• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Bu il sertifikasiyadan kəsilən müəllimlərin sayı ÇOX OLACAQ?

  • 04-03-2025, 08:16

Azərbaycanda müəllimlərin sertifikatlaşdırma prosesi davam edir. 2024/2025-ci tədris ili üçün ümumtəhsil müəssisələrində çalışan 134 396 müəllimin bir qismi növbəti mərhələyə hazırlaşır.

 

Artıq 64 901 müəllim sertifikasiyaya cəlb olunub, onlardan 55 510 nəfərinin maaşına əlavələr edilib. Bu proses nəticəsində müvafiq tələbləri ödəyən müəllimlərin maaşı 10 faiz, yüksək nəticə göstərənlərin isə 35 faiz artırılıb. İndiyədək Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, riyaziyyat və xarici dil müəllimləri imtahan verib. Bu mərhələdə 3 742 müəllim kəsilib.

 

2025-ci ildə isə sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaq. Bu fənlər üzrə imtahanların asan və ya çətin olacağı barədə ekspertlər fərqli fikirlər səsləndirir. Bəzi mütəxəssislər fənn müəllimləri üçün prosesin daha ağır keçəcəyini, digərləri isə əvvəlki illərlə müqayisədə yeni mərhələnin daha asan olacağını bildirirlər.

 

Bəzi ekspertlər deyir ki, bu il sertifikasiyada iştirak edən on minlərlə müəllim arasında kəsilənlərin sayı kifayət qədər çox ola bilər. Bu isə həm təhsil sistemində dəyişikliklərə, həm də müəllim çatışmazlığı məsələsinə təsir edə bilər.

 

Ümumiyyətlə, sertifikatlaşdırma prosesi müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi baxımından vacib hesab olunur. Növbəti mərhələdə prosesin necə təşkil olunacağı və müəllimlərin buna necə hazırlaşacağı isə qarşıdakı ayların əsas müzakirə mövzularından biri olacaq.

 

Mövzu ilə bağlı Modern.az-a danışan elm və təhsil eksperti Elçin Əfəndi isə fərqli düşünür. O bildirib ki, builki imtahanlarda uğur qazanan müəllimlərin sayı ötən ilə nisbətən çox olacaq:

 

“İbtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə müqayisədə texniki fənnlərin müəllimləri daha hazırlıqlıdır. Buna görə də onların daha yaxşı nəticə əldə edəcəyini proqnozlaşdırmaq olar. Ötən dövrdə sertifikasiyaya cəlb edilən müəllimlərə nisbətən bu ilki müəllimlər arasında əməkhaqqına 35% əlavə alacaq müəllim sayı daha çoxdur”.

 

Müəllimlərin sertifikasiya imtahanlarının müəllimlərin işə qəbulu imtahanına təsir edə biləcəyi qeyd edilir. Belə ki, sertifikasiya prosesində kəsilən müəllimlərin sayının artması işə qəbulda boş yerlərin çoxalmasına səbəb ola bilər.

Elçin Əfəndi isə builki sertifikasiya imtahanının müəllimlərin işə qəbulu imtahanlarına təsir edəcəyini düşünmür.

"Təsir o zaman ola bilər ki, sertifikasiyadan kəsilən müəllimlərin sayı çox olur. Bu zaman MİQ imtahanı zamanı müəllimlərin müraciət edə biləcəyi vakant yerlərin sayı artmış olur. O da bu il üçün belə hal olacağını düşünmürəm. Çünki bildiyimiz kimi sertifikasiyada bu il kəsilənlərə növbəti il yenidən imtahana girmək şansı verilir. Həmin imtahanın nəticələri MİQ imtahanlarına təsir edə bilər. Amma bu il imtahanların birinin digərinə ciddi təsir edəcəyini düşünmürəm”- ekspert qeyd edib.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!