• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası baş tutmuşdur

  • 12-05-2025, 07:33
 
Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclasa universitetin rektoru, professor Əhməd Vəliyev sədrlik etmişdir. Gündəlikdə yer alan məsələlərə keçməzdən əvvəl rektor iştirakçıları salamlamış, universitetin elmi-akademik həyatında baş verən yeniliklər və qarşıda duran vəzifələr barədə qısa məlumat verib.
 
İclasın birinci müzakirə mövzusu doktorantların doktorluq imtahanlarının təşkili məsələsi olmuşdur. Bu çərçivədə imtahanların keçirilməsi qaydaları, qiymətləndirmə meyarları və akademik prosedurların icra mexanizmləri geniş şəkildə müzakirə edilib.
 
Növbəti məsələ universitetdə pedaqoji heyətin fəaliyyətinin stimullaşdırılması məqsədilə müəllimlərin reytinqinin müəyyən olunması ilə bağlı olmuşdur. Təklif olunan meyarlar və metodoloji yanaşmalar Şura üzvləri tərəfindən təhlil edilmiş, bu prosesin tədris keyfiyyətinə və akademik motivasiyaya müsbət təsir göstərəcəyi qeyd olunub.
 
İclasın davamında 2024/2025-ci tədris ilinin yaz semestrinə dair imtahan sessiyasına hazırlıq vəziyyəti nəzərdən keçirilmişdir. Sessiyanın təşkili, qiymətləndirmə strategiyaları və tələbə nailiyyətlərinin obyektiv ölçülməsi istiqamətində görülən tədbirlər haqqında məlumat verilmiş, təkliflər səsləndirilib.
 
Müxtəlif məsələlər bölməsində bir sıra aktual mövzular diqqət mərkəzində olub.
 
2025-ci ilin 29–30 may tarixlərində keçirilməsi planlaşdırılan “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” (ICSEGT-2025) adlı II beynəlxalq elmi konfransın hazırlıq prosesi müzakirəyə çıxarılmışdır. Konfransın elmi əhəmiyyəti, tərəfdaş qurumlarla əməkdaşlıq istiqamətləri və təşkilati işlərin icra vəziyyəti barədə ətraflı məlumat təqdim olunmuşdur.
 
Universitet daxilində nizam-intizam qaydalarına riayət olunması məsələsi müzakirə edilmiş, akademik mühitdə intizamın qorunması və tələbə-müəllim münasibətlərində məsuliyyətin artırılması istiqamətində təkliflər irəli sürülmüşdür.
 
“Biologiya və ekologiya” kafedrasının əyani doktorantı Oruczadə Əli Musa oğlunun “2406.02 – Biokimya” ixtisası üzrə dissertasiya mövzusunun adında dəyişiklik edilməsi və yeni variantın – “Azərbaycan ərazisində yabani halda yayılmış olan bəzi dərman əhəmiyyətli bitki ekstraktlarının antioksidant, antimikrob, sitotoksik və apoptotik xüsusiyyətlərinin tədqiqi” kimi təsdiqlənməsi məsələsinə baxılmışdır.
 
“Iqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının əməkdaşları – professor E.Y. Məmmədov, dosent B.X. Feyzullayev və A.S. Vəliyev tərəfindən hazırlanmış “Azərbaycan iqtisadiyyatı” adlı dərsliyin müvafiq ixtisaslar üzrə tədris prosesinə daxil edilməsi təklif olunmuşdur. Həmçinin, Dillər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru A.N. Qurbanova tərəfindən “Yazılı tərcümə” fənni üzrə hazırlanmış dərs vəsaiti təqdim edilmişdir.
Müzakirələr zamanı Elmi Şura üzvləri tərəfindən bütün məsələlərə dair elmi-pedaqoji və metodoloji aspektlərdən çıxış edən təklif və rəylər səsləndirilmiş, müvafiq qərarlar yekdilliklə qəbul olunmuşdur.
 
İclas, Odlar Yurdu Universitetində akademik fəaliyyətin davamlı inkişafı, elmi nailiyyətlərin stimullaşdırılması və beynəlxalq elmi inteqrasiyanın dərinləşdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin növbəti təzahürü kimi qiymətləndirilmişdir.
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!