• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

UNEC-in qalib olduğu Erasmus+ proqramı üzrə “REFRESH” layihəsinin təqdimatı olub

  • 15-05-2023, 11:21

UNEC-də Avropa komissiyasının Erasmus+ proqramının KA2 (Ali təhsildə bacarıqların artırılması) fəaliyyət növü üzrə qalib olduğu “REFRESH” layihəsinin təqdimatı keçirilib.

“Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin mitiqasiyası (REFRESH)” mövzusunda qalib olan layihənin təqdimatında Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, SDU, MDU, LDU və Azərbaycan Texnologiya Universitetinin rektorları, Erasmus+ Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov və digər qonaqlar iştirak ediblər.

Edupress.az xəbər verir ki, UNEC-in rektoru professor Ədalət Muradov qonaqları salamlayaraq, layihə barədə məlumat verib. Bildirib ki, ümumi dəyəri 703 min avro olan “REFRESH” layihəsinin məqsədi bərpa olunan enerji mənbələri üzrə universitetlərdə milli kadr hazırlığı ilə yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədindən irəli gələn vəzifələrin icrasına mühüm töhfələr qazandırmaqdır. Layihə 3 il müddəti əhatə edir və konsorsiumu 6 yerli, 4 Avropa universiteti (İspaniyanın Barselona Universiteti, İtalyanın Bolonya Universiteti, İsveçin Royal Texnologiya Universiteti, Danimarka Texniki Universiteti) və qeyri-hökumət təşkilatı olmaqla, 15 tərəfdaşdan ibarətdir. Rektor layihənin Azərbaycanın dayanıqlı inkişafına mühüm töhfələr qazandıracağından əminliyini ifadə edib.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko yaşıl iqtisadiyyat və bərpa olunan enerji mənbələrinin dünyada prioritet istiqamətlərdən olduğunu diqqətə çatdıraraq, UNEC-in koordinatoru olduğu layihəni bu baxımdan yüksək qiymətləndirib. Həmçinin universitetlərin bu cür layihələrdə iştirakının əhəmiyyətli olduğunu, ölkə üçün yeni kadrların hazırlanmasında mühüm rol oynayacağını vurğulayıb. Erasmus+ proqramının büdcəsinin 30 milyard avro olduğunu qeyd edən səfir, ölkə universitetlərini layihələrdə fəal iştirak etməyə çağırıb.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bərpa olunan enerji və yaşıl iqtisadiyyatın “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində yer aldığını və yaşıl enerji istehsalının genişləndirilməsinin ölkəmiz üçün mühüm məsələlərdən olduğunu bildirib. UNEC-in bərpa olunan enerji və yaşıl iqtisadiyyatla bağlı önəmli layihələr həyata keçirdiyini yüksək qiymətləndirən C.Abdullayev, bu istiqamətdə universitetə Agentlik tərəfindən zəruri dəstəyin göstəriləcəyini diqqətə çatdırıb.

Erasmus+ Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov isə layihənin əhəmiyyətindən danışıb, eləcə də Erasmus+ proqramı çərçivəsində universitetlərlə əməkdaşlıq barədə məlumat verib. Erasmus+ layihəsinə region üzrə müraciət edən ölkələr arasında ən yüksək faizin Azərbaycan universitetləri olduğunu bildirərək, bunu sevindirici hal adlandırıb.

Sonra layihənin tərəfdaşı olan yerli ali təhsil müəssisələrinin rektorları çıxış edərək, layihənin ölkənin sosial-iqtisadi inkişafı, bərpa olunan enerji sahəsində milli kadr hazırlığı, tədqiqatların aparılması, region universitetlərin inkişafı istiqamətindəki mühüm rolundan danışıblar.

Tədbir yerli və Avropa İttifaqının tərəfdaş universitetlərinin nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrlə davam edib.


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!