• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Beyin yoqası: Azərbaycan təhsil sistemində innovativ psixopedaqoji yanaşmanın başlanğıcı

  • 20-05-2025, 10:43

Müasir təhsil sistemi yalnız akademik nəticələr üzərində deyil, şagirdin emosional, psixoloji və koqnitiv inkişafına yönəlmiş holistik yanaşmaları da özündə əks etdirməlidir. Bu baxımdan müəllifi olduğum və təlim vəsaiti şəklində formalaşdırdığım “Beyin yoqası” proqramını Azərbaycanın ümumi təhsil müəssisələrində yeni bir psixopedaqoji yanaşma kimi oxuculara təqdim edirəm. Bu təşəbbüs layihələşdirilərək Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant Müsabiqəsinə də təqdim olunub və layihə uğur qazanarsa, Azərbaycan təhsilində bir ilk kimi 96 nömrəli tam orta məktəbdə həyata keçiriləcək və innovativ yanaşma kimi təhsilə tətbiq olunacaqdır.

“Beyin yoqası” nədir?

“Beyin yoqası” nəfəs texnikaları, bədən hərəkətləri və diqqət yönləndirməsi kimi sadə, lakin elmi əsaslı psixoloji və fiziki praktikalardan ibarət olan, məktəbyaşlı uşaqlar üçün nəzərdə tutulmuş sistemli proqramdır. Məqsədi şagirdlərin:

· Diqqətini toplamaq,

· Stresi idarə etmək,

· Beynin hər iki yarımkürəsini aktivləşdirmək,

· Bədən və zehin əlaqəsini gücləndirmək,

· Emosional sabitlik yaratmaqdır.

Ümumi təhsildə faydası

1. Diqqəti və öyrənmə qabiliyyətini gücləndirir:

– Nəfəs texnikaları və koordinasiya hərəkətləri sinifdə diqqət dağınıqlığını azaldır.

– Dərsə başlamazdan əvvəl tətbiq edilən qısa beyin yoqası sessiyası fokuslanma səviyyəsini artırır.

2. Stresin idarəolunması və motivasiyanın yüksəlməsi üçün faydalıdır:

– Test, imtahan və ya yüklü dərs bloklarından sonra qısa fasilələrdə “qutu nəfəsi” kimi texnikalar şagirdin emosional tənzimlənməsinə kömək edir.

3. Sosial və emosional bacarıqları inkişaf etdirir:

– Özünüifadə, özünümüşahidə və empatiya kimi yumşaq bacarıqlar “niyyət kartları” və qapanış ritualı ilə formalaşdırılır.

4. Pedaqoqlar üçün praktik və adaptiv alətdir:

– Məşğələlər maksimum 15 dəqiqəlikdir, dərs prosesinə inteqrasiya oluna bilir və hər bir pedaqoq və ya psixoloq tərəfindən tətbiq edilə biləcək şəkildə sadə yazılmışdır.

İnklüziv təhsildə faydası

İnklüziv təhsil mühitində müxtəlif psixoloji, nevroloji və davranış pozuntularına malik şagirdlərə fərqli yanaşmalar tələb olunur. “Beyin yoqası” sadə, oyun xarakterli və strukturlaşdırılmış praktika olduğu üçün aşağıdakı diaqnozlu şagirdlərlə işləməkdə faydalı və tamamlayıcı texnika kimi çıxış edə bilər:

· Hiperaktiv və impulsiv davranışlı uşaqlarda fiziki və ritmik texnikalar bədən enerjisini tənzimləyir;

· Autizm spektrli və sosial qapanmış uşaqlarda meditativ duruşlar və sakit nəfəs məşqləri rahatlaşdırıcı təsir göstərir.

· Motor-koordinasiya pozuntuları olan uşaqlar üçün sadələşdirilmiş çarpaz hərəkətlər inkişaf etdirici məşğələdir.

· Təlimin oyun xarakterli, təzyiqsiz və təkrar əsaslı strukturu istənilən səviyyədə funksional müxtəlifliyi olan uşaqlar üçün münasib mühit yaradır.

1. Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DÇH və ya ADHD)

Problem: Diqqətin dağılması, impulsiv davranışlar, davamlı hərəkətlilik.

Beyin yoqasının rolu:

· Qutu nəfəsi, çarpaz hərəkətlər, qartal duruşu və beyin düymələri texnikaları uşağın diqqətini mərkəzləşdirir, impulsivliyi azaldır.

· Tənəffüs ritmləri və balans məşqləri sinir sistemini sakitləşdirir və özünüidarəni gücləndirir.

2. Autizm spektr pozuntuları (ASP)

Problem: Sosial ünsiyyətdə çətinlik, stimulyasiya ehtiyacı, emosional reaksiya çatışmazlığı.

Beyin yoqasının rolu:

· Tək ayaq duruşu və barmaq izləmə texnikaları vizual fokus və bədən koordinasiyasını inkişaf etdirir.

· Nəfəs və sakitlik bölməsi özünütənzimləmə və emosional reaksiya mexanizmlərinin gücləndirilməsinə kömək edir.

