• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

İmtahan cavabları niyə gec açıqlanır? - Abituriyentlər narahatdır

  • 17-03-2025, 14:29
Azərbaycanda 2 və 9 mart 2025-ci il tarixlərində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrinin 6 həftə sonra elan olunacağı bildirilib. Bu müddət abituriyentlər və onların valideynləri arasında narahatlığa səbəb olub.
 
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, imtahanlarda ümumilikdə 110 mindən çox şagird iştirak edib. Nəticələrin gecikməsinin əsas səbəbi kimi yazılı cavab tələb edən tapşırıqların yoxlanılmasının uzun müddət tələb etməsi göstərilir. DİM rəsmiləri bildiriblər ki, bu cür tapşırıqların dəqiq və obyektiv qiymətləndirilməsi üçün əlavə vaxt tələb olunur. 
 
Bununla belə, nəticələrin gec açıqlanması abituriyentlərin ali təhsil müəssisələrinə qəbul prosesinə hazırlaşmasına mənfi təsir göstərə bilər. 
 
Modern.az mövzu ilə bağlı ekspertilərin fikirlərini öyrənib.
 
Elm və təhsil eksperti Elçin Əfəndi bildirib ki, 6 həftə, həqiqətən də uzun müddətdir: “Amma bu qədər yubanmanın səbəbi də var. Məlum olduğu kimi martın 20-21-ci Novruz Bayramıdır, həmçinin 30-31 mart da Ramazan bayramıdır. Bununla əlaqədar olaraq martın 20-dən aprelin 1-ə qədər qeyri-iş günüdür. Həmin 12 günü çıxsaq, nəticələrin elan olunması 3-4 həftəyə enə bilərdi. Amma məhz bu qeyri-iş günlərinin olması nəticələrin gec çıxmasına gətirib çıxarır. O cümlədən əvvəlki dövrlərdən fərqli olaraq 2019-cu ildən etibarən imtahanlarda situasiya tipli suallar salınır. Onların yoxlanılması zamanı ən az 2 müəllim iştirak edir, sonda isə proses kompüter tərəfindən yoxlanılır. Nəticə etibarilə həmin suallara görə nəticələrin açıqlnaması gecikir. Əgər bayram tətilləri olmasa idi nəticələr 3-4 həftə ərzində elan edilə bilərdi. Amma bu da uzun müddətdir. Düşünürəm ki, qarşıdakı dövrdə DİM imtahan modelində fərqli üsul tətbiq etməklə yaxud müəllimlərin sayını artırmaqla cavabların daha tez açıqlanması üçün qərar verər”.
 
Azərbaycan Psixologiya Akademiyasının rəhbəri həkim-psixiatr Ramil Hüseynzadə də bildirib ki, 6 həftə həqiqətən uzun müddətdir:
 
“İnsanın bir yaxınının yasını yaşama, qəbul etmə müddəti qədərdir. Bu müddətdə nəticələr bilinmədiyinə görə abituriyentlərdə qeyri-müəyyənlik olacaq. İnsan qeyri-müəyyənliyə qarşı dözümlü varlıq deyil, qeyri-müəyyənlik insanı təşvişləndirir. Xüsusən yeniyetmələrdə təşviş əlamətləri görülə bilər. Bu da onlarda diqqət dağınıqlığı, konsentrasiya olmaqda çətinliklər yarada bilər. Nəticədə bu periodda növbəti imtahana keyfiyyətli şəkildə hazırlaşmaya bilərlər. Eyni zamanda nəticələr bilinmədiyinə görə ətrafdan gələn fikirlər, şərhlər də onlara psixoloji təsir edə bilər. Bura həm valideynlərin, həm də digər abituriyentlərin fikirləri aiddir. Valideynlərin mütəmadi imtahanla və nəticə ilə bağlı suallar verməsi, fikir soruşması stressi artıra bilər. Eyni zamanda digər abituriyentlərin "bu imtahan çox çətin idi, hamı zəif nəticə toplayacaq", "deyirlər filan sinifin uşaqlarının hamısı yüksək nəticə toplayıb" kimi fikirlərinin də psixoloji təsiri az deyil. Bəzi abituriyentlər bu qeyri-müəyyənlik dönəminin keçməsini gözləyib bu müddətdə digər imtahana hazırlaşmaya bilərlər. Bu da vaxt itkisinə, ləngiməyə səbəb olur ki, yekun nəticədə abituriyentin müvəffəqiyyətinə təsir edir”.
 
Psixoloqun sözlərinə görə, abituriyentlər əvvəlcə realist olmalıdırlar: “Nəticənin necə olmasından asılı olmayaraq, ilk mərhələnin imtahanını verdilər, hal-hazırda ikinci mərhələyə hazırlaşmalıdırlar. Ona görə ilk mərhələyə hazırlaşarkən necə sistemli, rejimli və balanslı çalışırdılarsa, onu bərpa etsinlər. Əgər elə çalışmırdılarsa, rejimlə çalışmağa başlasınlar. İmtahan nəticəsi ilə bağlı həyəcan təbiidir. Bunu təbii qarşılamaq lazımdır. Əgər imtahan nəticəsi mövzusunda danışıqlar onları narahat edirsə, o zaman bu söhbətlərdən uzaq durmağa çalışsınlar və ətrafındakılardan da bu durumun onları narahat etdiyini bildirərək onların yanında müzakirə edilməməsini xahiş edə bilərlər. Stressi idarə etmək üçün müxtəlif nəfəs texnikalarından istifadə edə bilər. Meditasiya faydalı olar. Eyni zamanda gün ərzində açıq havada gəzməyi, bol-bol su qəbul etməyi unutmasınlar. Fiziki fəaliyyət həm onların zehni fəaliyyətlərinə dəstək olacaq, həm də həyəcanlarını azaldacaq. Yuxu rejimi əhəmiyyətlidir. Gecə yuxusu xüsusən əhəmiyyətlidir”.
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!