• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Misir Mərdanov rus “sektoru”ndan danışdı: “Nazir olanda, mənim üçün çox ağır oldu”

  • 24-02-2025, 12:52
Keçmiş postsovet ölkələrindən Estoniyada rus dili təhsil metodikasından çıxarılır.
 
Eston rəsmilər 2030-cu ilədək rus dilinin tədrisini sadəcə xarici dil fənni statusuna endirəcək. Bu ölkədə fikir ayrılığının yaranmasına səbəb olub.
 
Gənc nəsil bu addımı dəstəkləsə də, orta və yaşlı nəsil sözügedən addımı dəstəkləmir. Qeyd edək ki, hazırda Azərbaycanda xarici dildə olan məktəblərin sırasında rusdilli məktəblərin sayı daha çoxdur. Bu gün ölkədə 300-ə qədər məktəbdə təhsil rus və Azərbaycan bölməsi üzrə paralel şəkildə, 17 məktəbdə isə təhsil yalnız rus dilində aparılır.
 
Həmin rusdilli məktəblər dövlət büdcəsindən maliyyələşir. Ölkəmizdə fəaliyyət göstərən digər dildə olan məktəblər isə əsasən ödənişlidir.
 
Məlumata görə, hazırda ümumilikdə orta məktəblərin 7,6 %-də təhsil rus dilindədir. Ümumilikdə təhsil alan uşaqların 6,3 %-i rus dilində oxuyur. Orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32 %-i deməkdir.
 
Ekspertlər deyirlər ki, ölkədə xarici dillərə eyni yanaşılmalı, rus dilində olan məktəblərin sayı digər dillərdə olan məktəblərdən çox olmamalı, onlara yaradılan şərait bərabərləşdirilməlidir.
 
Ümumiyyətlə, rus dilində icbari təhsil qadağan edilə bilərmi?
 
1998-2013-cü illərdə təhsil naziri olmuş, hazırda Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun rəhbəri, professor Misir Mərdanov "Cebheinfo.az"-a məsələ ilə bağlı fikirlərini bildirib:
 
"Mən təhsil naziri vəzifəsində işləyəndə rus dilini məktəblərdə xarici dil kimi keçməyə başladıq. O, mənim üçün çox ağır bir məsələ oldu. Çünki rus dili dərsi deyən çox sayda müəllimlər ixtisara düşməli oldu və biz bu prosesi yaşadıq. Bu gün ölkədə fəaliyyət göstərən, təlimi Azərbaycan dilində olan məktəblərdə rus dili xarici dil kimi öyrənilir və bu, problem deyil.
 
Ölkəmizdə dövlət dili Azərbaycan dilidir və "Təhsil haqqında" Qanunda yazılıb ki, ümumtəhsil məktəblərində təhsil dövlət dilində olmalıdır. Ancaq orada qeyd edilir ki, valideynlər və müəyyən qruplar övladlarının başqa dildə təhsil almasını istəsə, onlara şərait yaradılmalıdır. O baxımdam , ölkəmizdə rusdilli, ingilisdilli məktəblər də var.
 
Bunlar ümumilikdə çox deyil. Mən belə halların olmasını müsbət hesab edirəm. O da bir faktdır ki, təlim rus dilində olan məktəblərin sayı təlimi ingilis dilində olan məktəblərdən çoxdur. Bu da o işin təşkili ilə bağlıdır və təbiidir. Çünki keçmişdə bizim məktəblərin böyük əksəriyyəti təlimi rus dilində aparırdı”.
 
Keçmiş nazir deyib ki, indi onların sayı azalıb:
 
“Hazırda da təlimi rus dilində aparan məktəblər var, mən onların sayını dəqiq deyə bilmərəm. O da doğrudur ki, təlimi ingilis dilində olan məktəblər ödənişlidir, rus dilində olanlar isə dövlət məktəbləridir.
 
İngilis dilində olan məktəblərin ödənişli olması isə özəl olması ilə bağlıdır. İmkanı olan insanlar o məktəbi açır. Rus dilində olan məktəblərə özəl olmasıyla bağlı də şərt qoyulması başqa məsələdir”.
 
M.Mərdanov ölkəmizdə rus dilinin geniş yayılması fikri ilə razılaşmır:
 
“Əsasən Bakı, bir də ola bilər bəzi şəhərlərimizdə vətəndaşların müəyyən hissəsi rus dilində danışır. Mən şəxsən hər bir Azərbaycan vətəndaşının ilk növbədə öz ana dilini mükəmməl bilməsinin tərəfdarıyam. Öz ana dilini mükəmməl biləndən sonra  neçə xarici dil bilsə onun və vətənin xeyrinədir".
 
Ailədə rus dilində danışılması və uşaqlarını da rus dilində təhsil almasına gəldikdə isə professor deyir ki, şəxsən bunun tərəfdarı deyil:
 
"Mənim övladlarım da, nəvələrim də təhsili Azərbaycan dilində alıblar. Mən bununla fəxr edirəm. Övladını rus dilində olan məktəbə qoyan valideyn varsa ki, bu, onun öz işidir. Ancaq Azərbaycan vətəndaşının Azərbaycan dilini bilməməsini mən çox mənfi hal hesab edirəm. Nazir işlədiyim dövrdə də iradlarımı bildirmişəm. Azərbaycanda yaşayıb, onun çörəyini yeyib, onun hesabına böyük mənsəb, vəzifə sahibi olmuş, ancaq Azərbaycan dilini bilməyən adamlara görkəmli şairimiz Bəxtiyar Vahabzadənin şeiri ilə cavab verə bilərsiniz".
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!