• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

İngiliscə danışır, mükəmməl fiqurlar düzəldir – Autizmli Nurlan bunlara necə nail olub?

  • 02-04-2025, 14:12

11 yaşlı Nurlan İsmayıllı autizmlidir. Ailənin üçüncüsü, əziz-xələfidir. Qardaş-bacısından çox sonra dünyaya gələn Nurlan “qucaqda böyüyüb”, - deyir anası Elmira İsmayılova: “Nurlan doğulanda ikinci övladımın 11 yaşı vardı. Ona görə Nurlan hamımızın sevimlisi oldu. Doğulanda onun hər hansı narahatlığının olduğunu hiss etmədik. Hər şey normal görünürdü. Hətta əvvəl gec danışmağından narahat olmadıq, çünki ondan böyük qardaşı da gec danışmağa başlamışdı. Artıq 4 yaşına çatmışdı, amma danışmırdı. Narahat olmağa başladım. Onu loqoped mərkəzlərinə apardım. Hətta ən məşhurlarını seçirdim ki, effektiv olsun. Amma nəticəsi olmadı. Sonra özəl bağçaya qoydum. Səhvim onda oldu ki, ilk gündən dövlət bağçasına qoymadım. Əgər belə etsəydim, onun problemləri daha tez üzə çıxar, çarəsi barədə daha tez düşünərdik”.

Normal uşaq kimi doğuldu, amma…

E.İsmayıllının sözlərinə görə, Nurlan normal uşaq kimi doğulub, onda hər hansı xəstəlik əlaməti görünməyib: “Nə aqressivliyi olub, nə də çətinliyi. Versəm yeyib, verməsəm səsi çıxmayıb. Sadəcə, asosial idi, heç kimə qaynayıb-qarışmır, yanındakı uşaqları iyləyir, başqa qoxulardan xoşu gəlmir, ətrafdakılardan iyrənirdi. Əyləncə mərkəzlərində, hər hansı ictimai yerdə bir kənara çəkilib təkbaşına məşğul olur, telefonda cizgi filmləri izləyirdi”.

Aqressivliyi 7 yaşında ortaya çıxdı

Onun insanlardan kənarda olması anasını narahat edib: “İctimai yerlərdə insanlara qaynayıb-qarışmasını istəyirdim. Ona görə tövsiyə əsasında 11 nömrəli xüsusi təhsil məktəbinə müraciət etdim. Nurlanın artıq 7 yaşı vardı. Məktəbə başladığı ilk gündən Nurlanın aqressivliyi ortaya çıxdı. Qışqırır, məktəbi bir-birinə qatır, dərslərdə oturmaq istəmirdi”.

Bir neçə gün ailə eyni əziyyəti çəkib: “Düz 3 gün Nurlan başımıza oyun açdı. Məktəbə getmək istəmir, qışqırırdı. Eyni problemi məktəbdə də yaşadıb. Məktəbə ikinci gün idi gedirdi. Müəllimi zəng etdi ki, gəlin Nurlanı aparın, qışqırır, ağır problemli uşaqlar var, onları qorxudur. Qanım qaraldı. Heç məktəbdən ayırmaq istəmirdim. Ona görə israrlı oldum, onu üçüncü gün də məktəbə apardım. Nə yaxşı ki apardım. Xanım müəllimlə Aygün müəllim onu sakitləşdirməyə nail oldular”.

“İngilis dilini cizgi filmlərinə baxa-baxa öyrənib”

Nurlan ingilis dilində cizgi filmlərinə baxa-baxa ingilis dilində öyrənib: “Ailədə hər kəs iş-güc adamıdır. Hər halda onunla danışan, oynayan olmadığı üçün Nurlan baxdığı ingiliscə proqramlardan, filmlərdən ingilis dilini öyrənirdi. Danışmağa başlayanda sözləri ingiliscə deyirdi. Mən başa düşmürdüm nə dediyini. Qardaş-bacısı yanımızda olanda Nurlanın nə istədiyini onlar mənə deyirdi. Nə dediyini necə anladıqlarını soruşanda deyirdilər ki, ingiliscə istəyir. İndi isə rus dilində cizgi filmləri izləməyə başlayıb”. 

“Məktəbə ilk gəldiyi günlərdə çətinliklərimiz çox idi”

Müəllimi Aygün Qasımova artıq 4 ildir dərs dediyi Nurlan İsmayıllının xüsusi bacarıqlarından danışıb: “IV sinif şagirdi Nurlan İsmayıllı autizm spektrinə aid olan uşaqlardandır. Məktəbə ilk gəldiyi günlərdə çətinliklərimiz çox idi. Biz onunla uzun və çətin bir yol keçmişik – davranış problemlərindən tutmuş ətraf mühitə ziyan vuracaq dərəcədə çətin anlar yaşamışıq, amma bu çətinliklərin öhdəsindən gəlmişik. Onun artıq nitqi formalaşıb, oxuyub-anlama bacarığı inkişaf edib, qısa cümlələr qurur və ən əsası, kiçik motorikası o qədər yaxşı inkişaf edib ki, mükəmməl fiqurlar və formalar yarada bilir. O, plastilindən çox gözəl və maraqlı fiqurlar düzəldir. Onun özünəməxsus dünyası var. İlk vaxtlar həmin dünyadan ayırmaq çətin idi. Amma artıq ünsiyyət bacarığı formalaşıb, yavaş-yavaş ətrafındakılara qaynayıb-qarışır”.

Nurlanın çətinlikləri, sevdikləri və sevmədikləri var: “Nurlan fikirlərini ifadə edərkən bəzən çətinlik çəkir. Təəssüf ki, Nurlan çəkilişləri sevmir. Musiqi duyumu çox yaxşıdır, musiqiləri dinləməyi xoşlayır, hətta dinlədiyi musiqini zümzümə edir”.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!