• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Məktəbəqədər yaşlı uşaqlarda oyunlar vasitəsilə riyazi bacarıqların inkişafı

  • 02-04-2025, 14:19

Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını və bir çox bacarıqları təmin edir. Məktəbəqədər dövrdə uşaq riyazi bacarıqlarda formalaşır. Bu formalaşma prosesində uşaqlarda həmçinin məntiqi bacarıqlarda inkişafını təmin edir. Uşaqlarda riyazi bacarıqları formalaşdırmaq üçün bir çox vasitələrdən istifadə edib, inkişaf etdirmək olur. 

Riyazi bacarıqlar uşaqların gündəlik həyatda riyazi anlayışları tətbiq etməsinə imkan tanıyır. Bu bacarıqlar analitik düşüncə, problem həlletmə və məntiqi düşüncə qabiliyyətlərinin inkişafında vacibdir. Riyazi bacarıqlar aşağıdakı sahələrdə əhəmiyyət kəsb edir: 

Gündəlik həyatda tətbiq: Uşaqların gündəlik həyatda qarşılaşdıqları məsələlərin həllində riyazi biliklərdən istifadə etməsi. 

İntellektual inkişaf: Riyazi bacarıqlar, uşaqların düşünmə qabiliyyətlərini artırır və onları müstəqil düşüncəyə yönəldir. 

Sosial münasibətlər: Oyunlar vasitəsilə uşaqlar arasında əməkdaşlıq, paylaşma və rəqabət anlayışlarının formalaşması. 

Məktəbəqədər yaş dövründə uşaqlarda riyazi bacarıqların inkişaf etdirilməsində bir neçə alimlərin nəzəriyyələri də mövcuddur: 

Jean Piaget uşaqların riyazi düşüncələrinin inkişafını mərhələli proses kimi izah edir. Onun nəzəriyyəsinə görə, uşaqların düşüncə qabiliyyəti 4 mərhələyə bölünür. Məktəbəqədər dövr 3-6 yaş arasını əhatə edir və "preoperasional mərhələ" adlandırılır. Bu mərhələdə uşaqlar simvolik düşüncə qabiliyyəti qazanırlar, lakin hələ də konkret məntiqi düşüncələrdən istifadə edə bilmirlər. 

Lev Vıgotski uşaqların sosial mühitdən, dil və mədəni kontekstdən təsirləndiyini vurğulayır. O, uşaqların riyazi anlayışları öyrənməsində tərbiyəçi-müəllim-uşaq qarşılıqlı əlaqəsinin və sosial mühitin əhəmiyyətini qeyd edir. Riyazi bacarıqların inkişafında oyunlar, uşaqların sosial qarşılıqlı münasibətləri və müzakirələri üçün bir platforma təmin edir. 

Oyunlar məktəbəqədər uşaqların riyazi bacarıqlarını inkişaf etdirmək üçün bir vasitə olaraq önəmlidir. Oyunlar vasitəsilə uşaqlar, riyazi anlayışları əyləncəli və maraqlı bir mühitdə mənimsəyirlər. Oyunların riyazi bacarıqların inkişafındakı rolu aşağıdakı istiqamətləri əhatə edir. 

Uşaqlara riyazi anlayışların aşılanmasında sayma və hesablama oyunları əhəmiyyətlidir. Məsələn, uşaqlara müxtəlif obyektlərin sayılması, toplama və çıxma əməliyyatlarını oyunlar vasitəsilə öyrətmək mümkündür. 

Uşaqlara forma və ölçü anlayışlarının öyrədilməsi onların riyazi düşüncə qabiliyyətlərini artırır. Oyunlar, uşaqlara müxtəlif formalardakı obyektlərin tanıdılması və müqayisə edilməsi üçün ideal bir mühit yaradır. 

Uşaqların müxtəlif formalı bloklarla oynayaraq onların forma tanıma qabiliyyətlərini inkişaf etdirmək. 