· Rutinin sevilməsi səbəbilə beyin yoqası məşğələləri müntəzəm və strukturlaşdırılmış şərait yaratdığı üçün ASP-li uşaqlar bu sistemə asan uyğunlaşırlar.

3. Təşviş pozuntusu (qorxu və narahatlıq pozuntuları)

Problem: Daimi narahatlıq, qorxular, somatik şikayətlər (qarın ağrısı, ürək döyüntüsü və s.)

Beyin yoqasının rolu:

· Qutu nəfəsi, rəngli nəfəs, sakit duruş texnikaları vasitəsilə vagus siniri aktivləşir, parasimpatik sistem işə düşür.

· Uşağın bədənindəki narahatlıq hissi tənzimlənir və təhlükəsizlik hissi artır.

· Dərsə hazır olmaq üçün zəruri olan “emosional təhlükəsiz zona” formalaşdırılır.

4. Disleksiya (oxu və yazı pozuntusu)

Problem: Sağ-sol qarışdırma, söz tanıma və yazı bacarıqlarında gecikmə.

Beyin yoqasının rolu:

· Çarpaz hərəkətlər və beyin düymələri texnikaları beyinin sağ və sol yarımkürələri arasında əlaqəni aktivləşdirir.

· Görmə diqqətini artıran barmaq izləmə məşqi disleksiya ilə əlaqəli vizual-kinestetik koordinasiyanı yaxşılaşdırır.

5. Davranış pozuntuları və aqressiya

Problem: Nizam-intizam çətinliyi, emosional partlayışlar, sosial qaydalara uymamaq.

Beyin yoqasının rolu:

· Ritmik nəfəs, koordinasiya məşqləri və balans pozaları ilə impulsiv davranışların azalmasına yardım edir.

· Dərsə daxil olmadan əvvəl tətbiq edilən məşğələlər uşağın enerjisini tənzimləyir və sosial uyğunlaşmanı artırır.

· Özünütənzimləmə bacarığını inkişaf etdirməklə sinifdaxili münasibətlərə müsbət təsir edir.

6. Emosional travmalar və selektiv mutizm

Problem: Danışmaqdan imtina, sosial çəkingənlik, psixoloji qapanma.

Beyin yoqasının rolu:

· Sessiyanın bağlanış hissəsindəki niyyət kartları və özünüifadə dairəsi uşaq üçün təhlükəsiz ifadə vasitəsi yaradır.

· Sakitlik və nəfəs texnikaları bədəndəki qorxu enerjisini azaldır, sosial rahatlığı artırır.

· Müşahidəçi iştirak imkanı tanımaqla şagirdin öz tempində açılmasına şərait yaradır.

7. Motor-koordinasiya və nitq inkişafında gecikmə

Problem: Bədən hərəkətlərində disbalans, artikulyasiya və ifadə problemləri.

Beyin yoqasının rolu:

· Çarpaz hərəkətlər, qartal duruşu və tək ayaqda balans texnikaları sinir-əzələ əlaqəsini gücləndirir.

· Hərəkətlə nəfəsin koordinasiyası danışıq üçün zəruri olan diafraqmatik tənəffüs bacarığını formalaşdırır.

Əlavə olaraq, “Beyin yoqası” inklüziv təhsildə fərdi təlim planlarına (FTP) uyğun şəkildə modifikasiya edilə bilər. Məşqlər uşağın funksional səviyyəsinə uyğun sadələşdirilə və ya fərdiləşdirilə bilər. Bu da onu inklüzivliyin əsas prinsiplərinə tam uyğun və praktik vasitə edir.

Azərbaycanda ilk tətbiq – 96 nömrəli tam orta məktəb

Bu proqram müsabiqədə qrant layihəsi kimi qalib gələrsə, ilk dəfə olaraq 96 nömrəli tam orta məktəbdə pilot şəkildə tətbiq ediləcək. Qrant layihə çərçivəsində:

· Müəllimlərə təlimlər keçiriləcək,

· Sessiyalar sistemli şəkildə tətbiq olunacaq,

· Təsiri qiymətləndirmək üçün müşahidə və özünüqiymətləndirmə formaları istifadə ediləcək,

· Valideynlərə maarifləndirmə dəstəyi veriləcək.

“Beyin yoqası” təşəbbüsü təhsilin yalnız informativ deyil, transformativ və şəxsiyyətyönümlü olması yolunda vacib bir addımdır. Bu proqram həm şagirdin daxili potensialını oyatmaq, həm də müəllimlərin sinifdə daha balanslı mühit yaratmasını dəstəkləmək məqsədi daşıyır.

Azərbaycan təhsilində ilk dəfə rəsmi olaraq təqdim olunan bu innovativ yanaşma ilə tədrisin şəxsiyyət formalaşdırma tərəfi gücləndirilə, məktəblərdə daha  sağlam psixoloji iqlim formalaşdırıla bilər. Eyni zamanda, bu texnikalar məcmusu inklüziv təhsil üçün praktik alətlər kimi çox faydalı ola bilər.

 

Mehriban Hacıyeva

Bakı şəhəri 96 saylı məktəbin direktoru

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!