• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Hansı universitetdə yay imtahanları yaxşı təşkil olunub?

  • 04-06-2025, 05:25

Dünəndən etibarən ali təhsil ocaqlarında 2024/2025-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb.

Modern.az universitetlərlə əlaqə saxlayaraq, yay imtahan sessiyalarının təşkili ilə maraqlanıb.

Azərbaycan Texniki Universitetindən (AzTU) bildirilib ki, bakalavriat və magistratura (əyani) səviyyələrində yay imtahan sessiyası iyulun 5-də yekunlaşacaq. 
Qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 10-16 iyun tarixlərini əhatə edəcək.

İmtahanlar əyani təhsil alan I və II kurslar üçün test, yazılı-elektron, III kurslar üçün şifahi və test üsulu ilə keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test üsulla təşkil edilib.

Magistratura səviyyəsində isə imtahanlar şifahi üsulla keçirilir.

Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə iyulun 10-dan 15-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.

Qeyd edək ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" fəaliyyət göstərir.


Bakı Dövlət Universitetində (BDU) 2024/2025-ci tədris ilinin yay imtahan sessiyası 5 həftə ərzində davam edəcək.

Bakalavriat səviyyəsi üzrə imtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00 - 13:00 və saat 14:00 - 17:00), magistratura səviyyəsi üzrə saat 14:00-dan 17:00-dək keçiriləcək.

Bakalavriat səviyyəsində 701 qrup üzrə 16000-dən çox, magistratura səviyyəsində 215 ixtisaslaşma üzrə 1175 magistrant imtahan verəcək. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2025-cü il iyul ayının 3-dən 7-dək şərait yaradılacaq.

“Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək”, - BDU-dan bildirilib.
 

Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) bildirilib ki, yay imtahan sessiyası iyulun 4-də yekunlaşacaq.

Dövlət imtahanları, buraxılış işləri və magistr dissertasiyalarının müdafiəsi isə 21 iyun–5 iyul tarixləri arasında keçiriləcək.

İmtahan sessiyası təsdiq olunmuş imtahan cədvəlinə əsasən magistratura səviyyəsində təhsil alan tələbələr üçün yazılı, şifahi və test üsulu ilə, bakalavr səviyyəsində təhsil alan tələbələr üçün isə yazılı, test və yaradıcılıqla bağlı fənlər üzrə fakültələrdə ənənəvi qaydada təşkil olunub.

İmtahanların təşkili, keçirilməsi və nəticələri ilə bağlı şəffaflığın təmin olunması üçün universitetdə bir neçə komissiya və qrup yaradılıb. Bunlara “İmtahan Qərargahı”, “İmtahanlara nəzarət qrupu” və “Münaqişə (apellyasiya) komissiyası” daxildir. Bu struktur vahidləri imtahanların obyektivliyinə nəzarət edəcək, tələbələrin imtahan nəticələri ilə bağlı müraciətlərini araşdıracaq və hər hansı neqativ halların operativ həllini təmin edəcəklər.

“İmtahan qərargahına və nəzarət qrupuna universitetin rəhbər heyətinin, fakültə və struktur bölmə rəhbərlərinin daxil olduğu təcrübəli mütəxəssislər cəlb olunub. Sessiya dövründə baş verə biləcək hər bir hal barədə dərhal reaksiya verilməsi və operativ araşdırma aparılması məqsədilə aidiyyəti şəxslər məlumatlandırılıb”, - universitetdən bildirilib.


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də yay imtahan sessiyasına dünən start verilib.

İmtahan sessiyası prosesin effektiv təşkili və tələbələrin rahatlığının təmini məqsədilə, əsas tədris binasında (Sahil), xüsusi qabiliyyət tələb edən fənlər üzrə isə III tədris binasında təşkil edilir. İmtahanlar 09:00, 12:00 və 15:00-da olmaqla 3 növbədə təşkil edilir, yazılı və şifahi formalarda keçirilir.

Tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində yarana biləcək şikayətlərin araşdırılması və düzgün qiymətləndirməni təmin etmək məqsədilə Apellyasiya Komissiyası və İmtahan Qərargahı yaradılıb. Tələbələr imtahanın bitməsindən növbəti 2 gün ərzində prosesin təşkili ilə bağlı müraciətlərini İmtahan Qərargahına, imtahan nəticələrindən narazı qaldıqda isə Apellyasiya Komissiyasına müraciət edə bilərlər.

ADPU-da yay sessiyası 4 iyulda yekinlaşacaq. Sessiyada 9344 bakalavr, 585 nəfər magistrant olmaqla ümumilikdə 10 min nəfərədək təhsilalanın iştirakı gözlənilir. Fənn kredit məbləğinin 25 %-ni ödəməklə təkrar imtahanlarının isə 7-9 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur.
 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaz semestri üzrə yay imtahan sessiyası 2 iyun - 4 iyul tarixlərini əhatə edəcək. İmtahan mərkəzinin direktoru Tahir Bədəlov test üsulu və elektron yazılı imtahanların obyektiv və şəffaf keçirlməsi üçün bütün zəruri işlərin görüldüyünü deyib. O, imtahan testləri və imtahan cədvəllərinin tələbələrin şəxsi kabinetlərinə göndərildiyini, imtahanqabağı məsləhət saatlarının keçirilmə qrafiklərinin tərtib edildiyini, fakültələr üzrə imtahan komissiyalarının, eləcə də İmtahan Qərargahının yaradıldığını bildirib. Eyni zamanda imtahan zallarına texniki baxışın keçirildiyini və avadanlıqların işlək vəziyyətdə olduğunu qeyd edib.
Bu sessiya dövründən başlayaraq test üsulu ilə keçirilən imtahanlardan apelyasiya ərizələri qəbul olunmayacaq.
İmtahan sessiyası dövründə ənənəvi olaraq UNEC rektorunun hər həftənin şənbə günü “Açıq qapı” günlərinin keçiriləcəyi də bildirilib.

Bakı Slavyan Universitetində (BSU) 2024/2025-ci tədris ilinin yay imtahan sessiyasında 4292 tələbə üçün ümumilikdə 1509 imtahanın təşkili nəzərdə tutulub.

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2024/2025-ci tədris ilinin yay imtahan sessiyası 5 həftə davam edəcək. İmtahanların bir hissəsi elektron imtahan otaqlarında, bir hissəsi isə digər imtahan auditoriyalarında saat 09:00-dan 17:30-dək davam edir.
Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən tələbələrə həmin fənlərdən imtahan vermək üçün 2025-ci il iyul ayının 1-ci həftəsində şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və şikayətlərin araşdırılmasını təmin edəcək.


Azərbaycan Dillər Universitetində yay imtahan sessiyası 5 həftə müddətinə əyani formada keçiriləcək.
İmtahanlar hər üç korpusda səhər saat 09:00-dan, Magistratura şöbəsində axşam saat 20:00-a qədər davam edir. Hər gün orta hesabla 1000 tələbə imtahan verir. İmtahanlar arası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 2 saatdır. 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!