Uşaqların fərqli ölçülərdəki obyektləri müqayisə edərək, ölçü anlayışlarını inkişaf etdirmək. 

Riyazi tapmacalar və problemlər, uşaqların düşüncə qabiliyyətlərini artırmaq üçün əla vasitədir. Bu cür fəaliyyətlər, uşaqların problem həll etmə bacarıqlarını inkişaf etdirir. Oyunların riyazi bacarıqların inkişafında istifadəsi üçün müxtəlif yollar mövcuddur. 

Rəqəmsal oyunlar müasir dövrün uşaqları üçün cəlbedici bir vasitədir. Mobil tətbiq və oyunlar vasitəsilə uşaqlara riyazi bacarıqlar öyrədilə bilər. 

3-6 yaş arası uşaqlar üçün sayma oyunları onların riyazi bacarıqlarını və məntiqi düşüncələrini inkişaf etdirməyə kömək edir. Bu yaş dövründə uşaqlar rəqəmləri tanımağa, ardıcıllığı başa düşməyə və sadə hesablamalar aparmağa başlayırlar. Bu mərhələdə tədris əyləncəli və interaktiv formada olmalıdır ki, uşaqların diqqətini cəlb etsin və öyrənmə həvəsini artsın. Aşağıda bəzi maraqlı sayma oyunları var: 

1. Say və tap 
Necə oynanılır: Tərbiyəçi-müəllim və ya valideyn evdə və ya qrupda müəyyən sayda əşyalar (oyuncaq, qələm, daşlar) gizlədir. Uşaqlar həmin əşyaları tapıb onların sayını deməlidir. Bu oyun vasitəsi ilə sayma, müşahidə, yaddaş və diqqət bacarıqlarını inkişaf etdirmək olar. 

2. Addım-addım sayma 
Necə oynanılır: Uşaqlar müəyyən bir məsafədə yeriyirlər və hər addımda bir rəqəm deyirlər (məsələn, "bir, iki, üç..."). Bu oyun zamanı tullanma, qaçma və ya fərqli hərəkətlərin əlavə edilməsi mümkündür. Bu oyun vasitəsilə sayma, ritm, motor bacarıqları inkişaf etmiş olur. 

3. Sayma kartları 
Necə oynanılır: Kartlarda fərqli sayda obyektlər çəkilir və uşaq kartdakı obyektləri sayıb uyğun rəqəmi tapır. Hər kartın üzərində müxtəlif rəqəmlər və obyektlər ola bilər (məsələn, 3 alma, 4 top). Bu oyun vasitəsilə vizual qavrama, uyğunlaşdırma bacarığı inkişaf etmiş olur. 

4. Topların sayılması 
Necə oynanılır: Fərqli rəngli toplar istifadə edərək uşaqdan müəyyən sayda topu sayıb göstərməsi və ya topları rənglər üzrə qruplaşdırması istənilir. Bu oyun vasitəsilə sayma, rənglər üzrə qruplaşdırma, riyazi məntiq bacarıqları inkişaf etmiş olur. 

5. Rəqəmlər üzrə təsnifat 
Necə oynanılır: Uşaqlara müxtəlif obyektlər verilir və onlardan həmin obyektləri sayaraq uyğun qruplara bölmələri tələb olunur. Məsələn, 5 qələm, 3 oyuncaq maşın. Bu oyun vasitəsilə sayma, təsnifat, məntiqi düşüncə bacarıqları inkişaf etdirmiş oluruq. 

