
13 May tarixində Park Bulvar Alış veriş Mərkəzinin 1 ci mərtəbəsində Ulu Öndər H.Əliyevin anadan olmasının 100 İlliyinə həsr olunmuş “GələcəkSƏN” adlı tədbir həyata keçirildi.
Edupress.az xəbər verir ki, tədbir Gənc və Ortayaşlı xanımların Sağlamlığı, Təhsili , Karyerası və İnkişafı üçün nəzərdə tutulmuşdur. Gün ərzində Xanımlar müxtəlif Peşə sahibləri tərəfindən maraqlı mövzular üzrə maarifləndirildi . Tədbir izləyiciləri Müxtəlif sahələrdə çalışan və uğur qazanmış 7 Xanım Spikerin seminarlarını dinləyərək Təhsil, Peşə, Karyera , Valideynlik və Analıqla bağlı hər bir müasir xanımın bilməli olduğu məlumatlarla tanış oldular. Tədbir zamanı müxtəlif yarışlar , oyunlar keçirildi və bol bol hədiyyələr paylanıldı.Tədbir Rəsmi Açılış Mərasimi ilə aparıcının iştirakı ilə başlayıb Açılışa dəvət olunan qonaqların nitqi ilə davam etdi. Müxtəlif İictimai birlik və eyri Hökümət təşkilatlarının rəhbərləri , eləcə də tanınmış simalar çıxış edərək tədbirin önəmini bir daha vurğuladı. Tədbir müxtəlif rəqs və musiqi nömrələri ilə davam etdi.