• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziyanın qabaqcıl universitetlərində səfərdə olub

  • 21-05-2025, 14:10

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziyaya səfər edib. Nümayəndə heyətində AzTU-nun elm və innovasiyalar üzrə prorektoru professor Sübhan Namazov və Tədqiqat və inkişaf departamentinin direktoru Bəxtiyar Bədəlov təmsil olunub.

Səfərin əsas məqsədi AzTU ilə İndoneziyanın aparıcı ali təhsil müəssisələri arasında elmi-tədqiqat, tədris və innovasiya sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi, eləcə də bu istiqamətdə anlaşma memorandumlarının (MoU) imzalanması olub.

Səfər çərçivəsində nümayəndə heyəti İndoneziya Universiteti, Jakarta Dövlət Universiteti, Atma Jaya Katolik Universiteti və BINUS Universitetini ziyarət ediblər. Görüşlər zamanı universitetlər arasında elmi və akademik əməkdaşlıq imkanları geniş müzakirə olunub. Müzakirələr zamanı hər bir universitetin prioritet fəaliyyət istiqamətləri nəzərə alınaraq konkret əməkdaşlıq sahələri müəyyənləşdirilib və gələcəkdə birgə layihələrin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İndoneziya Universitetində keçirilən görüş zamanı professor Vilayət Vəliyev AzTU-nun beynəlxalq tərəfdaşlıqlar çərçivəsində ortaq elmi layihələr, tələbə və müəllim mübadiləsi, eləcə də birgə elmi konfrans və seminarların təşkili kimi sahələrə xüsusi önəm verdiyini vurğulayıb. İndoneziya Universitetinin rektoru professor Ir. Heri Hermansyah və prorektorlar da bu təşəbbüsləri müsbət qiymətləndirərək mühəndislik və informasiya texnologiyaları sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Görüşün sonunda tərəflər arasında qarşılıqlı anlaşma və əməkdaşlığı möhkəmləndirmək məqsədilə anlaşma memorandumu imzalanıb.

Jakarta Dövlət Universitetində keçirilən görüşdə birgə tədris proqramlarının həyata keçirilməsi, mühəndislik ixtisasları üzrə tədris texnologiyalarının təkmilləşdirilməsi, ortaq tədqiqatların təşkili və təcrübə proqramlarının hazırlanması məsələləri ətraflı müzakirə olunub. Görüşdə AzTU-nun rektoru professor Vilayət Vəliyev və Jakarta Dövlət Universitetinin rektoru professor Komarudin M. Sİ iştirak ediblər. Tərəflər bu istiqamətdə əməkdaşlıq etmək barədə razılığa gəlib və əlaqələr anlaşma memorandumu ilə rəsmiləşdirilib.

Səfər çərçivəsində nümayəndə heyəti İndoneziyanın iki aparıcı özəl ali təhsil müəssisəsi olan Atma Jaya Katolik Universiteti və BINUS Universitetində də olub. Atma Jaya Katolik Universitetində universitetin tədris və innovasiya potensialı ilə yaxından tanışlıq olub, xüsusilə startap yönümlü tədqiqatlar və birgə layihələr barədə geniş fikir mübadiləsi aparılıb.

BINUS Universitetində isə süni intellekt, rəqəmsal transformasiya və elmi-tədqiqatların kommersiyalaşdırılması sahəsində təcrübə öyrənilib. Tərəflər BINUS-un qabaqcıl tədqiqat platformasının AzTU-da tətbiq imkanlarını nəzərdən keçirərək qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq istiqamətlərini müəyyənləşdiriblər. Görüşün sonunda universitetlər arasında anlaşma memorandumu imzalanıb.

Səfər zamanı rektor professor Vilayət Vəliyev AzTU-nun beynəlxalq elmi-tədqiqat, tədris və innovasiya sahəsində tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi və dünya elm məkanına inteqrasiya olunması istiqamətində fəaliyyətlərinin artırılmasının, xüsusilə Asiya ölkələri ilə əməkdaşlığın AzTU-nun perspektiv strateji planında mühüm yer tutduğunu vurğulayıb. O, bu əməkdaşlıqların universitet üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!