• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Lisey və gimnaziyalara yalnız 6-cı siniflər qəbul ediləcək - Şagird və valideynlər NARAHATDIR

  • 27-05-2025, 09:43

2025–2026-cı tədris ili üçün Bakı şəhəri və regionlarda yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilie. Lakin bu ilki prosesdə mühüm dəyişiklik baş verib: əvvəlki illərdən fərqli olaraq yalnız 6-cı sinif şagirdlərinin qəbul olunacağı elan edilib.

Bu xəbər minlərlə valideyn, müəllim və şagirdin ciddi narahatlığına səbəb olub. Əvvəlki illərdə qəbul 5, 6, 7 və 8-ci sinifləri əhatə edirdisə, bu il yalnız 6-cı sinifdə oxuyan şagirdlərin qeydiyyatdan keçərək imtahanda iştirak edə biləcəyi bildirilib. Rəsmi qaydalarda dəyişiklik qərarının səbəbi izah olunmayıb.

Qərar əvvəlcədən ictimaiyyətə çatdırılmalı idi...

Modern.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri məsələ ilə bağlı bildirib ki, bu qərar nəinki gözlənilməz, eyni zamanda zərərli nəticələrə yol açacaq:

“Ötən gün minlərlə valideyni, müəllimi məyus edən xəbər yayıldı. İllərdir tətbiq olunan sistemdə 5-ci sinifdən etibarən lisey və gimnaziyalara qəbul edilən şagirdlər bu ildən bu imkandan məhrum olacaqlar. Qəbul sadəcə 6-cı sinif şagirdləri üçün olacaq. Bu, illərlə hazırlanmış tədris planlarını alt-üst edir. Uşaqlar və valideynlər sentyabrdan bəri hazırlıq prosesində idilər. Bəziləri artıq ikinci ildir ki, bu məqsədlə hazırlaşır. Bu qədər əziyyətin üstündən xətt çəkilir və heç bir səbəb göstərilmir”.

Ekspertin sözlərinə görə, bu cür dəyişikliklər ən azı əvvəlcədən ictimaiyyətə çatdırılmalı idi:

“Bu cür mühüm qərarlar sentyabr ayından elan edilməli idi. Ailələr övladlarını hazırlıq kurslarına göndərir, müəllimlər bu sahəyə yönəlir, uşaqlar aylarla zehni və fiziki güc sərf edirlər. Ən azı 9 ay vaxt sərf edən ailələr bu gün nə ilə qarşılaşdı? Yalnız 6-cı siniflərin qəbul ediləcəyi barədə lakonik bir elanla...”

Elmin Nuri onu da vurğulayıb ki, lisey və gimnaziyalara hazırlaşmaq təkcə qəbul üçün deyil, ümumiyyətlə, şagirdlərin intellektual inkişafı baxımından da mühüm rol oynayırdı:

“Lisey və gimnaziyalara hazırlıq məktəblərdə motivasiya və dirçəliş yaradırdı. Uşaqlar sadəcə qəbul üçün deyil, ümumi intellektual səviyyələrini artırmaq üçün hazırlaşırdı. Hətta qəbul ola bilməyən şagirdlər belə hazırlıq sayəsində məntiqi düşüncə, mətnlə işləmək və riyazi təfəkkür baxımından irəliləyiş göstərirdilər. Bu potensial indi havada qalacaq”.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!