas kampusunda ABB və universitet rəhbərliyinin iştirakı ilə təntənəli məzun günü keçirildi.
ABB komandası daim inkişafda və liderlik bacarıqlarını gücləndirmək yolunda irəliləməyə davam edir!