• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

BDU-nun Astrofizika kafedrası: “Aprelin ortalarından sonunadək güclü Lirid meteor yağışı müşahidə ediləcək”

  • 02-04-2025, 14:10

BDU-nun Astrofizika kafedrası: “Aprelin ortalarından sonunadək güclü Lirid meteor yağışı müşahidə ediləcək”

Aprelin ortalarından sonuna qədər güclü Lirid meteor yağışı müşahidə ediləcək. Lirid meteor axınının maksimumu aprelin 22-də, Bakı vaxtı ilə saat 22:04-də olacaq. Bu zaman saatda 18-20 meteorun müşahidə ediləcəyi gözlənilir.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Lirid meteor seli bəzən gözlənilməz aktivlik artımı ilə müşahidəçiləri heyrətləndirir. Belə hallarda saatda 100 meteor müşahidə edilə bilər – bu cür aktivlik 1803, 1922, 1945, 1982 və 1985-ci illərdə qeydə alınıb. Belə aktivlik artımlarını əvvəlcədən dəqiq proqnozlaşdırmaq çətindir, lakin məhz bu qeyri-müəyyənlik Liridləri çox maraqlı müşahidə obyektinə çevirir. Meteor selini aktiv olduğu digər günlərdə də müşahidə etmək olar, lakin həmin günlərdə meteor sayı maksimumdan aşağı olacaq. Lirid meteoru ağ işıq saçır və saniyədə 49 km sürətlə hərəkət edir.

Bakıda meteor seli qeyd edilən günlərdə hər axşam saat 20:18-dən sonra müşahidə edilə bilər. Meteor yağışının radiantı (mənbəyi) ən yüksək nöqtəsinə sübh açıldıqdan sonra – təxminən 05:00-da çatacaq. Buna görə də ən yaxşı müşahidə şəraiti sübhə yaxın saatlarda yaranacaq. Yerin fırlanması səbəbindən həmin vaxt Bakı gələn meteorların hərəkəti istiqamətində olacaq, bu da maksimum sayda meteor müşahidə etməyə imkan verəcək. Bakıda radiant nöqtəsi maksimum 83° yüksəklikdə olacaq. Bu zaman saatda təxminən 17 meteor müşahidə edilə bilər.

Lirid meteor seli C/1861 G1 (Tetçer) adlı uzunperiodlu komet ilə əlaqəlidir. Bu komet 5 aprel 1861-ci ildə həvəskar-astronom A. E. Tetçer tərəfindən kəşf edilib. Komet hər 415 ildən bir Günəş ətrafında dövr edir və hərəkəti zamanı toz və qaz hissəcikləri buraxır. Yer hər il aprel ayında bu qalıq axınından keçdiyi üçün Lirid meteor yağışı müşahidə edilir. Bu hissəciklər Yer atmosferində yanaraq, göydə qaçan işıqlı parıltılar əmələ gətirir.

Liridlər ən qədim meteor yağışlarından biridir. Bu yağışı təxminən 2700 ildir ki, müşahidə edirlər. Onun ilk müşahidəsini eramızdan əvvəl 687-ci ildə çinli astronomlar aparıblar.

Gecə saatlarında qaranlıq, işıq çirklənməsindən uzaq yerlərdə müşahidə aparmaq bu möhtəşəm kosmik hadisəni izləmək üçün ən yaxşı üsuldur.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!