• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

BDU-da “Rəqəmsal əsrdə universitet kitabxanaları:beynəlxalq resurslar və repozitoriyalar” mövzusunda seminar-FOTO

  • 12-06-2025, 11:58
 
Bakı Dövlət Universitetində (BDU) Elmi Kitabxananın metodik fəaliyyəti və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) illik hesabatına həsr olunmuş “Rəqəmsal əsrdə universitet kitabxanaları: beynəlxalq resurslar və repozitoriyalar” mövzusunda seminar keçirilib. Respublika ali məktəb kitabxanalarının metodiki mərkəzi və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) rəhbəri olan BDU-nun Elmi Kitabxanası tərəfindən hər il mütəmadi keçirilən seminarda ölkənin bir sıra region ali təhsil müəssisələri və dövlət qurumlarının kitabxana rəhbərləri də daxil olmaqla 80-dən çox əməkdaş iştirak edib.
Seminarda açılış nitqi üçün çıxış edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov müasir dövrdə elm və təhsildə məlumat bazalarının önəmi, onlara əlçatanlığın təmin edilməsi və tədqiqat potensialının inkişafında repozitoriyaların rolunun vacibliyindən danışıb.
 
BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova “Elektron resurslara əlçatanlıqda korporativ abunəlik: problemlər və həll yolları” adlı məruzəsində korporativ abunəliyin əldə edilməsi yolları, üstünlükləri, üzvlük və ödəniş formaları, elektron resurslara korporativ abunəlik nümunələri haqqında söz açıb.  BDU-nun korporativ abunəlik modeli ilə elektron resurslara əlçatanlıq fəaliyyəti təqdim olunub.
 
Elmi Kitabxananın Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri, EIFL.net üzrə milli əlaqələndirici, EBSCO-nun Azərbaycan üzrə təmsilçisi Cəmilə Yusifova isə “Beynəlxalq elmi platformalar və Az.KİK-in innovativ xidmətləri” adlı məruzə ilə çıxış edib. O, Az.KİK-in EIFL.net beynəlxalq kitabxana konsorsiumu ilə əlaqələri, fəaliyyət proqramları və istiqamətləri, konsorsium üzvlərinə təqdim olunan xidmətlər, “EBSCO”, “EBSCO EDS” (Electron Discovery Service) və “Kitabxanalar üçün süni intellekt” (EBSCO AI Insights) platformalarına əlçatanlığın təmin edilməsi məsələləri haqqında tədbir iştirakçılarına məlumat verib.
Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva məruzəsində elmi jurnalların EBSCO məlumat bazasına daxil edilməsi və müəllif hüquqları məsələlərindən söz açıb.
 
Xəzər Universiteti Kitabxana İnformasiya Mərkəzinin direktor müavini Aytac Misgərli təmsil etdiyi qurumun beynəlxalq layihələri, xüsusilə 3 Avropa ölkəsinin və respublikanın 8 ali təhsil müəsisəsinin kitabxanalarını özündə birləşdirən tədqiqat potensialının inkişafında institusional repozitoriyaların yaradılmasına həsr olunan layihənin əməkdaşlıq təcrübəsindən bəhs edib.
Seminarda Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Aqrar Universiteti və digər region ali təhsil müəssisələrinin kitabxanaları da onlayn şəkildə iştirak ediblər.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!