Uşaqlar bu yaşda toplama və çıxma əməliyyatlarını hələ başa düşmə mərhələsində olduqları üçün oyunlar real həyatda rast gəldikləri əşyalarla və hərəkətlərlə əlaqələndirilməlidir. Məsələn aşağıdakı oyunlar: 

1. Meyvə və tərəvəz toplama 
Necə oynanılır: Oyun üçün plastik meyvələr və ya tərəvəzlər istifadə olunur. Məsələn, uşağa 3 alma verin və daha 2 alma əlavə edin. Sonra ondan neçə alma olduğunu soruşun. Daha sonra isə 1 almanı götürüb qalanlarının sayını müəyyən etməsini istəyin. Bu oyun vasitə ilə toplama və çıxma əməliyyatları, real obyektlərin istifadəsi ilə riyazi düşüncə inkişaf etmiş olur. 

2. Oyuncaq maşınlarla toplama və çıxma
Necə oynanılır: Oyun üçün oyuncaq maşınlar və ya başqa sevimli oyuncaq növləri istifadə oluna bilər. Uşağa 5 oyuncaq maşın verin və onlardan daha 2 maşını gətirməsini istəyin. Sonra maşınların sayını birlikdə hesablayın. Ardınca isə bir neçə maşını götürün və çıxma əməliyyatı aparın. Bu oyun vasitə ilə sadə toplama və çıxma, müşahidə və sayma bacarığı inkişaf etmiş olur. 

3. Qatla və çıxar 
Necə oynanılır: Kağızdan hazırlanmış qutular və ya müxtəlif formalı bloklarla oynana bilər. Məsələn, uşağa 4 qutu verin və sonra onlara daha 3 qutu əlavə edin. Nəticədə neçə qutu olduğunu soruşun. Sonra isə bir neçə qutunu götürərək qalan qutuları saymasını istəyin. Bu oyun vasitə ilə toplama və çıxma əməliyyatları, məkan və həcm anlayışı formalaşır. 

4. Əl işarəsi ilə riyaziyyat 
Necə oynanılır: Əl barmaqlarından istifadə edərək toplama və çıxma əməliyyatları etmək sadə və təsirli bir üsuldur. Məsələn, uşağa 3 barmaq göstərib "Buna 2 barmaq daha əlavə etsək neçə olar?" sualını verin. Eyni şəkildə barmaqların bir qismini gizlədib "İndi neçə barmaq qaldı?" deyə soruşa bilərsiniz. Bu oyun vasitəsi ilə sadə toplama və çıxma əməliyyatları, əl göz koordinasiyası inkişaf etmiş olur. 

Bu oyunlar uşaqların riyazi düşüncə tərzini inkişaf etdirməklə yanaşı, onları əyləndirir və öyrənməyi daha maraqlı edir. 

Uşaqların riyazi bacarıqlarının inkişafında tərbiyəçi-müəllimlərin və ailələrin rolu əvəzolunmazdır. Tərbiyəçi-müəllimlər, uşaqlara oyunlar vasitəsilə riyazi anlayışları öyrətmək və onların inkişafını izləmək üçün strategiyalar hazırlamalıdırlar. Ailələr isə uşaqları evdə dəstəkləyərək, onların riyazi bacarıqlarını gündəlik həyatda tətbiq etməyə təşviq etməlidirlər. 

Məktəbəqədər dövrdə uşaqlarda riyazi bacarıqların inkişafı onların gələcək akademik müvəffəqiyyətlərinə və analitik düşüncə qabiliyyətlərinə zəmin yaradır. Oyunlar, uşaqların riyazi anlayışları əyləncəli və maraqlı bir mühitdə mənimsəmələrinə imkan tanıyır. Sayma, forma tanıma, riyazi tapmacalar və sosial qarşılıqlı əlaqələr vasitəsilə uşaqların riyazi bacarıqlarının inkişafı təmin edilir. 

Uşaqların riyazi bacarıqlarının inkişaf etdirilməsi, onların intellektual potensialını artıraraq, gələcəkdə müstəqil düşünmə və problem həll etmə qabiliyyətləri qazandırır. Bu, onların uğurlu bir həyat sürmələrinə əsaslı bir təməl qoyur. 

Mənbə: Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Elmi əsərlər” jurnalı, Cild 92, №1, 2025

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!